Microsoft Word anasehife doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə36/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   ...   30   31   32   33   34   35   36   37   38

 

80

və gizli rasist də adlandırıblar. Həmkarlar ittifaqları  və fermerlər  əleyhinə  çıxıb, mənzil 



tikintisinə yardım haqqında qanunun əleyhinə səs verib. 

Niksonla birgə seçilmiş vitse-prezident Spiro Əqnyü Merilənd ştatının qubernatoru olduğu 

vaxt vergilərdən yayındığı və vitse-prezident kimi rüşvətxorluqda ittiham olunduğu üçün istefa 

verib, prezident isə Konqresə Fordun namizədliyini təklif edib. 1973-cü ilin dekabrında vitse-

prezident kimi and içib. 

Niksonun istefasından sonra, 1974-cü il avqustun 9-da prezident postunu qəbul edib. Həmin 

vaxtlar Amerika «Böyük iqtisadi tənəzzül»dən sonra ölkə tarixində  ən güclü inflyasiya və 

kütləvi işsizlik dövrünü yaşayıb. Prezidentin bu problemi vergilərin artırılması yolu ilə  həll 

etmək istəyinə demokratik çoxluqdan ibarət Konqres mane olub.  

Xarici siyasət sahəsində silahların azaldılmasının tərəfdarı olub. 



39. Cimmi Karter (James Earl Carter) - 1924 

Prezidentlik dövrü: 1977-1981-ci illər. Demokrat 

Hərbi dənizçilik akademiyasını bitirib, atom sualtı gəmilərində qulluq edib. Corciya ştatının 

qubernatoru olmaq üçün seçkilərə qatılsa da, uğur qazana bilməyib. 1976-cı ildə prezidentliyə 

namizəd kimi seçki marafonuna qoşularkən onu Corciya ştatından kənarda heç kim tanımayıb. 

Həmin il keçirilən sorğular göstərib ki, demokrat seçicilərin cəmi 4 faizi onu dəstəkləyir. Buna 

baxmayaraq, seçkiqabağı kampaniya zamanı verdiyi cəlbedici vədlər (məsələn, naməlum uçan 

obyektlərin sirrinin açılacağını  vəd etsə  də, seçiləndən sonra bu söhbəti unudub) reytinqinin 

tezliklə yüksəlməsinə və rəqiblərindən qabağa çıxmasına imkan yaradıb; demokratların namizədi 

kimi seçkiyə qatılıb və qalib gəlib. 

Prezident kimi ilk qərarı Vyetnam müharibəsindən yayınanların hamısı, o cümlədən boks 

kralı Məhəmməd Əli barədə amnistiya olub. 

Əyalət şəhərlərinə səfərlər edib, ictimaiyyətlə görüşlər keçirib, radionun «Prezident Karterdən 

soruş» proqramında müntəzəm olaraq həmvətənlərinin suallarına cavab verib, milli azlıqların 

nümayəndələrini vəzifələrə təyin edib. 

Yaxın Şərq münaqişəsinin həllinə yönəlmiş məşhur Kemp-Devid sazişi də onun prezidentliyi 

dövründə (1978) imzalanıb. 

Bütün prezidentliyi müddətində Konqreslə münasibətləri mürəkkəb, hətta bəzən düşmənçilik 

səviyyəsində olub. Sovet qoşunlarının  Əfqanıstana yeridilməsinə etiraz əlaməti kimi, SSRİ-yə 

Amerika taxılı satılmasını qadağan edib, 1980-ci ilin Moskva olimpiadasını boykot edib. 

Beynəlxalq münaqişələrin sülh yolu ilə  həllində böyük xidmətlərinə, demokratiya və insan 

hüquqlarının qorunmasında fəaliyyətinə görə 2002-ci ildə Nobel sülh mükafatına layiq görülüb. 



40. Ronald Reyqan (Ronald Wilson Reagan) - 1911-2004 

Prezidentlik dövrü: 1981-1989-cu illər. Respublikaçı 

Gəncliyində radioda idman şərhçisi olub, 1937-ci ildə aktyorluğa başlayıb, uzun illər 

Hollivudda çalışıb, 50-dən çox filmə  çəkilib. 6 dəfə kinoaktyorlar gildiyasının prezidenti 

seçilib. 1962-ci ilə qədər demokrat olub, 1966-cı ildə bir çox varlı respublikaçı kaliforniyalının 

təklifi ilə qubernatorluğa namizədliyini irəli sürüb. İki dəfə qubernator seçilib. 1968-ci ildə 

prezidentliyə namizədliyini irəli sürsə də, bu arzusuna 12 il sonra çatıb. 

Birinci prezidentlik müddətinin ilk vaxtlarında iqtisadi tənəzzül davam edib, 1982-ci ildə 

işsizlik səviyyəsi 11 faiz təşkil edib. 80-ci illərin ortalarında isə iqtisadiyyatda çiçəklənmə 

başlayıb. 1984-cü il seçkilərində  rəqiblərindən fərqli olaraq, vergiləri artırmayacağını  vəd 

edərək, ikinci dəfə prezident seçilib. 

Daha çox iqtisadi sahələrdə yenilikləri ilə yadda qalıb. Vergiləri azaltmağa, yüksək 

texnologiyalara və bahalı müdafiə sistemlərinə əsaslanan hərbi xərcləri artırmağa nail olub. 

SSRİ-nin dağılmasında xüsusi xidmətləri var. 1983-cü ildə SSRİ-ni «şər imperiyası» 

adlandırıb. 

Onun dövründə ABŞ qoşunları Qrenadada hökuməti devirib, ABŞ  Əfqanıstanda və 




 

81

Anqolada hökumət əleyhinə çıxışlara hərbi və maliyyə dəstəyi verib, 1982-ci ildə Livana dəniz 



piyadaları yeridilib, 1986-cı ildə Liviya beynəlxalq terrorizmdə ittiham olunaraq bombalanıb, 

İran-İraq müharibəsində İraqa yardım göstərilib. 

2004-cü ildə, 93 yaşında uzun sürən altsigeymer xəstəliyindən vəfat edib. 

41. Ata Corc Buş (George Herbert Walker Bush) - 1924 

Prezidentlik dövrü: 1989-1993-cü illər. Respublikaçı 

Bankir ailəsində doğulub, hərbi akademiyada təhsil alıb.  İkinci dünya müharibəsi illərində 

hərbi dəniz aviasiyasında  təyyarəçi olub. 1948-ci ildə Yel universitetinin iqtisadiyyat 

fakültəsini bitirib və

 

Texasda neft biznesi ilə  məşğul olub, neft şirkəti yaradıb, 1966-cı ildə 



biznesi ataraq, siyasətlə məşğul 

olmağa başlayıb. 

ABŞ-ın BMT-də nümayəndəsi olub, Çində  səfir işləyib, 1976-1977-ci illərdə  Mərkəzi 

Kəşfiyyat  İdarəsinin direktoru, 1980-1988-ci illərdə isə Reyqan administrasiyasında vitse -

prezident olub. 

Prezidenliyi dövründə xarici siyasət problemlərinin həllinə xüsusi diqqət yetirib, ABŞ-ın 

dünyada sivilizasiya və demokratiyanın  əsas müdafiəçisi kimi təqdim olunmasının tərəfdarı 

sayıhb. 1989-cu ildə  hərbi müdaxilə yolu ilə Panamada hakimiyyəti dəyişdirib, Mərkəzi 

Avropada və SSRİ-də gedən demokratik prosesləri dəstəkləyib. 

1990-cı ildə İraq Küveyti zəbt etdiyi üçün anti İraq koalisiyası təşkil edib, «Səhrada tufan» 

əməliyyatı vasitəsilə Səddam Hüseynin qoşunlarmı darmadağın edib. 

Xarici siyasətdə  uğurlarına baxmayaraq, 1990-cı ildən başlayan iqtisadi tənəzzül  şəxsi 

reytinqini aşağı salıb və 1992-ci il seçkilərində demokrat Klintona uduzub. 

42. Bill Klinton (William Jefferson Clinton) - 1946 

Prezidentlik dövrü: 1993-2001-ci illər. Demokrat 

Dünyaya gələndən bir neçə ay sonra atası avtomobil qəzasında həlak olub. Anası 1950-ci 

ildə avtomobil ticarətçisi Rocer Klintona ərə gedib və gələcək prezident 15 yaşından atalığının 

soyadını daşıyıb. 

Corctaun universitetinin xarici siyasət fakültəsini bitirib, Böyük Britaniyadakı Oksford 

universitetində oxuyub. 1970-ci ildə, Britaniyadan qayıdandan sonra Yel universitetinin hüquq 

fakültəsinə daxil olub. Gəncliyində saksofonçalan olub. 

32 yaşında Arkanzas ştatının qubernatoru postuna seçkilərdə qalib gələrək,  ən gənc 

qubernator olub. Sonralar bir neçə dəfə qubernator seçilib, təhsil sahəsində islahatlara üstünlük 

verib.  

Prezidentliyinin ilk çağlarında səhiyyə və ticarət azadlığı məsələlərinə xüsusi diqqət yetirib. 

Arvadı Hillari Klintonu səhiyyə sistemində islahatlar komissiyasının rəhbəri təyin edib. 

Xarici siyasətdə liberal dəyərlərə üstünlük verib, Şimali Koreya ilə nüvə silahlarına dair 

problemləri danışıqlar yolu ilə həll edib. BMT-nin razılığı ilə Haitiye qoşun yeridib və orada 

demokratik hakimiyyəti bərpa edib. 

Balkan yarımadasında münaqişənin həllinə nail olub. 

İkinci dəfə prezident seçilməsində daxili siyasətdəki uğurları, xüsusən sabit iqtisadi inkişaf 

əsas rol oynayıb. 

1998-ci ildə  Ağ evdə  təcrübə keçən tələbə Monika Levinski ilə intim əlaqəsinə görə 

impiçment proseduruna məruz qalıb, lakin Senat onu günahsız hesab edib. 

1997-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər  Əliyevin ABŞ-a ilk rəsmi 

dövlət səfəri zamanı ölkəmizlə ABŞ-ın strateji müttəfiqliyini tanıyan «Birgə  bəyannamə»ni 

imzalayıb. Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşmasında xüsusi mənəvi-siyasi xidmətləri 

olub. 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə