Microsoft Word anasehife doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   ...   30   31   32   33   34   35   36   37   38

 

76

Bu uğurlarına görə Avropada fateh sayılsa da, vətənində sevilməyib. Çünki onun mövqeyi bir 



çox məsələlərdə ABŞ-ın yuxan dairələrini qane etməyib. Dünyada sülhün qorunması məqsədilə 

Millətlər Liqası yaradılmasının təşəbbüskar olub. 

Millətlər Liqasının yaradılmasına Amerikanın özündə etiraz edənlər çox olduğu üçün ikinci 

prezidentliyi dövründə - 1919-cu ildə bu ideyanı müdafiə etmək üçün ölkəyə təşviqat turnesinə 

çıxıb. Kolorado ştatında iflic olsa da, təşviqat səfərini davam etdirib, radio ilə xalqa 

müraciətlərində yeni dünya müharibəsinin qarşısını almaq üçün belə bir Liqanın yaradılmasının 

vacibliyini anlatmağa çalışıb. Deyilənə görə, ağır xəstəlik keçirdiyi üçün 1919-cu ildən sonra 

prezidentlik müddəti başa çatana qədər dövlət idarəetməsi ilə bağlı əsas siyasi qərarları arvadı 

Edit Uilson qəbul edib. 

1919-cu il Versal sülh müqaviləsinin əsas müəlliflərindən biri olub. Senat müqaviləni təsdiq 

etməsə də, onun hazırlanmasında xidmətlərinə görə 1919-cu il üçün Nobel sülh mükafatına layiq 

görülüb. 



29. Uorren Hardinq (Warren Gamaliel Harding) -1865-1923 

Prezidentlik dövrü: 1921-1923-cü illər. Respublikaçı 

 

Prezident kimi Konqresə ilk müraciətində ölkəni yüksək tariflər, gəmiçiliyə subsidayalar 



ayırmaq yolu ilə «normal həyat» dövrünə qaytarmaq istəyini bəyan edib, vergilərin azaldılması 

təklifini irəli sürüb. Müəyyən müddət ölkədə iqtisadi çiçəklənmə müşahidə olunub, müharibə 

dövrünün məhdudiyyətləri aradan götürülüb. Bununla belə, iqtisadiyyatın aqrar sahəsi ciddi 

problemlərin cəngində qalıb. 

Prezidentliyi dövründə dövlət aparatında korrupsiya halları  aşkar edilib: daxili işlər və 

ədliyyə nazirlərinin, eləcə  də bir sıra digər yüksək rütbəli dövlət məmurlarının rüşvət alması 

barədə  məlumatlar ictimaiyyətin narazılığına səbəb olub. Bütün bu qalmaqallardan yorulub 

Alyaskaya səfərə  çıxan prezident geri qayıdarkən xəstələnərək, 1923-cü ilin avqustunda vəfat 

edib. 

30. Kəlvin Kulic (Calvin Coolidge)- 1872-1933 

Prezidentlik dövrü: 1923-1929-cu illər. Respublikaçı 

Massaçusets ştatının qubernatoru olub və bu vəzifədə böyük populyarlıq qazanıb.l920-ci ildə 

Hardinqlə birlikdə seçkilərə qatılıb və vitse-prezident seçilib. Hardinqin ölümündən sonra -

1923-cü ildə prezident kimi and içib. 

Onun prezidentliyi 20-ci illərin iqtisadi yüksəliş dövrünə təsadüf edib. Uzunmüddətli iqtisadi 

inkişafın rəmzi və  təminatçısı kimi tanınıb, iqtisadi həyata dövlət müdaxiləsini minimuma 

endirib. 

Mətbuatla normal münasibətlər qurması prezident kimi uğur qazanmasında mühüm rol 

oynayıb. Həyata keçirdiyi siyasəti ölkə əhalisinə çatdırmaqda radionun imkanlarından istifadə 

edən ilk prezident olub. 

Yenidən prezident seçildiyi 1924-cü ildə Amerika hindularına vətəndaşlıq hüququ verib. 

1927-ci ildə gözlənilmədən növbəti seçkilərdə namizədliyini irəli sürməyəcəyini bəyan edib 

və bununla da özünün hökumətində ticarət naziri işləmiş Huverin prezident seçilməsinə yol açıb. 

Az danışması və hazırcavablığı barədə çoxlu lətifələr yaranıb. 

1933-cü ildə - 60 yaşında infarktdan keçinib. 

 

 

 



 

 



 

77

 



31. Herbert Huver (Herbert Clark Hoover) 1874-1964 

Prezidentlik dövrü: 1929-1933-cü illər. Respublikaçı 

1921-28-ci illərdə ticarət naziri olub, 1929-cu ildə isə Respublikaçılar Partiyasının namizədi 

kimi prezident

 

seçilib. 



Əksər prezidentlərdən fərqli olaraq, dövlət başçısı seçilənə  qədər heç bir seçkili vəzifə 

tutmayıb. 

Seçkiqabağı kampaniyaya «Hər qazanda toyuq, hər qarajda avtomobil» - şüarı ilə qoşulub və 

qalib gəlib. 

Onun prezidentliyi dövründə hökumət böyük biznesə yardım göstərərək, sadə  əhalinin 

vəziyyətinin yaxşılaşdırılması istiqamətində heç bir iş görməyib. Nəticədə dünya iqtisadi böhranı 

ABŞ-ı da ağuşuna alıb - sənaye müəssisələri bağlanıb, milyonlarla adam, o cümlədən hər dörd 

fəhlədən biri işsiz qalıb. 

1932-ci ildə ikinci dəfə namizədliyini irəli sürsə  də, seçilə bilməyib.  İkinci dünya 

müharibəsindən sonra Amerika hökumətinin tapşırığı ilə Avropa və Asiyanın 25 ölkəsini gəzib, 

bu ölkələrə ərzaq yardımı göstərilməsi problemi ilə məşğul olub. 

Ağ evi tərk edəndən sonra 31 il ömür sürüb və 90 yaşında vəfat edib. 



32. Franklin Ruzvelt (Franklin Delano Roosevelt) - 1882-1945 

Prezidentlik dövrü: 1933-aprel 1945-ci illər. Demokrat 

Dörd dəfə prezident seçilmiş yeganə dövlət başçısı olub (Konstitusiyaya prezidentlik 

müddətini iki seçki ilə  məhdudlaşdıran 22-ci düzəliş 1951-ci ildə  qəbul olunub). 1921-ci ilin 

avqustunda istirahət zamanı soyuq suda çimdiyi üçün poliomielit xəstəliyinə tutulub və ömrünün 

axırına kimi sərbəst hərəkət etmək qabiliyyətini itirib. Buna baxmayaraq, ölənə  qədər aktiv 

siyasi fəaliyyətlə məşğul olub. 

Uzaq qohumu olan Teodor Ruzveltə böyük rəğbət bəsləyib və  hələ  gəncliyində  Ağ evə 

gedərək, bir çox məsələlərdə ondan məsləhət alıb. 

Hakimiyyətə «Böyük iqtisadi tənəzzül» dövründə - 1933-cü ildə gəlib. Sosial problemlərin 

həllinə yönəlmiş bir çox proqramların müəllifidir. İqtisadiyyatın idarə olunması sahəsində bir 

sıra yeniliklər edib, həyata keçirdiyi islahatlar «Yeni siyasət» (New Deal) adı ilə tarixə düşüb. 

İkinci dünya müharibəsi illərində onun hökuməti SSRİ, Böyük Britaniya və Fransa ilə 

müttəfıqlik edib, antihitler koalisiyasının fəal üzvü olub. Mətbuatla açıq münasibətlərin tərəfdarı 

olub, ən kəskin suallardan belə qaçmayıb, hazırcavablığı ilə seçilib. 

BMT-nin yaradılmasında xüsusi xidmətləri var. 

1944-cü ildə dördüncü dəfə prezident seçilib. Lakin növbəti ilin aprelində beyninə qan 

sızmasından vəfat etdiyi üçün iyul ayında keçirilən Potsdam sülh konfransında ABŞ-ı yeni 

prezident H.Trumən təmsil edib. 

33. Harri Trumən (Harry Truman) - 1884-1972 

Prezidentlik dövrü: 1945-1953-cü illər. Demokrat 

F.Ruzveltin ölümündən sonra, 1945-ci ilin aprelində prezident kimi and içib. 

Avropanın inkişafına Trumən qədər təsir edən Amerika prezidenti olmayıb. Onun dövründə 

kommunist ideologiyasının yayılmasının qarşısını almaq məqsədilə  həyata keçirilən «Marşall 

planı» Avropada həm də iqtisadi tənəzzülü dayandırıb. 

NATO-nun yaradılması haqqında qərarın qəbul edilməsi də onun prezidentliyi dövrünə 

təsadüf edib. 

1945-ci ilin avqustunda Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası 

atılmasına icazə verib. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə