Microsoft Word amirova ayten doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix21.10.2017
ölçüsü0,63 Mb.
#6334
1   2   3   4   5   6   7   8   9   ...   22

 

13 


küləyin  timsalında  Azərbaycanın  inzibati  ərazi  vahidi  kimi  Şəmkir  rayonundan 

tutmuş Gəncə-Qazax,Abşeron və bütün respublika üçün böyük təhlükə yaratdığını 

və vurduğu zərərlərə görə regional miqyas aldığını göstərmək olar. 

          A.S.Kurbatova  isə təbii proses və hadisələrin genetik tiplərinə görə təsnifat 

aparmışdır.  Müəllif  günəş-kosmik  hadisələrə  meteorit  düşməsini,  maqnit 

dalğasını; meteoroloji hadisələrə müxtəlif xarakterli küləklər (qasırğa,tayfun,qəfil 

fırtına  və  s.),  dəniz,göl  və  çayda  dalğa,ekstremal  isti,  müəyyən  mövsüm  üçün 

ekstremal  soyuq  və  şaxta,  ekstremal  leysan,ekstremal  qar  yağması,çovğun,buz 

bağlama,ayaz,duman, torpağn defilyasiyası,toz burulğanı,quraqlıq,ağ yel və digər 

hadisələri aid  etməklə  onların  qəfil baş vermədiyini  qeyd  edir.  Birdən baş  verən 

hadisələrə isə çay  və  yamacların  buz bağlamasını, ildırım,  doluvurma  və  şimşək 

çaxmasını  aid  atmişdir.  Hidroloji  hadisələrə  çay  və  göllərin  buz  bağlamasını, 

subasmasını,qurunt  sularının  səviyyə  dəyişmələrini,çayların  səviyyəsinin 

ekstremal azalmasını, müvəqqəti axınlı hövzələrin subasma və quraqlıqla müşayət 

olunmasını,  dəniz,göl  və  çaylardakı  buzların  təsirini  aid  etmişdir.  Bunların 

içərisində  daşqın  hadisəsinin  daha  çox  təhlükəli  olduğu  göstərilir.  Rusiya 

Federasiyası  üçün  hazırlanmış  bu  təsnifat  Azərbaycan  ərazisi  üçün  də  məqbul 

sayıla bilər  

          Azərbaycanda  ilk  dəfə  DHMH-nin  mahiyyətindən,  xarakterindən, 

yaranmasından və zaman-məkan daxilində dəyişməsindən asılı olaraq onları elmi 

ə

saslarla  daha  geniş  mənada  təbii  dağıdıcı  hadisə  kimi  sistemləşdirib,  təsnifatını 



verən akademik B.Ə.Budaqov olmuşdur(1978). Bu sistemləşdirilmə təbii dağıdıcı 

hadisələrin  tipləri,  başvermə  amilləri,  başvermə  forması  göstəricilərinə  əsasən 

aparılmışdır. 

           Bu  sistemləşdirilmədə  kosmik  fəzada,  coğrafi  örtükdə  baş  verən  dağıdıcı 

hadisələr  kosmik,  meteoroloji–iqlim,  hidrometeoroloji,  geoloji-geomorfoloji, 

qlasial-geomorfoloji,  qlasial-hidrometeoroloji,geoloji,geoloji-tektonik  və  geofiziki 

tektonik-okeanoloji,geoloji-geomorfoloji  və  hidroloji  hadisələrə  ayrılmışdır. 

Bütünlükdə dağıntı verə biləcək 50-dən çox təbii hadisə növünün zaman daxilində 

hər birinin davamiyyəti  qruplaşdırılmışdır. Sonradan bu sistemləşdirmə və təsnifat 



 

14 


B.Ə.Budaqov,N.A.Babaxanov  tərəfindən  yenidən  təkmilləşdirilmişdir.  Müəlliflər 

DHMH-ni  sistemləşdirərək  onları  yerüstü  və  yerdən  kənar  növlərə  bölmüşlər. 

Yerdən  kənar  təbii  proseslərə  kosmogen  mənşəli,yəni  atmosferdə,yerüstü  təbii 

proseslərə  isə  Yer  kürəsinin  coğrafi  örtüyündə  əmələ  gələnlər  aid  edilir.  Bu 

təsnifatda    meteoroloji  iqlim  hadisələri-ildırım,tozlu  tufanlar,qalın  qar 

basması,çovğun,boran,şaxta,dolu,leysan,qumbasması,tornado,istilik,boğanaq,tufan,

güclü  soyuq  dalğa,quraqlıq,isti  quru  küləklər  və  duman;  hidrometeoroloji  və 

geoloji-geomorfoloji  sel,  buzlaq  meteoroloji-buz  və  qar  uçqunları;  buzlaq 

hidrometeoroloji 

aysberqlər, 

çaylarda 

buz 


tıxacı,buz 

axınları 

kimi 

qruplaşdırılmışdır.B.Ə.Budaqov    təbii-dağıdıcı  hadisələrin  yeni  təsnifatını  verən 



zaman  DHMH-nin    sitemində  daha  bir  qrup,  bioloji-meteoroloji  hadisələri  sulu 

boğanaq,çəyirtkələrin  hücumu,meşə  yanğını,daşqın,epidemi-yaların    qəflətən    baş 

verməsi,çuma,qrip,tif,gəmiricilərin  hücumu,  qəfil  baş  verən  göbələk-alergiya 

xəstəlikləri,  bioloji  tarazlığın  pozulması  kimi  sahələrə  ayrılmışdır.  Göründüyü 

kimi, DHMH-nin mənşəyi və inkişafına ayrı-ayrı amillər və ya onların birləşməsi 

təsir göstərir.  

          DHMH-nin  müəyyən  zaman  kəsiyində  baş  verməsi,inkişaf  etməsi  və  başa 

çatması göstəriciləri müxtəlifdir. Belə ki, ildırımın əmələ gəlməsi və başa çatması 

üçün 1-10 saniyə, sellər üçün 20-30 dəqiqə, quraqlıq üçün isə 10-20 gün, bəzən isə 

bir  neçə  ay  tələb  olunur.  DHMH-nin  müəyyən  zaman  ərzində  davamlılığın 

müxtəlifliyini  nəzərə  alaraq,onların  təhlükəlilik  dərəcəsini  və  müdafiə 

imkanını,optimal  hallarda  isə  insanların  həyat  fəaliyyətinə  təsir  qüvvəsinin 

qarşısının alınmasını və ya zəiflədilməsini təyin etmək  mümkündür. Başqa sözlə, 

təsir  qüvvəsi  gözlənilmədən  meydana  çıxıb  ani  vaxtda  baş  verərsə,  o  zaman 

təhlükədən  xilas  olmaq  çətindir.  Təsir  qüvvəsi,əksinə,  proqnozlaşdırıldıqda  və 

onun  meydana  çıxması  ilə  təzahür  etmə  müddəti  məlum  davamiyyət  ilə 

fərqləndikdə,o zaman onun mənfi təsirini müəyyən qədər zəiflətmək mümkün olur. 

          A.Ə.Kərimov    “Kortəbii  ,xüsusi  təhlükəli  hidrometeoroloji  hadisələr” 

məqaləsində    göstərir  ki,  “Hadisə  öz  intensivliyinə,yayılma  sahəsinə  və 



 

15 


davamiyyətinə  görə  müəllif  tərəfindən  müəyyən  edilmiş  hədlərə,parametrlərə 

çatdıqda kortəbii (xüsusilə təhlükəli) hidrometeoroloji hadisə hesab olunur. 

          Müəllif hidrometeoroloji hadisələri aşağıdakı kimi təsnif  etmişdir: 

I.

  Meteoroloji 



və 

aqrometeoroloji 

hadisələr 

külək, 


ş

iddətli 


külək,burulğan:güclü  yağış,güclü  dolu,  iri  dolu,güclü  çovğun,  güclü 

sırsıra,qarışıq 

çöküntülər,güclü 

toz(qum) 

tufanları, 

səhər 


ş

axtası(ayaz),quru  isti  külək,güclü  şaxta,güclü  isti,qatı  duman  və 

fövqəladə yanğın təhlükəsi. 

II.


 Kortəbii(xüsusilə  təhlükəli)  dəniz  hidrometeoroloji  hadisələrə  müəllif  4 

xüsusi təbii hadisəni daxil edib. 

III.

  Hidroloji  hadisələr.Buraya  suyun  yüksək  səviyyəsi,  suyun  alçaq 



səviyyəsi,qar  uçqunları,  sel  hadisələri  və  onların  dağıdıcı  hallara 

çatmaları üçün əsas parametrləri müəyyən edilib. 

          Müəllif göstərilən təbii  mühitin  ekstremal  yüksək  çirklənmə  parametrlərinə 

görə sistemləşmə(qruplaşma) aparmış, DHMH-yə bilavasitə meteoroloji baxımdan 

qiymət vermiş,lakin onun nəticələrinin iqtisadi, sosial və psixoloji zərərlərə gətirib 

çıxaracağını araşdırmamışdır. 

          DHMH bəzən elmi araşdırmalarda fövqəladə hadisə kimi xarakterizə edilir. 

Bakıda yerləşən Avropa Tədris- nformasiya Mərkəzinin təşəbbüsü ilə müxtəlif elm 

sahələrini  təmsil  edən  alimlər  qrupu  tərəfindən  bu  səpkidə  yazılmış  “Fövqəladə 

hadisələrin  təsnifatı”  kitabı  2001-ci  ildə  işıq  üzü  görmüşdür.  Kitabın  birinci 

bölməsində  Azərbaycanda baş verən hər bir fövqəladə hadisə , ikinci bölməsində 

isə  Azərbaycan  respublikası  ərazisində  fəlakət  törədən  təbii  proseslər  və  amillər, 

onların  proqnozu  və  mühafizə  tədbirləri  çox  sadə  şəkildə  xarakterizə  edilib. 

Azərbaycanda  mövcud  olan  ekzogen  geoloji  proseslər:  sürüşmələr,sellər,  qar 

uçqunları,subasma,abraziya(aşınma),  bataqlaşma,şoranlaş-  ma,  zəlzələ  müşahidə 

olunan ərazilər haqda da kitabda məlumat verilmidşir. Kitabın üçüncü bölməsində 

DHMH-yə  aid  edilən  ayaz,  boran,  burulğan,qasırğa,qəfil  fırtına,quraqlıq,  quru 

yellər,quru  çən,dolu  və  doluvurma,  duman,ekstremal  temperatur  və  yağıntılar, 

iqlimin 

istiləşməsi,ildırım,inversiya,kəskin 

soyumalar,güclü 

istilər,güclü 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə