Microsoft Word amirova ayten doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix21.10.2017
ölçüsü0,63 Mb.
#6334
1   2   3   4   5   6   7   8   9   ...   22

 

zəiflədilməsi,qismən  qarşısının  alinması  yollarını  öyrənmək  və  müvafiq 



tövsiyyələr hazırlamaqdan ibarətdir. 

Bu məqsədlə  tədqiqat zamanı aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur:   

-  DHMH-in  iqtisadi  və  sosial-ekoloji  tədqiqat  obyekti  kimi  öyrənilməsinin 

ə

saslandırılması,  onların  nəzəri  və  metodoloji  əsaslarınınmüəyyənləşdirilməsi;  



        -DHMH-in 

iqtisadi-coğrafi 

təsnifatlarının 

hazırlanması,hər 

bir 

hidrometeoroloji  hadisənin  fiziki-coğrafi  və  ekoloji-iqtisadi  əsaslarının,  onların 



respublika  təsərrüfatının  inkişafı  və  ərazi  təşkilinə  təsirinin,  əhalinin  və 

təsərrüfatının göstərilən hadisələrdən mühafizə yollarının hazırlanması.  



Tədqiqat obyekti. Azərbaycan Respublikası ərazisində  baş verən DHMH-

in (sel, daşqın, dolu,leysan, şiddətli külək, quraqlıq və s.), təsərrüfatın inkişafının 

və ərazi təşkilinin iqtisadi-sosial-ekoloji məsələləridır. 

Elmi yenilik. Dissertasiya işinin elmi yenilikləri aşağıdakılardır: 

-  hər  bir  DHMH-in  başvermə  səbəbləri  ,intensivliyi,  əsas  yayılma  arealları 

müəyyənləşdirilmiş və onların müxtəlif yönümlü təsnifatları hazırlanmış;  

-  DHMH-in  ölkə  təsərrüfat  sahələrinə  vurduğu  zərərləri  müəyyən  etməklə,  bu 

məlumatlar əsasında müxtəlif məzmunlu xəritə sxemlər tərtib edilmiş;  

-Azərbaycan ərazisinin DHMH-ə məruz qalma dərəcələrinə görə rayonlaşdırılması 

aparılmış;  

-rayonlaşmaya  uyğun  olaraq  onların  hər  birində  DHMH-in  vurduqları  zərərlərin 

azaldılması, onlara qarşı əsaslandırılmış mübarizə tədbirləri hazırlamaq üçün elmi 

baxımdan əsaslandırılmış təklif və tövsiyyələr verilmişdir.   

Praktiki  əhəmiyyəti.    Bu  tədqiqat  işi  dissertasiyada    irəli  sürülmüş 

Azərbaycanda  DHMH-in  geniş  yayıldığı  ərazilərdə  istehsalın  inkişafı  və  ərazi 

təşkilində,  alınan  nəticə  və  tövsiyələrdən  ayrı-ayrı  inzibatı  rayonlarda  aparılan 

təsərrüfat işlərində, yeni yaşayış məntəqələrinin salınmasında, avtomobil yollarının 

inşasında istifadə edilə bilər.  

Nəşr.  Tədqiqatların  nəticələrinə  görə  məruzələr  edilmiş  və  elmi  məqalələr 

çap edilmişdir. 



 

ş



in strukturu və həcmi. Dissertasiya işi giriş, üç fəsil, nəticə və təkliflər, 

ə

dəbiyyat siyahısından ibarətdir. 



Giriş  hissəsində  mövzunun  aktuallığı  və  tədqiqat  obyektinin  seçilməsi 

ə

saslandırılır, tədqiqatın məqsəd və vəzifələri, obyekti və predmeti müəyyən edilir, 



işin elmi yeniliyi və praktiki əhəmiyyəti göstərilir. 

 Birinci  fəsildə  Azərbaycan  ərazisində  baş  verən  dağıdıcı  hidrometeoroloji 

yağıntıların paylanması, qlobal iqlim dəyişmələri və təbii dağıdıcı hidrometeoroloji 

proseslərin  təsir  xüsusiyyətləri,  Xəzər  dənizində  baş  verən  təbii  hidrometeoroloji 

dağıdıcı hadisələr nəzərdən keçirilmişdir. 

kinci  fəsildə  sel  hadisələrinin  təsərrüfatlara  təsiri,  daşqın  hadisələrinin 

təsərrüfatların  inkişafı  və  təşkilinə  təsiri,  atmosfer  kütlələrinin  təbii  dağıdıcı 

xüsusiyyətləri, quraqlığın təsərrüfatlara təsiri araşdırılır. 

Sonuncu  fəsildə  sel  hadisələrindən  mühafizə  tədbirləri,  daşqınlardan 

mühafizə  yolları,  atmosfer  hadisələri  ilə  əlaqədar  yaranan  anomal  vəziyyətlərdən 

qorunma  respublika  ərazisində  baş  verən  dağıdıcı  hidrometeoroloji  proseslərin 

yayılma xüsusiyyətləri təhlil edilir.  

Dissertasiya işi 75 səhifədən, 6 şəkildən və  8 cədvəldən ibarətdir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 



I FƏS L. TƏB  EKZOĞEN PROSESLƏR VƏ ONLARIN YARATDIĞ



FƏLAKƏTLƏR N XUSUS YYƏTLƏR  

 

 



1.1.    Dağıdıcı hidrometereoloji hadisələrin  

təsnifatı və qruplaşdırılması. 

           

           lk  baxışda  təbii  proses  kimi  görünən  və  qəbul  edilən  hidrometereoloji 

hadisələrə  "dağıdıcı"  anlayışının  verilməsi  bəlkə  də  düzgün  görünməyə  bilər. 

Lakin təhlükəlilik baxımından əhaliyə və təsərrüfata vurduğu zərərdən asılı olaraq, 

hidrometereoloji  hadisələrə  indiyə  qədər  elmi  ədəbiyyatda  bir  çox  tədqiqatçılar 

birtərəfli - hidroloji, meteoroloji, ikitərəfli hidrometeoroloji, ekstremal və kortəbii 

hadisə,  gözlənilməz  fövqaladə  hadisə,  təbii  fəlakət  və  s.  təbiət  hadisələri  kimi 

baxmışlar.  Öz  xarakterinə  və  inkişafına  görə  bu  prosesləri  bəzən  fiziki-coğrafi 

hadisələr  kimi  də  səciyyələndirirlər.  Bu  problemlə  məşğul  olan  alim  və 

mütəxəssislərin  fikir  və  ideyaları  ilə  yanaşı,  biz  hidrometeoroloji  hadisələrdə 

"dağıdıcı"  elementləri  müəyyən  etmək  üçün  aşağıdakı  konkret  anlayış  və 

kateqoriyalardan istifadə etmişik: 

-  əksər  hidrometeoroloji  hadisələr  təbii  mühitə  kəskin  təsir  göstərməklə 

təhlükə,qəza,qorxu  və  dağıntı  hallarını  artırır.  Bu  zaman  ətraf  mühitdə 

təhlükəli  vəziyyətin  yaranması  təbiətin,  eləcə  də  təsərrüfat  sahələrinin  və 

ə

halinin ziyan çəkməsinə şərait yaradır; 



-  DHMH  qəfil  baş  verməsi  ilə  insanların  normal  həyat  fəsliyyətini  pozur, 

təsərrüfat fəaliyyətinin inkişafı və ərazi təşkilində fövqəladə şərait yaradır; 

-  təbii  mühiti,  təsərrüfatı  və  insanların  həyat  fəaliyyətini  əvvəlki  vəziyyətə 

gətirmək mümkün olmur. 

          Bütün  bu  göstərilənlər  hidrometeoroloji  hadisələrə  "dağıdıcı"    anlayışının 

verilməsinə  imkan  yaradır.Eyni  zamanda,  quraqlıq,  kəskin  şaxta  və  digər  təbii 

hadisələr ətraf mühitdə birbaşa dağıtılara səbəb olmasa da, bəzən onların nəticələri 

daha böyük acılar gətirir. Bu nöqteyi-nəzərdən DHMH anlayışı altında şaxta,ayaz, 

torpağın  donması,  havanın  yüksək  və  aşağı  hərarəti,  quraqlıq  və  quru  küləklər. 

güclü  külək  və  tozlu  qasırğa,  leysan  yağışları  və  dolu,  duman,qar  və  buz 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə