Microsoft Word amirova ayten doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix21.10.2017
ölçüsü0,63 Mb.
#6334
1   2   3   4   5   6   7   8   9   ...   22

 

10 


uçqunları, sel və daşğın kimi təbii proseslər başa düşülür. Lakin məkan və zaman 

daxilində  Azərbaycan  Respublikası  ərazisində  daha  çox  yayılan  DHMH-nin 

qruplaşdırılması  onların  elmi  baxımdan  öyrənilməsinə  və  onlara  qarşı  mübarizə 

tədbirlərinin  işlənib  hazırlanmasına  imkan  verir.  Tədqiqat  obyekti  kimi 

monoqrafiyada  Azərbaycanda  yayılmış,  respublika  iqtisadiyyatına  fasilələrlə  və 

bəzən  də  mütəmadi  olaraq  iqtisadi  zərərlər  vuran  sel,daşqın,  dolu,leysan,güclü 

külək,  quraqlıq  kimi  DHMH  iqtisadi  və  sosial  coğrafi  mövqedən  araşdırırlır. 

DHMH-nin  iqtisadi  və  sosial  coğrafi  baxımdan  öyrənilməsinə  keçən  əsrin  80-ci 

illərindən başlanmışdır.  

          Azərbaycanda  çoxsaylı  hidrometeoroloji  hadisələrin  son  illərdə  tək- 

rarlanması  intensivləşmiş,  əhatə  arealları  genişlənmiş  və  onların  vurduğu  zərər 

ilbəil artmaqda davam edir. Bəzi təbii proseslər isə lokal və regional həddi aşaraq 

qlobal  miqyas  almışdır.  Ona  görə  də  göstərilənləri  nəzərə  alaraq  Azərbaycanda 

təhlükəli təbiət hadisələrinə həsr edilmiş elmi-praktik konfrans və simpoziumların 

keçirilməsinə  maraq  artmışdır.  Bu  sahəyə  aid  yeni  mövzular  qoyulmuş,  tədqiqat 

işləri yerinə yetirilmişdir. Göstərilənlərin davamı olaraq 1995-ci ildə N.Ə.Paşayev 

təbii  fəlakətlərə  dair  namizədlik  dissertasiyasını  müdafiə  edir.  2004-cü  ildə  isə 

N.A.Babaxanov  və  N.Ə.Paşayev  tərəfindən  "Təbii  fəlakətlərin  iqtisadi  və  sosial 

coğrafi  öyrənilməsi"  monoqrafiyası  çap  olunur.  Təbii  fəlakətlərin  sosial-coğrafi 

baxımdan öyrənilməsinin nəzəri və metodoloji əsasları  respublika ərazisində baş 

verən DHMH-nin tədqiq edilməsi üçün çox mühüm mənbələrdən biri sayılır. 

          Artıq  10  ildən  çoxdur  ki,  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii 

Sərvətlər 

Nazirliyinin 

Milli 

Hidrometeorologiya 



Departamenti 

Hidrometeorologiya  Elmi-Tədqiqat  nstitutunda  c.e.d.,prof.  R.Mahmudovun 

redaktorluğu  ilə  təhlükəli  hidrometeoroloji  hadisələrə  və  ətraf  mühitin  ekstremal 

çirklənməsinə  dair  illik  (1995-2005-ci  illər)  xülasələr  çap  olunur.  Xülasələrdə 

Azərbaycanda  baş  verən  təhlükəli  hidrometeoroloji  hadisələr  ,  onları  yaradan 

səbəblər  ümumilikdə  şərh  edilmiş  və  hər  bir  hidrometeoroloji  şəraitin  yayıldığı 

ə

razilər  müəyyən  olunmuşdur.  Xülasədə  aylar  üzrə  meteoroloji  şəraitin  çoxillik 



icmalı, hər il üçün aylar üzrə meteoroloji şərait, baş vermiş təhlükəli dolu,leysan, 


 

11 


sel və daşqın hadisələri, kənd təsərrüfatı üçün əlverişsiz və təhlükəli hava şəraiti, 

Xəzər  dənizinin  Azərbaycan  akvatoriyasının  hidrometeoroloji  şəraiti  geniş 

xarakterizə  edilir  və  hər  il  Azərbaycan  Respublikasında  baş  verən  tyəhlükəli 

hidrometeoroloji  hadisələrin  qısa  icmalı  ilə  yekunlaşır.  Göstərilən  illik  xülasələr 

elmi  əhəmiyyət  kəsb  etməklə  hidrometeoroloji  hadisələrə  dair  çox  lazımlı 

məlumatlar  toplamağa  və  sadə  sosial-  iqtisadi  yönümlü  məlumatlar  əldə  etməyə 

imkan  versə  də,  bu  kimi  hadisələrin  respublika  iqtisadiyyatına  vurduğu  zərər 

haqda  məlumatkar  verilmir.  "Qafqazda  təhlükəli  hidrometeoroloji  hadisələr" 

(1983)  kitabında  təqdim  olunan  monoqrafiyanın  mövzusu  və  tədqiqat  obyekti 

kimi  seçilmiş  DHMH-yə  baxılsa  da,  kitabda  əsas  diqqət  Qafqazda  rast  gəlinən 

hidrometeoroloji  hadisələrin  təkrarlanması,  davamiyyəti,  intensivliyi,həmçinin 

onların statistik parametrləri ilə bərabər, bəzi qorxulu hidrometeoroloji hadisələrin 

rayonlaşdırılmasına yönəlib. Lakin burada, c.e.n. A.A.Kərimovun tədqiqatı istisna 

olmaqla,Gürcüstan  ərazisində  baş  verən  DHMH-yə  daha  çox  yer  ayrılmışdır. 

Göstərilən  kitabda  DHMH-nin  səciyyəsində  onların  sosial-iqtisadi  aspektləri, 

demək olar ki, araşdırılmışdır. 

          Geoloqlar  bu  təbii  hadisələri  müxtəlif  adlar  altında,  çox  vaxt  ekzogen-

geoloji  proseslər  kimi  tədqiq  edirlər.  Əsasən  mühəndis-geoloji  istiqamətdə 

öyrənilən bu sahənin tədqiqi ilə Azərbaycanda çoxsaylı geoloqlar məşğul olurlar. 

Onlardan  bu  sahədə  böyük  xidmətləri  olmuş  F.Ş.Əliyevi  göstərmək  olar.  Onun  

yazdığı  elmi  işlər  içərisində  bizim  tədqiq  etdiyimiz  mövzuya  daha  yaxın  olan 

"Təbii fəlakətləri qabaqcadan xəbər vermək olarmı?"(1998), "Ekzogen proses və 

hadisə  Azərbaycanda  fövqəladə  hallar  doğuran  təbii  amil  kimi"(1998), 

"Azərbaycanda  fövqəladə  hallar  yaradan  təbii  amillərin  geoloji  əsası"(2001)  və 

"Azərbaycanda  ekzogen  geoloji  proseslər,onların  öyrənilməsi  metodu  və 

proqnozu prinsipləri"(2002) böyük maraq doğurur. 

          Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə mütəxəssislər 

Assosiasiyasının  2000-2005-ci  illərdə  Bakı  şəhərində  keçirdiyi  beş  beynəlxalq 

simpoziumun  materiallarında  "Təbii  xarakterli  fövqəladə  hallar",  "Texnogen 

xarakterli  fövqəladə  hallar","Ekoloji  xarakterli  fövqəladə  hallar",  " qtisadi 




 

12 


xarakterli  fövqəladə  hallar"  sahələri  üzrə  müxtəlif  istiqamətli  çoxsaylı 

məqalələrdə praktik əhəmiyyətli mənzərələr və çıxışlar çap olunmuşdur. 

          Dağıdıcı  hidrometeoroloji  hadisələrin  əsaslandırılmış  elmi  baxımdan  dərk 

olunması  və  müxtəlif  istiqamətdə  öyrənilməsi,  onlara  qarşı  səmərəli  mübarizə 

tədbirlərinin  görülməsi  üçün  bir-birindən  fərqli  təsnifat,qruplaşma  və 

sistemləşmənin  aparılması  elmi-praktik  əhəmiyyət  kəsb  edir.  DHMH-nin  dərk 

olunması,  öyrənilməsi  və  proqnozlaşdırılma  metodikasının  hazırlanması  üçün 

daha etibarlı vasitə kimi onların sistemləşdirilməsi ola bilər. Bu baxımdan hər bir 

elm  sahəsi  və  bu  sahə  ilə  məşğul  olan  tədqiqatçılar  DHMH-ni  öyrənərkən 

özlərinin  elmi  maraq  dairələrinə  və  qarşıya  qoyulmuş  məqsədlərinə  uyğun  olan 

qruplaşma  və  təsnifat  aparırlar.  Hidrometeoroloji  hadisələr  haqda  mövcud  elmi 

istiqamətləri,  təsəvvürləri  sistemləşdirməklə  onlara  qarşı  mübarizə  işlərinin 

səmərəliliyini artırmaq üçün bu proseslərin sosial-iqtisadi istiqamətdə öyrənilməsi 

çox vacibdir. 

          Hidrometeoroloji hadisələrin vahid təsnifatı olmasa da, bu sahədə aparılan 

hər  bir  təsnifat  son  nəticədə  istehsalın  ərazi  təşkilində  ,  əhali 

məskunlaşdırılmasında və digər sosial problemlərin həllində nəzərə alınmalıdır. 

          DHMH-nin digər vacib cəhəti onların fasilələrlə təzahür etməsidir.Rus alimi 

V.M.Kotyakov DHMH-ni müxtəlif dövrlər üzrə qiymətləndirərək ,onları ildə bir 

neçə  dəfə  (  qar  və  daş  uçqunları,qar  yığımı,güclü  daşqınlar),  ayrı-ayrı  illərdə 

çayda  buz  yığını,daşqın,quraqlıq,sel)  və  uzun  illərdən  sonra  buzlaqların  əriməsi 

baş  vermələrinə  görə  təsnif  etmişdir.  Müəllifin  apardığı  bu  təsnifat  Azərbaycan 

respublikasınımn ərazisi üçün də tətbiq edilə bilər. 

          V.M.Kotyakov DHMH-ni miqyasına görə qlobal regional və lokal növlərə 

bölür.  Qlobal  miqyaslı  DHMH-yə  bütün  planeti  və  ya  onun  böyük  bir  hissəsinə 

ə

hatə  edən  ekstremal  soyuq  qış  və  ya  quraqlığın  hökm  sürdüyü  qızmar  yay 



mövsümlərini  regional  təbii  hadisələrə  materiklərin  hüdudları  daxilində  və  ya 

onların  ayrı-ayrı  hissələrində  baş  verən  güclü  küləkləri,  toz  burulğanını;  lokal 

DHMH-yə  isə  ağ  yel,sel,dolu  və  daşqın  kimi  məhdud  ərazilərdə  yayılmış  təbii 

hadisələri aid edir.Bu prosesin 2003-cü ildə respublika ərazisində baş verən güclü 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə