Microsoft Word anasehife doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə33/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   ...   30   31   32   33   34   35   36   37   38

 

74

olub. 



 

22. Qrover Klivlənd (Grover Stephen Cleveland) - 1837-1908 

Prezidentlik dövrü: 1885-1889-cu illər. Demokrat. 

Ölkənin həm 22-ci, həm də 24-cü prezidenti sayılır. Çünki arada bir seçki müddəti fasilə ilə 

iki dəfə prezident olub. 

1882-ci ildə Nyu-York ştatının qubernatoru seçilib. 

1884-cü ilin prezident seçkilərində demokratların namizədi kimi qalib gəlib. Prezidentliyi 

dövründə Respublikaçılar Partiyasından olan dövlət qulluqçularını işdən azad etməkdən imtina 

edib. 


1888-ci il seçkilərində respublikaçıların namizədi B.Harrisona uduzub, lakin növbəti 

seçkilərdə rəqibinə asanlıqla qalib gəlib. 

İkinci prezidentliyi dövründə ölkəni iqtisadi böhran bürüyüb, dövlətin qızıl ehtiyatları sürətlə 

azalmağa başlayıb. 

Nisbətən müstəqil xarici siyasət yeridib, ölkənin neytrallığını qoruyub saxlamağa çalışıb. 

Proteksionist siyasət həyata keçirib, beynəlxalq məsələlərdə panamerikanizmin tərəfdən 

olub. 

23. Bencamin Harrison (Benjamin Harrison) - 1833-1901 

Prezidentlik dövrü: 1889-1893-cü illər. Respublikaçı 

Atası Con Skott Harrison konqresmen, babası Uilyam Henri Hanrison Amerikanın 9-cu 

prezidenti, ulu babası Bencamin Harrison isə Müstəqillik bəyannaməsini imzalayanlardan biri 

olub. 

1854-cü ildə  əsası  təzəcə qoyulmuş Respublikaçılar Partiyasına üzv yazılıb, vətəndaş 



müharibəsi illərində ordu sıralarında döyüşüb, briqada generalı rütbəsinə qədər yüksəlib. 

1889-cu ildə birinci Panamerikan konfransının çağırılmasının təşəbbüskarı olub. 

Prezidentliyi dövründə ABŞ-ın beynəlxalq aləmdə təsirini gücləndirməyə səy göstərib. 

Aydaho və Vayominq onun dövründə  ştat kimi ittifaqa daxil edilib, Oklahoma isə 

məskunlaşmaq üçün açıq zona elan olunub. 

Növbəti prezident seçkilərində uğursuzluğa düçar olduğundan vəkillik fəaliyyətinə qayıdıb. 



24. Qrover Klivlənd (Grover Stephen Cleveland) - 1837-1908                                              

Prezidentlik dövrü: 1893-1897-ci illər 



25. Uilyam Makkinli (William McKinley) - 1843-1901 

Prezidentlik dövrü: mart 1897-sentyabr 1901-ci il. Res-publikaçı 

Prezident postunda sənayeçilərin maraqlarını müdafiə edib. Prezident seçilən kimi tariflərə 

yenidən baxmaq məqsədilə Konqresin xüsusi iclasını çağırıb və iclasda ölkə tarixində ən yüksək 

tarif dərəcələri müəyyən olunub. 

1897-ci ildə Havay adalarının anneksiyası haqqında təklifi Konqresin müzakirəsinə  çıxarıb. 

Konqres bu təklifi müdafiə etməsə də, adalar anneksiya olunub. 

1898-ci ildə Konqres onun təşəbbüsü ilə İspaniyaya müharibə elan edib və həmin müharibə 

qələbə ilə başa çatıb. İmzalanan sülh müqaviləsinə əsasən, İspaniya qoşunları Kuba ərazisindən 

çıxarılıb. 

İkinci prezidentliyi dövründə - 1901-ci ilin sentyabrında Panamerika sərgisində olarkən ilk 

dəfə tariflərin qaldırılmasının məqsədəuyğunluğuna  şübhə edib və bütün ölkələrə qarşılıqlı 

razılıq  əsasında tarifləri aşağı salmaq təklifi ilə müraciət edib. Növbəti gün anarxist Leon 



 

75

Çolqaşın açdığı atəş nəticəsində yaralanıb və senyabrın 14-də vəfat edib. 



26. Teodor Ruzvelt (Theodore Roosevelt) - 1858-1919 

Prezidentlik dövrü: 1901-1909-cu illər. Respublikaçı 

1898-ci ildə Nyu-Yorkun qubernatoru olub. Bu postda böyük populyarlıq qazandığı üçün 

1900-cü ildə vitse-prezident vəzifəsinə respublikaçıların ən yaxşı namizədi olub və 1901-ci ildə 

həmin posta yiyələnib. 

Prezident Makkinlinin faciəli ölümündən sonra - 42 yaşında Amerikanın 26-cı prezidenti kimi 

and içib. Tezliklə Ağ evi yenidən tam təmir etdirib və bundan sonra Ağ ev ölkənin və dünyanın 

müxtəlif təbəqələrini təmsil edən insanların üzünə açılıb. 

Onun siyasi məharəti və əhali arasında populyarlığı ikinci dəfə prezident seçilməsini təmin 

edib. Elə seçkilər axşamı elan edib ki, 1908-ci il seçkilərində namizədliyini irəli sürməyəcək. 

Dövlət strukturlarında islahatlar aparıb. Ticarət və  əmək nazirliyi onun dövründə (1903) 

yaradılıb. 

Ağ evə zəncilərin nümayəndəsini dəvət edən ilk prezident sayılır. 

Amerika donanmasının gücləndirilməsinin tərəfdarı olub və prezidentliyinin sonuna yaxın 

ABŞ-ı dünyanın ikinci dəniz ölkəsi kimi tanıdıb. Onun dövründə Amerika Kubanı  işğal edib, 

Panama kanalı ərazisini tutub. 

Rusiya ilə Yaponiya arasında Portstmut sülh müqaviləsinin imzalanmasında xidmətlərinə 

görə 1906-cı ildə Nobel sülh mükafatı alıb. 

Sevdiyi kəlam: «Ən uğurlu siyasətçi hamının düşündüklərini imkan daxilində daha tez-tez və 

daha ucadan söyləyən siyasətçidir». 

27. Uilyam Taft (William Howard Taft) - 1857-1930 

Prezidentlik dövrü: 1909-1913-cü illər. Respublikaçı 

Atası 1876-1877-ci illərdə müdafiə naziri və ABŞ-ın baş prokuroru vəzifəsində çalışıb, özü 

isə 1904-1908-ci illərdə müdafiə naziri və prezident T.Ruzveltin müşaviri olub. 1906-cı ildə 

Kubada üsyanın yatırılmasında fəal iştirak edib. 

1908-ci ildə T.Ruzveltin zəmanəti ilə prezidentliyə namizədliyi irəli sürülüb və seçkilərdə 

qalib gəlib. 

Prezidentliyi dövründə  «Ədalətsizliklə barışmaq dağıdıcı  dəyişikliklər etməkdən daha 

yaxşıdır» prinsipini əsas tutaraq, sosial problemlərin həllində ehtiyatlılıq nümayiş etdirib. 

Kanada ilə münasibətləri qaydaya salmağa səy göstərib, Rusiya ilə münasibətlərin 

yumşaldılmasına tərəfdar çıxıb. ABŞ qoşunları Nikaraquaya onun dövründə daxil olub. 

İkinci dəfə prezident olmaq cəhdi uğursuzluqla nəticələnib. 

İstefaya çıxandan sonra Yel universitetində Konstitusiya hüququndan dərs deyib, 1921-ci 

ildə ABŞ Ali Məhkəməsinin sədri seçilib. 



28. Vudro Uilson (Woodrow Wilson) - 1856 -1924 

Prezidentlik dövrü: 1913 - 1921 -ci illər. Demokrat 

Tarix və siyasi iqtisad professoru olub. 

Prezident seçilən kimi sosial və iqtisadi islahatlar proqramını irəli sürüb. Birinci dünya 

müharibəsi başlayanda ABŞ-ın bitərəfliyini qoruyacağını bildirsə də, 1917-ci ildə Almaniyaya 

müharibə elan edib. 

 

ABŞ birinci dünya müharibəsinin qurtarmasına il yarım qalmış müharibəyə qoşulub, 



nisbətən az adam itirməklə maksimum siyasi və iqtisadi səmərə götürüb. 1914-cü ildən 

başlayaraq Avropaya borclu olan ABŞ müharibədən sonra Avropaya kredit verən dövlətə 

çevrilib və bütün parametrlərinə görə nəhəng dünya dövləti sayılmağa başlayıb. 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə