Microsoft Word anasehife doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   2   3   4   5   6   7   8   9   ...   38

 

5

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT.................. 



 

 

 



AMERİKA HƏQİQƏTLƏRİ 

Əvvəlcə bu kitabın müəllifləri haqqında. 

Şəhla Nağıyeva vaxtilə tələbəm olub, indi isə həmkarımdır, Azərbaycan Dillər Universitetində 

Böyük Britaniya və Amerika ədəbiyyatından dərs deyir. Onun həyat yoldaşı Müsəllim 

Həsənovu isə istedadlı jurnalist və vicdanlı qələm adamı kimi çoxdan tanıyıram. Şəhla xanım 

ABŞ hökumətinin maliyyələşdirdiyi Fulbrayt proqramımın  qalibi kimi 2003 - cü ilin 

sentyabrından etibarən 6 ay ərzində ABŞ-ın Şimali Karolina ştatındakı Şərqi Karolina 

Universitetində elmi tədqiqat aparmış, eyni zamanda həyat yoldaşı ilə birgə Amerika həyat 

tərzini yaxından izləmək imkanı qazanmışdır.   Onlar vətənə qayıtdıqdan sonra tanıdığımız və 

tanımadığımız Amerika barədə kitabı ərsəyə gətirmişlər. 

Azərbaycan oxucusunun maraqla qarşılayacağı bu kitab Amerika Birləşmiş Ştatları ilə 

əlaqədar həm bələdçilik keyfiyyətləri, həm də tarixi-xronoloji informasiya bolluğu cəhətdən 

diqqəti cəlb edir. 

Bəli, uzun illər boyu  bizə okeanın o tayındakı məkr və qəzəb dünyası kimi təlqin edilən 

ABŞ-ın əsl demokratik siması ilə real tanışlığımız dövrü başlanmışdır və həmin tanışlığın daha 

da dərinləşməsi baxımından bu tipli kitablar çox əhəmiyyətlidir. 

Əlbəttə, iddia etmək olmaz ki, oxucunun əlində tutduğu kitab ümumən respublikamızda bu 

mövzuya dair ilk mənbədir. Bundan qabaq da müxtəlif yazıçı, şair və jurnalistlərin, müəyyən 

proqrama uyğun olaraq ABŞ-da işləmiş elm adamlarının (məsələn, professor Qəzənfər 

Paşayevin, tanınmış jurnalistlər Əlirza Balayevin, Elmira Axundovanın və s.) təəssüratları 

mətbuatda dərc edilmişdi. Bu sətirlərin müəllifi də uzaq 1990-cı ildə Amerikaya səfərinin 

təəssüratları altında yazdığı "Salam, sadə amerikalı" adlı silsilə məqalələrlə "Bakı" qəzetinin 

yeddi nömrəsində çıxış etmişdi. Lakin bu kitabı Amerika barədə əvvəlki nəşrlərdən fərqləndirən 

əsas əlamət onun daha artıq dərəcədə informativ xarakter daşımasıdır. Uzaq reyslərə uçan 

təyyarələrdəki spesifiklikdən tutmuş, Ağ evin quruluşuna qədər, ailə-məişət məsələlərindən 

tutmuş ABŞ dövlətinin siyasi dayaqlarına qədər... 

Şübhəsiz, ABŞ böyük, varlı və güclü ölkədir. Ölkə əhalisinin yaşayış səviyyəsi yüksəkdir. 

Bəs daxili və xarici problemləri digərlərindən heç də az olmayan ölkə bu yüksəkliyi nəyin 

hesabına əldə etmişdir? Bu abadlığın, ən müasir texnologiyanın arxasında hansı əməli işlər 

dayanır? Ş.Nağıyeva və M.Həsənov öz kitablarında haqlı olaraq daha çox bu mahiyyəti axtarırlar 

və kitabın sanbalını artıran əsas faktor da məhz budur. 

Müəlliflər ABŞ - daxili hadisələrdə  müvəqqəti yaşadıqları Şimali Karolina ştatının 

prizmasından yanaşırlar. Qeyd etmək yerinə düşər ki, ABŞ-ın əlli ştatının hər biri 

özünəməxsusluğu ilə seçilsə də, ştatların əllisi də bir ümuminin tarazlığı altındadır həyat 

səviyyəsinin eyniyyəti  Paytaxt Vaşinqtondakı yüksək həyat standartları  ölkənin ən ucqar 

nöqtəsində də eynidir. Ona görə də, Şimali Karolinaya şamil edilən nə varsa, bütün Amerika 

üçün xarakterikdir. 



 

6

Bu kitabın ən yüksək məziyyəti də müəlliflərin Amerikaya daxildən baxışıdır. ABŞ-ın dövlət 



atributları, siyasi təsisatları, prezidentləri haqqında xronoloji ardıcıllıqla verilmiş qısa 

məlumatlar isə kitabın əlavə məziyyətidir. 

Əlbəttə, kiçik həcmli bir kitabın hüdudlarında böyük Amerikanı ifadə etmək qeyri-mümkündür 

və müəlliflər də bu iddiada olmamışlar. Lakin müraciət etdikləri bütün məsələlərdə müəlliflər hər 

şeyi öz adı ilə adlandırır, ABŞ-ın realist portretini yaratmağa çalışırlar ki, bunu təqdir etməmək 

olmur. 


Bu kitabın ali məktəblərimizdə "Amerikaşünaslıq" ixtisası üzrə təhsil alan tələbələr üçün çox 

dəyərli vəsait olacağı şübhə doğurmur. Lakin tam əminliklə demək olar ki, Amerika Birləşmiş 

Ştatları ilə maraqlanan hər bir oxucu da bu kitabda özü üçün nəsə dəyərli bir şey tapacaqdır. 

Zeydulla AĞAYEV,  

filologiya elmləri doktoru, professor 

                         

 

GÖRDÜYÜMÜZ AMERİKA HAQQINDA BİR NEÇƏ SÖZ 

Bu kitab bütün Amerika barədə deyil. Heç bu, bütövlükdə Amerika və amerikalılar haqqında 

məlumat kitabı da deyil. Çünki bütün Amerikanı görmək, yaxından tanımaq, başlıcası isə 

duymaq, hiss etmək üçün bir neçə aylıq ezamiyyət müddəti qətiyyən kifayət eləmir. Amerikanı 

tanımaq və anlamaq üçün orada illərlə yaşamaq lazımdır. 

Bu kitab bizim altı ay ərzində okeanaşırı ölkədə gördüklərimiz, eşitdiklərimiz və 

öyrəndiklərimiz barədədir. Daha doğrusu, bu kitab bizim ezamiyyət vaxtı yaşadığımız Şimali 

Karolina ştatının timsalında tanıdığımız Amerika barədədir. Bu ölkədə isə hər bir ştat sanki 

ayrıca bir dövlətdir: hər ştatın məxsusi özəllikləri, adət-ənənələri, fərqli cəhətləri var. 

Ona görə də bizim müşahidələrimiz, gördüklərimiz bu ölkə-də səfərdə olmuş bir başqasının 

təəssüratı ilə üst-üstə düşməyə də bilər. Bu ölkədə bizə qeyri-adi gələn, bizi təəccübləndirən bəzi 

məqamlar başqasına adi görünə bilər. 

Biz bu kitabda nə Amerikanı, nə də amerikalıları ideallaşdırmaq, təzədən «Amerika açmaq» 

istəyirik. Yəqin ki, bütün cəmiyyətlər kimi, Amerika cəmiyyətinin də naqis cəhətləri kifayət 

qədərdir. Yəqin ki, bütün xalqlar kimi, amerikalılar da «aydan arı, sudan duru» deyillər. 

Şübhəsiz, ABŞ dövlətinin həyata keçirdiyi siyasətin də yanlışlıqları çoxdur. 

Bütün bunlarla yanaşı, yəqin hamı etiraf edər ki, Amerika Birləşmiş Ştatları azad insanların 

vətənidir. İnkişafa və tərəqqiyə aparan yol isə azadlıqdan başlayır. 

Zənnimizcə, heç kim şübhə etməz ki, Amerika zəngin demokratik ənənələr ölkəsidir. 

Qanunların aliliyinə hörmətdən qaynaqlanan ənənələr ölkəsi. 

Amerika müxtəlif mədəniyyətlərin və dinlərin sərbəst  inkişafına təminat verən dövlətdir. 

Amerika bütün insanlar üçün bərabər imkanlar ölkəsidir. 

Amerika yüksək inkişaf və ən müasir texnologiyalar diyarıdır. 

Bununla belə, Amerika adi ölkədir. Amma bu adilikdə qeyri-adiliklər də az deyil. 

Biz bu adiliklərdən və qeyri-adiliklərdən bəhs edirik. Nəticə çıxarmaq, təəccüblənmək və ya 

hər şeyi adi qəbul etmək oxucunun öz işidir... 

 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə