Microsoft Word amirova ayten doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix21.10.2017
ölçüsü0,63 Mb.
#6334
1   2   3   4   5   6   7   8   9   ...   22

 

16 


xəzri,leysan,maqnit fırtınası,səhralaşma,soyuqların qayıtması,sırsıra tozanaq,tufan, 

fyon,fırtına,çovğun haqqında çox qısa informasiya xarakterli məlumat verir.Lakin 

burada  da  DHMH-in  sosial  iqtisadi  nəticələrindən  ,  əhalinin  və  istehsalın  ərazi 

təşkilində  onun  hər  birinin  mənfə  təsirindən  söhbət  açılmır,  araşdırma 

aparılmır.Belə  yanaşma  və  təsnifatlar  sırf  sosial-iqtisadi  xarakter  daşımasa  da, 

problemlə bağlı hadisələrin getdikcə daha çox intensivləşməsi bu sahədə ardıcıl və 

kompleks mübarizə aparmağın vacibliyini artırır. 

          N.A.Babaxanovun    təbii  fəlakətlərin  dağıdıcılıq  dərəcəsinə  və  müxtəlif 

təsərrüfat  obyektlərinin  inkişaf  ritminə  təsirinə,eləcə  də  təsərrüfat  obyektlərinin 

normal  fəaliyyətinin  bərpa  olunması  imkanlarına  görə  verdiyi  təsnifat  daha  geniş 

informasiya bazası əsasında tərtib olunmaqla, DHMH-nin öyrənilməsi və bu baza 

ə

sasında  yeni  təsnifat  hazırlamaq  baxımından  koonstruktiv  yönümlüdür.Belə 



təsnifatlar  hər  bir  regionda  və  eləcə  də  inzibati  rayonun  ərazisində  DHMH-nin 

istehsalın və əhalinin ərazi təşkilində təsirini nəzərə almaqla istifadə edilə bilər. 

          Azərbaycanda  DHMH-nin  respublika  iqtisadiyyatına  vurduğu  zərərlərlə 

bağlı  dəqiq  uçotun  aparılmaması  hidrometeoroloji  hadisələrin  kəmiyyət 

göstəricilərinə  görə  təsnifatlarının  verilməsini  çətinləşdirir.DHMH-nin  respublika 

iqtisadiyyatına  vurduğu  zərər  uzun  illər  qismən  respublika  Nazirlər  Kabinetinin 

nəzdindəki  fövqəladə  hallar  komissiyasında  toplansa  da,  elmi-tədqiqat  işləri 

aparmaq  üçün  belə  məlumatları  əldə  etmək,  demək  olar  ki,  qeyri-mümkün 

olmuşdur.  Lakin  DHMH-yə  aid  bütün  məlumatlar  bir  çox  MDB  dövlətlərində 

müxtəlif adlar altında fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyində toplanır və 

statistika  komitələri  tərəfindən  açıq  çap  olunur.  Azərbaycanda  da  2006-cı  ildə 

Fövqəladə  Hallar  Nazirliyinin  yaradılması  haqqında  Azərbaycan  Prezidentinin 

sərəncamı  imzalanmış  və  artıq  nazirlik  fəaliyyətinə  başlamışdır.  Bu  nazirlikdə 

DHMH-nin vurduğu zərər açıq şəkildə çap olunarsa, belə təbiət hadisələrinin geniş 

və  ətraflı  öyrənilməsinə,onlara  qarşı  səmərəli  mübarizə  tədbirləri  görmək  üçün 

imkan  yaranar.  Göründüyü  kimi,  respublika  ərazisində  hökm  sürən  DHNH-nin 

vurduğu zərər və dağıntəlar barədə tam dürüst kəmiyyət göstəricilərinin olmaması 

onların yalnız ümumi şəkildə təsnifatının aparılmasına imkan verir.(bax:cədvəl1)  




 

17 


      Daşqın  hadisələri  sellərdən  sonra  dağıdıcı  və  iqtisadi  zərərlər  vurmasına  görə 

ikinci yerdə olsa da, onun geniş yayıldığı ərazilərdə respublikanın əsasən      kənd 

təsərrüfatı sahələrinə daha böyük ziyan vurduğu müəyyən olunmuşdur. 

 

Cədvəl1.1. 

Dağıdıcı hidrometeoroloji hadisələrin müxtəlif təsərrüfat sahələrinə və 

ə

halinin sağlamlığına təsirinə görə təsnifatı 



Sıra 

nöm.

    


Hidrometeoroloji 

hadisələ

Sənaye 

sahələrinə 

Kənd 

təsərrüfatına 

Nəqliyyata 

Ə

halinin 



sağlamlığına 



Sel 

ÇB 

ÇB 

ÇB 





Daşqın 



ÇB 



ÇB 



Dolu 



ÇB 







Leysan 



ÇB 



 

Ş

iddətli küləklə





ÇB 







Quraqlıqlar 



ÇB 



 

qtisadi zərərlər və dağıntılar: 



-

  çox böyük - ÇB 

-

  orta - O 



-

  zəif – Z 

          Aparılmış  bu  təsnifat  əsasında    Azərbaycan  ərazisində  DHMH  işərisində 

respublika  iqtisadiyyatının  ,  demək  olar  ki,bütün  sahələrinə  və  eləcə  də  əhalinin 

sağlamlığına çox böyük  zərər vuran hadisənin sellər olduğu müəyyən edilmişdir. 

Sellərin geniş yayılması və son illərdə kəskin surətdə artması, onun istehsalın ərazi 

təşkilində  nəzərə  alınmaması  sonradan  daha  böyük  iqtisadi  zərərlərə  səbəb 

olmuşdur. 




 

18 


          Quraqlığın  digər  DHMH-yə  nisbətən  daha  az  zərər  vurması  müəyyən 

edilmişdir.Yuxarıda göstərilən təsnifata bu və ya digər DHMH-nin vurduğu zərər 

haqqında  mütləq  göstəricilər  əlavə  edilsəydi,  bu  təsnifat  daha  konstruktiv 

ə

həmiyyətə malik ola bilərdi. 



          DHMH-nin  vurduğu  zərərin  miqdarının  minimum  həddə  çatdırılmasında 

onların proqnozlaşdırmaya görə təsnifatının verilməsi çox vacibdir (Bax: cədvəl 2). 

          Proqnazlaşdırma qısa və uzunmüddətli ola bilər. Xalq təsərrüfatında xüsusən 

qısamüddətli proqnozlaşdırma daha mühüm əhəmiyyət kəsb edir. 



Cədvəl 1. 2. 

DHMH-nin proqnozlaşdırılmasına görə təsnifatı 

Sıra 

nöm.

    


Dağıdıcı 

hidrometeoroloji 

hadisələ

Qısamüddətli 

proqnozlaşdırma 

Uzunmüddətli 

proqnozlaşdırma 



Sel 







Daşqın 







Dolu 







Leysan 





Ş

iddə









Quraqlıq 



 

          DHMH  ilə  bağlı  ilk  dəfə  olaraq  bizim  verdiyimiz  təsnifat  tam  kəmiyyət 



göstəriciləri  ilə  təmin  olunmasa  da,  hər  bir  region  və  inzibati  rayonda  məhsuldar 

qüvvələrin  DHMH-dən  müdafiəsi,  zərərsizləşdirilməsi  baxımdan  böyük  sosial-

iqtisadi  əhəmiyyətə  malikdir  və  belə  bir  təsnifat  bütün  təsərrüfat    sahələrində 

istifadə edilə bilər. 

             

 

 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə