Microsoft Word anasehife doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə14/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

 

32

indiyədək ABŞ-da «xoşbəxtlik dərəcəsi» ilk dəfə belə yüksək səviyyəyə çatıb. 



Amerikalıların xoşbəxtlik deyəndə nəyi nəzərdə tutduqlarını söyləmək çətindir. Çünki bu 

ölkədə də heç də hamı «yağ içində böyrək kimi» yaşamır. ABŞ-da da işsizlikdən, maaşın 

azlığından, evsizlikdən giley-güzar edən kifayət qədər adam var. Amma bütün bu adamların 

hamısı dünyanın ən qüdrətli dövlətində yaşadıqları ilə fəxr edirlər. 

Deyilənə görə, amerikalıların «xoşbəxtlik səviyyəsi»nin yüksəlməsində 2003-cü ilin 

axırlarında Səddam Hüseynin həbsinin də rolu olub. Çünki belə siyasi məsələlər insanların 

əhval-ruhiyyəsinə təsirsiz qalmır. Təsadüfi deyil ki, bu ölkədə əhalinin «xoşbəxtlik 

səviyyəsi»nin ən aşağı həddi 2001-ci ilin noyabrında - Nyu-York və Vaşinqtonda terror aktları 

törədiləndən sonra qeydə alınıb. Həmin vaxt ABŞ sakinlərinin yalnız 37 faizi özlərini xoşbəxt 

hiss etdiklərini bildiriblər. 

Nə qədər qəribə də olsa, bu ölkənin sakinlərinin az qala hər addımda rastlaşdıqları 

bürokratik «sorğu-suallar» onların «xoşbəxtlik səviyyəsi»ni aşağı salmır. Söhbət hansı 

bürokratiyadan gedir? 

ABŞ demokratik dəyərlər ölkəsi olmaqla yanaşı, həm də ilk baxışda bürokratik görünən 

«təlimatlar» diyarıdır. Birləşmiş Ştatlarda anket-məlumat blankı dolduranda, adi bir alqı-satqı 

müqaviləsi tərtib edəndə, bir sözlə, az qala hər addımda kənar adama mənasız və gülməli 

görünən çoxlu suallara cavab tələb edilir. Və bu tələblər ABŞ-ın demokratik imicinə qətiyyən 

xələl gətirmir. 

Viza almaq üçün ABŞ səfirliyinə müraciət zamanı doldurulan anketlərin birində belə sual da 

qoyulur. «Nə vaxtsa ABŞ-ın terrorçu təşkilat kimi tanıdığı qurumların üzvü olmusunuzmu?» 

Mağazadan kompüter alırsan. Hansısa alqı-satqı müqaviləsi hazırlanır və orada da bizim üçün 

qəribə səslənən sual qoyulur: «Kompüterdən kütləvi qırğın silahının istehsalı üçün istifadə 

etmək fikriniz yoxdur ki?» 

Bütün bunlar nədir? Amerika məmurlarının özlərini işgüzar göstərmək cəhdi, yoxsa «kağız 

bürokratiyası»na aludəçilik? 

Qətiyyən! Amerika anket-məlumat vərəqələrində bu cür «mənasız» sualların çoxluğu təsadüfi 

və ya sadəcə, bir bürokratiya nümunəsi deyil. Amerikada güclü və müstəqil məhkəmə sistemi 

fəaliyyət göstərir və bizim üçün mənasız görünən bu suallar insanları gələcək məhkəmə 

çəkişmələrindən və cərimələrdən xilas etmək üçündür. Çünki bu məmləkətdə ayrı-ayrı 

vətəndaşlar və ya ictimai təşkilatlar tez-tez məhkəməyə müraciət edirlər. Məsələn, tutaq ki, filan 

firmadan kompüter alan vətəndaş ondan silah istehsalında istifadə edir. Sonradan məsələ 

məhkəmə səviyyəsinə qalxanda həmin vətəndaşın vəkili kompüter satan firmaya qarşı iddia 

qaldıra bilər ki, firma vətəndaşı vaxtında xəbərdar etməyib. Məhkəmə bu iddiaya baxıb firma 

barəsində sərt qərar qəbul edə bilər. Ona görə də firma, necə deyərlər, işini ehtiyatlı tutur... 




 

33

AMERİKANIN YOLLARI 

Amerikanın avtomobil yollarını ideal saymaq olar. Xatırladaq ki, hətta vaxtilə bu ölkəyə 

səfər qeydlərini yazan sovet jurnalistləri də ABŞ həyatından müsbət şeylər «tapa bilməyəndə», 

heç olmasa yolların keyfıyyətini etiraf etməli olurdular. Ötən əsrin 70-ci illərində məşhur sovet 

jurnalistləri Vasili Peskovla Boris Strelnikovun ABŞ-a birgə ekspedisiya çərçivəsində yazdıqları 

yol qeydlərinin leytmotivini təxminən belə bir cümlə təşkil edirdi: «ABŞ-da mövcud olan ən 

yaxşı şey elə yollardır...». 

Təbii ki, o müəlliflər də bilirdilər ki, ABŞ-da yalnız yollar yaxşı deyil. Sadəcə, o dövrdə belə 

yazmağa məcbur idilər. 

Bununla belə, Avropanı gəzənlərin qənaətinə görə, məsələn, Amerikanın yolları keyfıyyətcə 

Almaniya yollarından geri qalır. Buna baxmayaraq, fıkrimizcə, amerikalı sürücülərin 

şikayətlənmək üçün əsası yoxdur. Maraqlıdır ki, ABŞ-da şəhərlərarası şoselərdə əsas yola çıxan 

ikinci dərəcəli yollar, bir qayda olaraq, perpendikulyar birləşmir. Ona görə də ikinci yoldan baş 

yola çıxan sürücünün gözləməsinə ehtiyac qalmır. Belə sürücülər əsas yolda onun üçün nəzərdə 

tutulan xəttə çıxır və necə deyərlər, ümumi axma qoşulurlar. Bu isə təhlükəsizlik baxımından 

çox əhəmiyyətlidir. 

Bir də Amerikada «kənd yolu», «dağ yolu» kimi məfhumlar yoxdur. Ölkənin hər yerində 

yollar eyni qaydada səliqəlidir, hər yerdə yol hərəkətini tənzimləyən nişanlar asılıb, işıqforlar 

normal işləyir. 

Amerika yollarında bizim adət etdiyimiz yol polisi postları yoxdur. Ara-sıra yollarda görünən 

polislər də sürücünü, sadəcə olaraq, sənəd yoxlamaq üçün heç vaxt saxlamırlar. Maşını əylədib 

sənəd yoxlamaq üçün ciddi əsas olmalıdır. Amerikalı sürücülər üçün təlimatda göstərilir ki, 

hərəkət zamanı sürücü ətrafdakıların hamısının qaydalara əməl etmədiyini nəzərə almalı, hər cür 

gözlənilməz vəziyyətə hazır olmalıdır. Bir növ sürücüyə öyrədirlər ki, bütün maşın sürənlər dəli 

və axmaqlardır, özünü onlardan qorumalısan. Hər halda maraqlı «tərbiyə» üsuludur. Amerikada 

yol hərəkəti qaydasının ən ciddi pozuntusu yüksək sürət, işıqforun qırmızı işığında keçmək, 

«Təcili yardım» maşınına yol verməmək sayılır. 

ABŞ-da yol hərəkəti qaydasını pozmağa görə hadisə yerində cərimə ödəmək praktikası 

yoxdur. Polis əməkdaşı qaydanı pozan sürücüyə onun yol verdiyi pozuntunun yazıldığı standart 

blank təqdim edir. Bu, bir növ bizim öyrəşdiyimiz protokoldur. Amma «protokol»u 

doldurmamaq üçün polis əməkdaşına pul təklif etmək cinayət sayılır və sürücünün polis şöbəsinə 

aparılmasına səbəb olur. Həmin blankda sürücünün yol verdiyi pozuntu və yerli məhkəməyə 

gəlmək vaxtı göstərilir. Sürücüyə cəzanı məhkəmə təyin edir. Qeyd olunmuş pozuntuya görə 

nəzərdə tutulan cəriməni ödəməyə hazır olduğu barədə məhkəməyə xəbərdarlıq edənlər 

məhkəmə zalına getməyə də bilər. 

Adətən yol hərəkəti qaydalarını pozmağa görə məhkəmə ya cərimə təyin edir, ya da cərimə 

xalları hesablayır. Cərimə xalı almaq daha ağır cəza növü sayılır. Çünki sığorta şirkəti cərimə 

xalı çox olan sürücünü ehtiyatsız hesab edir və növbəti il üçün sığorta haqqını artırır. 

Amerikada yol hərəkəti qaydasını pozmağa görə bir çox hallarda cərimə xalı hesablanır. 

Məsələn, Nyu-Cersi ştatında sürəti saatda 30 mil artırmağa görə 5 cərimə xalı yazılır. Sürəti 15 

mil artırmağa və ya icazə verilməyən tərəfə dönməyə görə 2 cərimə xalı düşür. Əgər sürücü iki 

il ərzində 12 cərimə xalı yığıbsa, xəbərdarlıq alır, əgər bu xallar 15-dən çox olubsa, müəyyən 

müddətə sürücülük vəsiqəsindən məhrum edilir. 

Cərimə xalları toplanmış adam növbəti bir il ərzində heç bir qayda pozuntusuna yol 

verməyibsə, onda əvvəlki cərimə xallarından 3-ü silinir. 

Qeyd edək ki, sürücü ilə birlikdə onu saxlayıb cəzalandıran polis işçisi də məhkəməyə gəlir 

və sürücünü haqlı cəzalandırdığını sübut etməli olur. 

Əgər polis saxlayırsa, sürücü maşından düşməməlidir. Bu zaman sərt hərəkət etmək polis 

əməkdaşmı şübhələndirə bilər. Polis əməkdaşı maşına yaxınlaşarkən sürücünün əlləri ya 

sükanda, ya da dizlərinin üstündə olmalıdır. Sürücülük vəsiqəsi tələb olunmayınca, sənəd təqdim 

etməyə ehtiyac yoxdur. 

Bizim müşahidələrimizə görə, amerikalılar yol hərəkəti qaydalarına ciddi əməl edirlər. Amma 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə