Microsoft Word anasehife doc


İTKİN DÜŞMÜŞ KOLONİYA VƏ RAYT QARDAŞLARI



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

 

21

İTKİN DÜŞMÜŞ KOLONİYA VƏ RAYT QARDAŞLARI 

Amerika Birləşmiş Ştatları dövlət kimi formalaşandan bəri hər  ərazidə baş verənlərin, demək 

olar ki, hamısı qələmə alınıb, ölkənin tarixi ən xırda detallarına qədər öyrənilib. Amma Amerika 

tarixinin bir müəmması bu günə qədər açılmayıb. Söhbət məskunlaşmaq üçün qitəyə göndərilən 

ilk ingilis koloniyasının - 115 avropalının müəmmalı şəkildə yoxa çıxmasından gedir... 

Şimali Karolina ştatının ərazisində yerləşən Roanok adasında yaradılmış «Roli istehkamı» 

qoruq-muzeyi ABŞ tarixinin bu müəmmasına həsr olunub. Muzeyin əməkdaşları hər gün bura 

axışan turistlərə səbrlə «İtkin düşmüş koloniya» barədə qəmli hekayət danışırlar. Və onlar bu 

hekayətə qitənin kəşfi dövründən başlayırlar. Deyirlər ki, Amerika Kolumb tərəfındən kəşf 

ediləndən sonra inkişaf etmiş Avropa dövlətləri «Yeni dünya»dakı əraziləri tutmaq, orada öz 

tələbələrini yerləşdirmək məqsədilə qitəyə xüsusi maraq göstəriblər. 

Şimali Amerikanın şərq sahillərinə gəlib çıxan və oranı tədqiq edən ilk avropalı isə fransız 

dənizçisi Covanni di Verrasano sayılır. O, Fransa kralı I Fransiskonun tapşırığı ilə 1524-cü ildə 

qitənin Atlantik okeanı tərəfindəki sahillərinə çıxıb və krala gələcək Birləşmiş Ştatların indiki 

Şimali və (Cənubi Karolina ştatlarına aid olan ərazilərini təsvir edən məlumat göndərib. 

Verrasanonun gündəliyi 60 il sonra Ingiltərədə çap olunub. Sonralar bu ərazilərin ingilislər 

tərəfindən məskunlaşdırılmasında həmin gündəliyin mühüm əhəmiyyəti olub. Çünki XVI əsrdə 

İngiltərə dünyada aparıcı yer tutaraq, sonralar isə dənizlərdə hakim mövqeyə yiyələnmək üçün 

Şimali Amerika ərazilərində öz adamlarmı məskunlaşdırmaq və burada hərbi dəniz donanmaları 

yaratmaq niyyətinə düşüb. İngilis kraliçası I Yelizaveta bu torpaqlarda öz hakimiyyətini və 

gücünü tətbiq etmək məqsədilə qitəyə müvafiq ekspedisiyalar göndərmək barədə göstəriş verib. 

1578-ci ildə ingilis zadəganı Hamver Cilbert I Yelizavetanın tapşırığı ilə Amerikada 

koloniya təşkil etmək üçün səfərə çıxsa da, İspaniya gəmilərinin hücumuna məruz qalaraq 

geri dönməli 

olub. 


Növbəti belə cəhdi tanınmış ingilis zadəganı Volter Roli həyata keçirmək qərarına gəlib 

və 1584-cü ildə kraliçanın göstərişi ilə yeni ekspedisiya hazırlayıb. Kraliça Roliyə yeni 

ərazilərdə koloniya məskunlaşdırmaq üçün geniş hüquqlar və 

tam sərbəstlik verib. 

Roli səfərə hazırladığı ekspedisiyanı iki təcrübəli kapitanın başçılığı ilə Amerika sahillərinə 

göndərib ki, gələcək köçkünlər üçün yaşayış yeri seçsin. Onlar Atlantik okeanı vasitəsilə ABŞ-

m indiki Şimali Karolina ştatının ərazisində yerləşən və materikə çox yaxın olan Roanok 

adasına gəlib çıxıblar, hesab ediblər ki, bu ərazi məskunlaşmaq üçün yararlıdır. Bundan sonra 

ekspedisiya İngiltərəyə qayıdıb. Yeni yaşayış yeri barədə verilən hesabat kraliçam qane edib və 

layihənin rəhbəri ser rütbəsi ilə mükafatlandırılıb. Bu uğurdan ruhlanan Roli yeni 

ekspedisiyanın təşkilinə başlayıb. 

1587-ci ilin iyulunda 96 kişinin, 17 qadının və 6 uşağın daxil olduğu növbəti ekspedisiya 

Roanok adasına düşüb. Gəlmə adamlar dərhal yaşamaq üçün özlərinə daldalanacaq və evlər 

tikməyə başlayıblar. 

Köçkünlər adaya düşəndən təxminən bir ay sonra qubernator Con Uaytın nəvəsi dünyaya 

gəlib. Kolonistlər Amerika ərazisində ilk ingilisin doğulması faktını kifayət qədər təntənə ilə 

bayram ediblər. Uşağa babasının rəhbərlik etdiyi Virciniya koloniyasının adını veriblər. 

Qeyd edək ki, ilk koloniya və burada doğulan ilk uşağın adı kraliça Yelizavetanın şərəfinə 

Virciniya adlandırılıb. İngiliscə «virgin» «bakirə» deməkdir və bu adı qoyan ingilislər bakirə 

kraliça Yelizavetanı nəzərdə tutublar. Az sonra yeni ərazidə məskunlaşan köçkünlər başa 

düşüblər ki, gətirdikləri ərzaq və silah, eləcə də tikinti alətləri onlara kifayət etməyəcək. 

Qubernatorun müşavirləri qərara alıb ki, çatışmayan şeylər, eləcə də imkan olsa, təzə kolonistlər 

gətirmək üçün Con Uayt İngiltərəyə qayıtsın. Onların hesablamasına görə, qubernator qış 

düşənəcən gəlib adaya çatmalı idi. 




 

22

Con Uayt Avropaya çatan kimi yeni ekspedisiya hazırlığı ilə məşğul olmağa başlayıb. Amma 



bu dövrdə artıq İngiltərə başqa qayğılarla yaşayırdı:  dövlətin bütün  qüvvələri  İspaniya 

dənizçiləri ilə mübarizəyə yönəldilmişdi. Belə bir şəraitdə hətta Roanok adasına göndərilən 

ekspedisiyaların təşəbbüsçüsü Volter Rolinin özü də Uayta kömək edə bilmir. O, Roanok 

adasında qalan koloniya problemi ilə yalnız 1590-cı ilin əvvəllərində məşğul ola bilir. Üç 

gəmidən ibarət ekspedisiya Amerika sahillərinə həmin ilin martında yola düşür. Amma gəmilərə 

yükləməyə koloniya üçün lazım olan heç nə tapılmır. Yeni kolonistlərdən isə heç söhbət getmir. 

Çünki artıq Amerika qitəsində macəra axtarmaq həvəsində olan adamlar tapmaq qeyri-mümkün 

olur. Ona görə də gəmilərə sərnişin kimi yalnız Con Uayt və onunla birgə Amerikadan qayıdan 

üç qulluqçu 

qayıdır... 

Beləliklə, Con Uayt adaya buradan çıxdığı vaxtdan 3 il sonra gəlib çatır. Roanok adası 

qubernatoru sükutla qarşılayır. (gələnlər adanı diqqətlə axtarsalar da, qoyub getdikləri 

adamlardan səs-soraq çıxmır ... 

Ölkədə yaranmış vəziyyətlə əlaqədar ingilislər itkin düşmüş koloniyanın taleyi ilə bir neçə 

il yaxından məşğul ola bilmirlər. Sonralar isə İngiltərə gəmiləri dəfələrlə Roanok adasına yan 

alır, müxtəlif qruplar ətraf adalarda axtarış aparır, hətta materikin ortalarına qədər gedib 

çıxırlar. Lakin bu axtarışlar 

nəticə vermir. 

Amerikada müəmmalı şəkildə yoxa çıxan koloniya barədə yalnız müxtəlif əfsanələr, 

onların itkin düşməsinin səbəbi barədə versiyalar yaranır. 

Bir versiyaya görə, köçkünlər bu adadan başqa yerə köçmək qərarına gəliblər. Onlar 

yığışıb getmək istəyərkən okeanda qasırğa olub və qayıqları batıb. 

İkinci versiyaya görə, Roanok adasına köçkünlərin gəlişindən xəbər tutan ispanlar onları qırıb 

və ya əsir götürüb özləri ilə aparıblar. Üçüncü versiyaya görə, bu köçkünlər yerli qəbilələrlə 

assimlyasiyaya uğrayıb. Daha doğrusu, onlar çətinliklərə dözə bilməyib və hindulara qoşularaq 

cəngəlliklərə çəkiliblər. 

İlk kolonistlər tapılmasa da, onların xatirəsi unudulmayıb. Ötən əsrin 30-cu illərində bir qrup 

biznesmen Amerikada ilk ingilis uşağının doğulmasının 350 illiyini qeyd etmək üçün assosiasiya 

yaradıb. Bu qurum ilk kolonistlərin xatirəsini əbədiləşdirmək qərarına gəlib. Bu məqsədlə 

onların məskunlaşdığı ərazidə - okean sahilində 3500 nəfərlik yay teatrı yaradılıb və 1935-ci ilin 

yayında dramaturq Pol Qrinin yazdığı «İtkin düşmüş koloniya» adlı simfonik dram əsəri 

tamaşaya qoyulub. O vaxtdan bəri hər yay bu əsər nümayiş etdirilir və geniş tamaşaçı marağına 

səbəb olur. Teatr yaranandan indiyədək bu əsərə 3 milyondan çox adam baxıb. 

1941-ci ildə isə okean sahilində ilk kolonistlərin şərəfinə I Yelizaveta dövrünün üslubunda 

«Roli istehkamı» yaradılıb, muzey təşkil olunub, bu əraziyə milli park statusu verilib.  İtkin 

düşmüş koloniya»ya daxil olan insanların siyahısı muzeyin divarına həkk edilib. 

ABŞ tarixi üçün xüsusi əhəmiyyət daşıyan daha bir fakt da Şimali Karolina ştatının adı ilə 

bağlıdır. Dünyada ilk mühərrikli təyyarə ilə uçuş cəhdi 1903-cü ildə bu ştatın ərazisində edilib. 

Məlum olduğu kimi, hələ XIX əsrin axırlanndan başlayaraq, dünyanın müxtəlif yerlərində 

uçan qurğular yaratmaqla bağlı cəhdlər olsa da, bu arzular yalnız XX əsrdə reallığa çevrilib. 

Daha doğrusu, 1903-cü ildə ABŞ-ın Şimali Karolina ştatında daxili yanma mühərrikilə işləyən 

ilk aeroplan səmaya qalxıb. O vaxt bu fakt ciddi qəbul edilməsə də, illər keçəndən sonra 

amerikalılar ilk təyyarənin uçuş meydanında muzey yaradıblar və burada ilk uçuşun 

təşəbbüskarlarının - Uillbir və Orvill Rayt qardaşlarının milli memorialı adlanan abidə tikilib. 

Memorial Atlantik okeanı sahillərində geniş ərazini əhatə edir. Burada hər şey 100 il əvvəlki 

kimi bərpa olunub. Rayt qardaşlarının burada qurduqları yay evi, ilk aeroplanın maketi və digər 

çoxsaylı eksponatlar ilk mühərrikli aeroplanın uçuş tarixindən söhbət açır. 

Üçüncü versiyaya görə, bu köçkünlər yerli qəbilələrlə assimlyasiyaya uğrayıb. Daha doğrusu

onlar çətinliklərə dözə bilməyib və hindulara qoşularaq cəngəlliklərə çəkiliblər. 

İlk kolonistlər tapılmasa da, onların xatirəsi unudulmayıb. Ötən əsrin 30-cu illərində bir qrup 

biznesmen Amerikada ilk ingilis uşağının doğulmasının 350 illiyini qeyd etmək üçün assosiasiya 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə