Microsoft Word amirova ayten doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix21.10.2017
ölçüsü0,63 Mb.
#6334
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

 

35 


müşahidə edilir. Samur-Dəvəçi ovalığında, Xəzər dənizində baş verən dalğalardan 

yaranan  daşqın  və  subasması  geniş  əraziləri  əhatə  etmişdir.  Onun  nəticəsidir  ki, 

təkcə  2003  və  2007-ci  illərdə  baş  vermiş  daşqın  və  subasma  hadisələri  ölkə 

iqtisadiyyatına 50 mln. manatdan çox zərər dəymişdir. 

 

 

1.5.Xəzər dənizində baş verən təbii hidrometeoroloji 



dağıdıcı hadisələ

 

Azərbaycanın Xəzər akvatoriyasında dağıdıcı hadisələrdən biri buz bağlama 

hadisəsidir.  Bu  təbii  proses    əsasən  qış  aylarında  Xəzərin  Şimal  hissəsində  ilin 

soyuq dövründə daha çox müşahidə edilir (şək.1.1). Lakin Orta və cənubi Xəzərdə 

buz bağlama demək olarki müşahidə edilmir. Xəzərdə anomal buz hadisəsi 1920-ci 

və 1953 –cü illərdə müşahidə edilmişdir.1920-ci ilin soyuq qışında Orta Xəzərdə 

sahil zonalarında güclü buz bağlama hadisəsi olmuşdur. 

1953-cü  ilin  qışında  Xəzərin  şimalında  orta  Xəzərdə  Abşeron  sahillərində 

güclü buz bağlama hadisəsi dənizdə buz dreyfi əmələ gətirmiş və belə buz axınları 

Orta XəzərəёAbşerona qədər hərəkət edərək dənizdə və sahildə olan hidrotexniki 

qurğularё  gəmilər  və  xüsusən  Dəniz  Neft-Qaz  təsərrüfatı  üçün  böyük  təhlükələr 

yaratmışdır.  Təhlükəni  aradan  qaldırmaq  üçün  hətta  xüsusi  təyyarələrdən  və 

toplardan istifadə edərək buz örtüklərini parçalamışlar. 

 



 

36 


 

 

Şə



kil 1.1. Xəzərdə buz örtüyünün  müvafiq olaraq yumşaq, mülayim və sərt 

qış aylarında olduğu sahələr. Dayanıqlı (1) və üzən (2) 

                   1 

                    2 




 

37 


Güçlü dalğalanma. Xəzər dənizi özünün dağıdıcıqasırğalı küləkləri  və  təbii 

fəlakətləri  ilə  olduqca  güclü  fərqlənir.  Xəzər  dənizində  güclü  dalğalanma  əsasən 

sürəti  20-25  m/san-dən  çox  olan  şimal  və  şimal-qərb  küləkləri  zamanı  baş  verir. 

Belə  küləklərdə  küləyin  davamiyyətindən  asılı  olaraq  açıq  dənizdə  dalğanın 

hündürlükləri  5-8  m  arasında  dəyişir.  Lakin  daha  çox  sürətə  malik  küləklərdə 

dalğanın hündürlüyü bundanda çox olur (şəkil 1.2). 

Xəzər  dənizində  instrumental  müşahidələr  aparılan  dövr  ərzində  ən  güclü 

dalğa hadisəsi 20-21 noyabr 1957-ci ildə baş vermişdir. Həmin tarixdə Neft Daşları 

rayonunda  dənizin  10-12  m  dərinliyə  malik  hissəsində  şimal  istiqamətli  küləyin 

sürəti  10-10ё5  m-ə  qədər  yüksəlmişdir.  Mütəxəssislərin  hesablamalarına  görə 

həmin  küləklərdə  dənizin  müşahidə  aparılmayan  thissəsində  dalğanın  hesabi 

hündürlüyü 14ё5 m olmuşdur. Güclü külək və dalğalanma hadisəsi həmin dövrdə 

Neft Daşları estakadalarına xeyli ziyan vurmuşdur.  

Dalğalanma şəraitinə görə Xəzər dənizi dünyanın təlatümlü dənizləri ilə bir sırada 

durur.  lboyu,  xüsusilə  qış  aylarında    tez  –  tez    təkrarlanan    fırtınalı    küləklə  

dənizdə  çox  güclü  dalğalanmaya  səbəb olur. Bir sıra  tədqiqatçılar  küləyin gücü 

ilə dalğa göstəriciləri  arasında aslılığın dərəcəsini tədqiq etmişlər. Bu istiqamətdə  

ə

n   çox  tədqiqatlar Abşeron akvatoriyası eyni zamanda dalğaların dənizin qalan 



bölgələrindən  daha  uzun  olması  ilə  fərqlənir.  Burada  açıq  dənizdə  dalğaların 

uzunluğu 100 m-ə çatır. 

 

 

 



 

 



 

38 


 

Şə

k.1.2. Şimal və şimal-qərb istiqamətli küləklərdə dalğaların hündürlüyü 



 

 

Orta və Cənubi Xəzərdə dəniz cərəyanlarının sürətinin öyrənilməsi göstərir 



ki,  Abşeron  yarımadası  və  astanası  sahəsində  onların  sürəti  daha  böyükdür. 

Neftdaşlarında  fırtına  zamanı  dəniz  cərəyanları  daha  sürətli  olmaqla,  dəniz 

suyunun  qalın  qatını  hərəkətə  gətirir.  Ümumiyyətlə,  bütün  Xəzər  dənizində  ən 

güclü  külək  Abşeron  bölgəsində  müşahidə  edilir.  Bəzi  məlumatlara  görə  Neft 

Daşlarıında küləyin sürəti 40 m/san-ə çatır (belə həddən artıq güclü külək 50 ildə 



 

39 


bir dəfə müşahidə edilir). Xəzər dənizində mənşəyinə görə küləyin təsiri ilə əmələ 

gələn  dreyf  cərəyanları,  suyun  sıxlığının  müxtəlifliyindən  yaranan  cərəyanlar    və  

kompension  cərəyanlar    mövcuddur.Xəzərdə    dreyf  cərəyanlar  daha  geniş 

yayılmışdır. Xəzər dənizinin cərəyanlarına  aid tədqiqatların təhlili göstərir ki, 4 – 

5 bal gücündə külək əsən zaman cərəyanlar 50 %  küləklə eyni istiqamətə  yönəlir, 

6  –  7  balda    70%,  8  –  9  bal  gücündə  küləklərdə  cərəyanın  istiqaməti  küləyin 

istiqaməti  ilə  üst  –  üstə  düşür.  4  –  5  bal  gücünə  malik  küləklər  zamanı  dreyf 

cərəyanlarının istiqaməti 20 sm/san, 6 balda – 60 sm/san-yə çatır. Adətən küləksiz 

havada  dəniz  suyu  sakit  olur,  yaxud  əvvəlki  küləklərin  təsiri  altında  yaranmış 

müxtəlif istiqamətli zəif cərəyanlar müşahidə edilir. 

Xəzərin  əsas  cərəyanları 

qərb sahil boyu şimaldan cənuba  hərəkət edir və dəniz sahilinin konturuna paralel 

olaraq  şərqə  meyl  edərək,  şərq  sahili  boyu  şimala  hərəkət  edir.  Bu  cərəyanlar  

Xəzər dənizində ən çox təkrarlanan – Şimal küləkləri (Şimal – qərb, şimal, şimal – 

şə

rq) hakim olduğu zaman yaranır. Bu cərəyanın yaranmasına dənizin şimal – qərb 



sahilyanı  zonasında  Volqa  çayısularının  təsiri  də  özünü  göstərir.  Belə  sadə  olan 

cərəyan sistemi Orta Xəzər bölgəsi  üçün rəvan sistemdir. Burada qərb sahilboyu 

cənuba  hərəkət  edən  dəniz  cərəyanı  Abşeron  yarımadasına  çatdıqda    sanki 

haçalanır  və  onun  daxili  qolu  şərqə  meyl  edərək  Türkmənistan  sahillərinə  tərəf 

yönəlir. Lakin sahil zonasına çatmazdan o cənubi Xəzərdən orta Xəzərə daxil olan 

cərəyana  qoşularaq,   şimala  hərəkət  edir.   Şərq sahillə  şimala  hərəkət  edən  dəniz 

cərəyanının  güclü  daxili  zonası  sahil  əyrilikləri  təsiri  ilə  qərbə  meyl  edir  və  qərb 

sahilboyu şimaldan gələn cənuba hərəkət edən cərəyana qovuşaraq, Orta Xəzərdə 

qapalı siklon sirkulyasiyası əmələ gətirir. 

 

Cənubi  Xəzərdə  cərəyanlar    Orta  Xəzərə  xas  olan  bu  sadə  sistemdən  öz 



mürəkkəbliyi ilə fərqlənir. Bu sistemi mürəkkəbləşdirən ikinci dərəcəli sistemlərə 

Abşeron  yarımadasından  cənubda  antisiklon  (saat  əqrəbi  istiqamətli) 

sirkulyasiyasının  əmələ  gəlməsi,  Abşeron  astanasından  cənuba  şimal  –  qərb 

cərəyanlarının bir qolunun cənub  –  qərbə  meyl  etməsi,  şərq qolun    isə sola  meyl 

edərək, şərq sahillə şimala yönələn cərəyana qovuşmuşdur. Cənubi Xəzərin geniş 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə