Microsoft Word amirova ayten doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix21.10.2017
ölçüsü0,63 Mb.
#6334
1   2   3   4   5   6   7   8   9   10   ...   22

 

19 


1.2. Azərbaycan ərazisində dağıdıcı hidrometeoroloji yağıntıların paylanması 

və onlara təsir amilləri 

 

         Azərbaycan Respublikasının ərazisində 2008-2012-ci illərdə qlobal istiləşmə 



tendensiyasına uyğun olaraq orta illik temperaturlar iqlim normasından 0,2-1,30 C 

yüksək  olmuşdur.  Bu  illər  arasında  2011-ci  il  0,20  C  müsbət  anomaliya  ilə  ən 

soyuq, 2010 və 2012-ci illər isə 1,30 müsbət anomaliya ilə ən isti illər olmuşdur ki, 

bu da yağintıların paylanmasına təsir göstərmişdir. Yağıntılara gəldikdə isə 2008-

2012-ci  illərdə  həm  müsbət,  həm  də  mənfi  anomaliyalar  müşahidə  olunmuşdur. 

Yağıntıların  maksimumu  2011-ci  ilə  təsadüf  edir,  həmin  il  ölkə  ərazisinə  düşən 

yağıntılar iqlim normasından 21% çox olmuşdur.  rimiqyaslı daşqınların müşahidə 

edildiyi 2010-cu ildə isə yağıntı anomaliyası 10,6% təşkil etmişdir. 2008 və 2012-

ci illər az yağıntılı illər olmuş, yağıntı anomaliyası müvafiq olaraq -6,6% və -6% 

təşkil etmişdir. 2008-ci ildə havanın orta illik temperaturu əvvəlki illərə nisbətən az 

artmış və çoxillik normadan cəmi 0,30 – 0,60 °C yüksək olmuşdur.  l ərzində orta 

aylıq  temperaturlar  yanvar,  fevral,  iyun,  dekabr  aylarında  normadan  aşağı,  may 

ayında  normaya  yaxın  olmuşdur.  Yanvarın  8-də  Bakı  şəhərində  son  yüz  ildə  ən 

minimal  temperatur  -8.70  °C  qeydə  alınmış-  dır.  Yağıntılar  il  ərzində  normaya 

yaxın  olmuş,  ən  çox  gündəlik  yağıntı  (104  mm)  noyabr  ayında  Lənkərana 

düşmüşdür.  Qar  örtüyünün  maksimal  qalınlığı  yanvar  ayında  Lerikdə  64  sm, 

Bakıda  44  sm,  Yardımlıda  43  sm  qeydə  alınmışdır. l  ərzində  küləyin  maksimal 

sürəti  mart  ayında  Zərdabda  36  m/san,  Mingəçevirdə  33  m/san,  may  və  iyun 

aylarında Tərtər və Sumqayıtda 35 m/san sürətli küləklər müşahidə olunmuşdur.  l 

ə

rzində  ən  güclü,  diametri  23  mm-ə  çatan  dolu  Daşkəsən  ərazisində  müşahidə 



edilmişdir.  2008-ci  ildə  ölkə  ərazisində  22-yə    yaxın  sel  hadisəsi  müşahidə 

olunmuşdur.  Ən  güclü  sel  hadisəsi  iyulun  8-9-da  və  oktyabrın  2-3-də  müşahidə 

edilmişdir.  l ərzində Xəzər dənizində ən güclü dalğalanma 11 dekabrda sürəti 22 

m/san-ə  çatan  küləklə  müşahidə  edilmişdir.  Xəzər  dənizinin  orta  illik  səviyyəsi 

şə

rti qəbul edilmiş Baltik sistemi üzrə – 28 m üzərindən Neft Daşlarında 113 sm 



olmuş  və  2007-ci  ilə  nisbətən  26  sm  artmışdır.  Ən  maksimal  səviyyə  Neft 

Daşlarında  iyul  ayında  137  sm,  ən  minimal  səviyyə  dekabr  ayında  94  sm  təşkil 




 

20 


etmişdir. 2009- cu ildə ən soyuq hava Naxçıvanda müşahidə olunmuşdur ( -18, -21 

°C)  .  Havanın  maksimal  temperaturu  +42,80  °C  təşkil  etmişdir.    Qar  örtüyünün 

maksimal  qalınlığı  fevral,  mart  ayında  Altıağacda  33  sm,  Xınalıqda,  Qubada,  30 

sm, Biçənəkdə 33 sm –ə çatmışdır. 2009 - cu il demək olar ki, küləkli keçmiş və il 

ə

rzində küləyin maksimal sürəti mart ayında Mingəçevirdə 32 m/san, Zərdabda 30 



m/san, Şəmkirdə 34 m/san, aprel ayında Abşeron yarımadasında və Abşeron dəniz 

rayonunda 25 -30 m/san olmuşdur. Dekabr ayında duman qeydə alınmış, dumanda 

görünüş  30  -200  m,  50  -500  metrədək  təşkil  etmişdir.  2009-cu  ildə  Azərbaycan 

ə

razisində  25  –ə  qədər  güclü  sel  hadisəsi  müşahidə  olunmuş-  dur.  Bu  sellərin 



arasında  məişətə,  əhaliyə,  kənd  təsərrüfatına  vurduğu  ziyana  görə  iyunun  5-6-da 

Goranboy,  16-18-də  Daşkəsən,  Gədəbəy  rayonlarında,  sentyabrın  21-22-də 

Hacıqabulda,  Şəki-Zaqatalada,  Lənkəranda,  Böyük  Qafqazın  şimal-şərq  ərazi 

çaylarında  baş  verən  sellər  daha  güclü  olmuşdur.  l  ərzində  Xəzər  dənizində  ən 

güclü  dalğalanma  yanvarın  1-də  maksimal  sürəti  22  m/san-yə  çatan  şimal-şərq 

küləyi ilə müşahidə edilmişdir. Xəzər dənizinin orta illik səviyyəsi Neft Daşlarında 

110  sm  olmuş  və  2008  ci  ilə  nisbətən  3  sm  aşağı  düşmüşdür.  2010–cu  ildə  ən 

soyuq hava yanvar ayında Parağaçayda (-19 °C), ən isti hava iyun, iyul aylarında 

Kürdəmirdə  (41  °C),  Culfada  (44  °C),  Naxçıvanda  (43  °C),  avqust  ayında  isə 

Naxçıvanda  (42  °C)  müşahidə  olunmuşdur.  Sentyabr  ayında  Neft  Daşlarına  34,0 

mm  (aylıq  normanın  459  %-i)  yağıntı düşmüşdür.  2010-cu  ildə  20-ə qədər  güclü 

sel və daşqın hadisəsi müşahidə olunmuşdur. Bu sellərin arasında əhaliyə, məişətə 

və kənd təsərrüfatına vurduğu ziyana görə mayın 2-də, mayın 3-də, iyunun 24-də, 

iyulun  14-15-də,  Kişçayda,  Şinçayda,  Zəylikçayda,  Dəhnəçayda  və  Qusarçayda, 

sentyabrın  11-12-də  isə  Bolqarçayda,  Lənkərançayda,  Vəşərüçayda  baş  verən 

sellər  daha  təhlükəli  olmuşdur.  Gursululuq  dövründə ölkə  ərazisində  Kür  çayının 

aşağı  axınında  Kür-Surra,  Şirvan,  Salyan  və  Araz-Novruzlu,  Yevlax  və  Zərdab 

məntəqələrində subasma hadisəsi olmuş, Kür –Araz çaylarında səviyyə maksimal 

həddə  çatmış  və  Sabirabad,  Saatlı,  Zərdab,  mişli,  Salyan,  Neftçala  rayonlarında 

ə

haliyə,  kənd  təsərrüfatına,  məişətə,  ümumilikdə  ölkə  iqtisadiyyatına  xeyli  ziyan 



dəymişdir. Mingəçevir su anbarında səviyyə son 35 ildə böhran həddə çatmış, ən 


 

21 


maksimal səviyyə 4 iyunda (83,2 m ) qeydə alınmışdır. Xəzər dənizinin orta illik 

səviyyəsi Neft Daşları rayonunda 102 sm olmuş və 2009-cu ilə nisbətən 8 sm aşağı 

düşmüşdür.  2011-ci  ildə  Ordubadda  41°C,  Culfada  44.7°C-yə  çatan  mütləq 

maksimum  temperaturlar  yenilənmişdir.  Qar  örtüyünün  maksimal  hündürlüyü 

noyabr ayında Lerikdə 74 sm, Bakıda 10 sm-ə çatmışdır. 2011-ci ildə 20-ə qədər 

sel və daşqın hadisəsi baş vermişdir. Əhaliyə, infrastruktura və kənd təsərrüfatına 

vurduğu ziyana görə mayın 1-2-də Talaçayda, avqustun 18-19-da Kişçay, Şinçay, 

Zəylikçay, Baş Daşağılçayda, avqustun 23-24-də Ağçay, Hamamçay, Kürmükçay, 

Baş  Daşağılçay  və  Əyriçaydan  keçən  sel  və  daşqınlar  daha  təhlükəli  olmuşdur. 

2011-ci  ildə  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  ən  güclü  dalğalanma  21 

oktyabr  tarixində  müşahidə  olunmuşdur.  Bu  zaman  maksimal  sürəti  saniyədə  29 

metrə çatan şimal-qərb küləyin Neft Daşlarında güclü dalğalanmaya səbəb olmuş, 

dalğanın  maksimal  hündürlüyü  7  metrə  çatmışdır.  Xəzər  dənizinin  orta  illik 

səviyyəsi  Neft  Daşları  rayonunda  mənfi  7,19  metr  BS  (Baltik  Sistemi)  olmuş  və 

dənizdə səviyyə 2010-cu ilə nisbətən 21 sm aşağı düşmüşdür. 2012-ci ildə fevral 

və  mart  ayları  soyuq  keçmişdir,  fevral  ayında  temperaturlar  normadan  2,30  °C, 

mart  ayında  isə  1,30  °C  aşağı  olmuşdur.  Yanvar,  iyul  və  dekabr  aylarında 

temperaturlar  kiçik  müsbət  fərqlə  normaya  yaxın  olmuşdur.  Digər  aylarda  isə 

temperaturlar  normadan  əhəmiyyətli  dərəcədə  (2,0-3,8  °C)  yuxarı  olmuş  və  ilin 

orta  temperaturları  da  normadan  1,3  °C  yuxarı  olmuşdur.  2012-ci  ildə  yağıntılar 

ümumilikdə iqlim normasından 6% az olmuşdur.  

Azərbaycan  ərazisində  yağıntılar  yağış,  qar  və  qarışıq  formada  olur. 

.Azərbaycan  ərazisində  dağıdıcı  hidrometeoroloji  hadisələri  yaradan  yağıntıların 

düşməsi atmosfer proseslərindən asılı olaraq müxtəlif davamiyyətli və intensivıliklt 

ola bilər. Yağıntıların miqdarı ilə yanaşı, onların il  ərzində paylanması rejimi də 

fiziki  coğrafi  baxımdan  böyük  əhəmiyyətə  malikdir.  Bol  temperatur  ehtiyatına 

malik olan Azərbaycan ərazisində, xüsusilə onun düzənlik, dağətəyi və alçaqdağlıq 

bölgələrində  landşaftın  biotik  komponentlərinin  inkişafını,  dinamikasını  məhz 

yağıntıların  miqdarı  ilə  yanaşı,  illik  rejimi  müəyyən  edir.  llik  yağıntıların 

bolluğuna  baxmayaraq  Lənkəran  ovalığı  və  dağətəyi  rütubətli  subtropiklərə  aid 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə