Microsoft Word anasehife doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   2   3   4   5   6   7   8   9   ...   38

 

9

Hələ Amerikaya yollanmazdan xeyli əvvəl ayrı-ayrı qəzetlərdən oxumuşduq ki, ABŞ-a daxil 



olarkən bu ölkənin immiqrasiya xidmətinin əməkdaşları ilə ünsiyyətdə xüsusi ehtiyatlılıq tələb 

edilir. Bir balaca şübhəli davranış və ya yanlış məlumat sərnişinin geri qaytarılması ilə 

nəticələnə bilər. Əgər viza normadadırsa və pasportda hər hansı problem yoxdursa, narahat 

olmağa dəyməz. 

İmmiqrasiya xidmətində növbədə olarkən bu xidmətin yaşlı bir əməkdaşı hamının 

doldurduğu blankı bir-bir alıb diqqətlə gözdən keçirir, görünür, qaydalara uyğun doldurulmasını 

yoxlayırdı. Növbə bizə çatanda həmin qadın kağıza çox diqqətlə baxdı, sonra isə gözlərini 

üzümüzə zillədi. Onun bizə belə diqqət göstərməsi təəccüblü olsa da, bu mənzərəni 

əhəmiyyətsiz saydıq. 

Aradan bir neçə dəqiqə keçmiş həmin qadın yanındakı başqa bir cavan qadınla yaxınlaşıb 

bizi nişan verdi. Cavan xanım rus dilində salam verib «Bakıdan olan sərnişinlər sizsinizmi», -

deyə soruşdu. İlk dəfə bu ölkədə olan adamlara ABŞ aeroportunda tanış nitq (rus dili olsa belə!) 

eşitməyin necə xoş olduğunu xatırlatmağa ehtiyac yoxdur. 

Xanım özünü təqdim etdi. Məlum oldu ki, Valentina həyat yoldaşı Nazimlə birlikdə 

Atlantada yaşayır. Dediyinə görə, vaxtilə Bakı şəhər sovetində işləyib. 

Söhbətindən belə anladıq ki, bayaq bizim sənədimizə və üzümüzə diqqətlə baxan qadına 

Azərbaycandan gələn olanda ona xəbər verməyi Valentina özü xahiş edibmiş. Bizim sənədlərlə 

tanış olan həmin qadın Valentina üçün təzə adamlar tapdığına sevinib və dərhal ona xəbər verib. 

Təbii ki, Valentina bizə sərhəd prosedurunu keçməkdə heç bir yardım edə bilməzdi və etmədi də. 

Sadəcə, bu proseduru  keçincə yanımızda oldu, Bakıdakı vəziyyətlə maraqlandı. Sonra bizim 

buradan Şarlott şəhərinə uçacağımız təyyarəyə biletimizi qeydiyyata aldırmaqda bələdçilik elədi 

və s. Biz bir saatdan sonra Atlantadan Şarlott şəhərinə uçmalı idik. 

Valentina ilə rastlaşmağımız bizə olduqca xoş təsir bağışladı. Təbii ki, Valentina bizim üçün 

qeyri-adi bir şey eləmədi və eləyə də bilməzdi. Tutaq ki, həmin immiqrasiya xidmətinin 

əməkdaşı bizim hansımızısa geri qaytarmaq qərarına gəlsəydi, Valentina kömək edə bilməzdi. 

Amerikanın öz qanunları var. Bununla belə, həmin xanımın Azərbaycandan gələn adamlarla 

adicə ünsiyyətə can atması, əlindən gələn yaxşılığı etmək niyyəti olduqca xoş idi. 

Dəfələrlə Amerikada olan dost-tanışdan aeroportda sərnişinlərin ciddi yoxlamaya məruz 

qaldığını eşitmişdik. Deyirdilər ki, 11 sentyabr partlayışlarından sonra hamını, xüsusən 

müsəlman ölkələrindən gələn sərnişinləri xüsusi diqqətlə yoxlayırlar. Hətta bu yoxlamanın insan 

şəxsiyyətini alçaldacaq səviyyədə olduğu barədə də eşitmişdik. Amma biz belə mənzərə ilə 

rastlaşmadıq. Bəlkə sərhəddə məhz həmin gün və təsadüfən belə vəziyyət yaranmışdı? Bəlkə 

Atlantada beləydi, tutaq ki, Nyu-Yorkda, Vaşinqtonda başqa cür, - deyə bilmərik. 

Bizim qəzetlərdən birinin müxbiri Amerikada sərhəd yoxlamasından söhbət açarkən qeyd 

etmişdi ki, aeroportda «adamı ayaqqabısına qədər» yoxlayırlar və bu, gələnlərə o qədər də xoş 

təsir bağışlamır. Bəli, ABŞ-a gələn və bu ölkədən gedən hər bir sərnişin aeroportda (söhbət 

beynəlxalq reyslərdən gedir) xüsusi yoxlama monitorundan keçərkən ayaqqabısını çıxarmalı 

olur. Bu, yerli vətəndaşlara da, əcnəbilərə də aiddir. Monitor yoxlamasından sonra da əl 

çantasına, üst-başa əlavə baxış keçirilir. Bizcə, 11 sentyabr dəhşətini yaşamış ölkənin hava 

limanlarında belə yoxlamanı təbii saymaq olar. 

Qeyd edək ki, beynəlxalq reyslərdən fərqli olaraq, Amerikada yerli reyslərə qeydiyyat proseduru 

olduqca sadədir. Atlantadan Şarlotta uçmaq üçün bir saat qabaqdan qeydiyyat stoluna 

yaxınlaşsaq da, gülərüz qızlar izah etdilər ki, hələ tezdir. Onların sözündən belə başa düşdük ki, 

uçuşa 15 dəqiqə qalmış yaxınlaşmalıyıq. Bu, necə ola bilər? Axı biz Bakıdan Gəncəyə də uçanda 

qeydiyyata xeyli əvvəl düşürük. Bizdə istər daxili, istərsə də xarici reyslərə qeydiyyat uçuşa 40 

dəqiqə qalmış başa çatır. Sonra bir xeyli aeroportun içərisində, bir xeyli də təyyarədə gözləməli 

oluruq. Ona görə də Amerikada gördüyümüz bu prosedur da bizim üçün yeni idi. 

Uçuşa düz 15 dəqiqə qalmış bizi təyyarəyə dəvət etdilər. Bileti göstərib içəri keçdik. Şarlott 

şəhərinə uçan kiçik təyyarə elə qeydiyyat yerinin lap yaxınlığında dayanmışdı. Sanki təyyarəyə 

yox, şəhərlərarası avtobusa minirdik. 

Bakıda təyyarənin salonuna keçirməyə görə 10 min manat «cərimə ödədiyimiz» əl çantamız

 

bu kiçik təyyarənin salonu üçün həqiqətən böyük idi. Çantanı oturduğumuz kreslonun altına 




 

10

yerləşdirmək istədiyimizi görən stüardessa gülə-gülə yanaşıb çantanı salonunun arxasına - yük 



yerinə aparmağa icazə (!) istədi. Üstəlik, içində sınan bir şeyin olub-olmadığını da soruşdu. 

Sonra da eyni təbəssümlə həmin çantam (zərif qadın üçün ağır olsa da) götürüb harasa apardı. 

Təyyarədən düşəndə çanta trapın düz qabağında idi... 

Bakıdan Parisə 4 saata, Parisdən Atlantaya 9 saata, Atlantadan Şarlotta 1 saata uçduğumuzu 

və hər aeroportda bir neçə saat gözləməli olduğumuzu da nəzərə alsaq, mənzil başına 

çatmağımız təxminən bir sutka vaxt apardı. 

Şarlottdan yaşayacağımız Qrinvill şəhərinə avtobusla getdik. Bu məsafə təxminən 5-6 saatlıq 

yoldur və bizim Amerika reallığı ilə ilk əyani tanışlığımız avtobusun pəncərələrindən başladı. 

Məsələn, yolboyu gördüyümüz dümağ pambıq tarlaları uşaqlıqda Şəmkirdə məcburi qaydada 

pambıq yığımına cəlb edildiyimiz günləri yada saldı. Kiçik Amerika şəhərlərini keçdikcə böyük 

heyvan xəstəxanalarını görüb təəccübləndik. Dük şəhərini keçərkən haqqında kifayət qədər 

eşitdiyimiz Dük Universitetinin nəhəngliyinə heyran qaldıq. Amma hələ bizi təəccübləndirəcək 

şeylər irəlidə idi. Hələ biz Amerikanı avtobusun pəncərəsindən görürdük. Amerika ilə, Amerika 

reallığı ilə tanışlıq hələ qabaqda idi... 

 

 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə