Microsoft Word A. Shalala Dissertasiya docx



Yüklə 494,24 Kb.
Pdf görüntüsü
səhifə12/21
tarix05.12.2017
ölçüsü494,24 Kb.
#14113
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

36 

 

Liderlik,  bir  qrup  insanı  müəyyən  məqsədlər  ətrafında  toplaya  bilmək  və  bu 



məqsədləri həyata keçirmək üçün onları hərəkətə keçirmək məlumat və qabiliyyətlərini 

toplamaqdır (EREN, 1996: 387). 

Lider  qrup  üzvləri  tərəfindən  ortaq  düşüncə  və  arzuları  mənimsənilə  bilən  bir 

məqsəd  formasında  ortaya  qoyan  və  qrup  üzvlərinin  potensial  güclərini  bu  məqsəd 

ə

trafında  fəaliyyətə  keçirən  kimsədir.



 

Qrupu  idarə  etmək  liderin  təsir  gücünə  bağlıdır. 

Liderin  bu  gücü  fərdi  xüsusiyyətlərindən,  bilik,  bacarıq  və  cəmiyyət  içindəki 

hörmətindəm  irəli  gəlir.  Lider,  bu  gücü  itirməmək  və  gücünün  davamlılığını  təmin 

etmək  üçün  qanunların  tanıdığı  səlahiyyətlər,  mükafatlandırma,  cəzalandırma  və 

qaydalar  kimi  bir  sıra  vasitələrdən  yararlana  bilər  (TALUKAN  VƏ  ERÇEL KCAN, 

1999:  1).  Hal-hazırda  liderlərin  ən  böyük  xüsusiyyətlərindən  biri,  özlərini  yaxşı  idarə 

edərək başqalarına nümunə olmaqlarıdır.

 

Çünki lider, özünü yaxşı idarə edən və beləcə 



başqalarını  təsir  edən  və  istiqamətləndirən  adamdır.

 

Ə



slində;  insanların  başqaları 

tərəfindən idarə olunması deyil, əvvəlcə hər kəsin özünü yaxşı idarə edib özünün lideri 

olması və əvvəlcə özündən məsul olmasıdır (PEKER, 2000: 49-51).

 

Müəssisədə çalışan 



işçini  komanda  olaraq  müəyyən  istiqamətlərə  yönəltmək  və  komanda  içərisindəki 

fərdlərin əməkdaşlıq və uyğunlaşma içərisində işlərini təmin etmək olduqca çətindir. Bu 

nöqtədə qrup liderlərinə ehtiyac duyulur və bu kəslərə böyük vəzifələr düşür. Liderlər, 

müəssisə  içərisində  meydana  gələ  biləcək  problemləri  həll  etməkdə,  yeni  fikir  və 

düşüncələri təşkil etməkdə və rəqabət üstünlüyünü təmin etməkdə qrup işindən təsirli bir 

şə

kildə yararlana bilməlidir. Məqsəd daha yaxşı fikirlər yaradaraq, öyrənmə və mənəvi 



səviyyəsini artırmaqdır. Liderlərin ən əhəmiyyətli funksiyalarından biri, komanda olaraq 

işə təşviq etməkdir

 

Sinergetikada  komandaların  performansına  təsir  edən  son  faktor  heterogenlikdır. 



Komanda içərisində yer alan üzvlərin bir-birindən fərqli xüsusiyyətlərə sahib olmasının 

komandanın  performansı  üzərində  müsbət  təsir  edə biləcəyi  və  performansı  artıramağı 

düşünülməkdədir.  Bir  komandanın  demoqrafik  dəyişənlər  baxımından  tamamilə 



37 

 

heterogen ya da tamamilə homogen olduğunu söyləmək kafi deyil. Bunun yanında sıra 



içərisindəki  müxtəlifliyin  məzmununun  nə  olduğuna  diqqət  etmək  də  lazımdır.  Bu 

səbəblə,  müxtəlifliyin  istiqamətlərini  iki  ölçüdə  araşdırmaq  faydalı  olacaq;  asanca 

məlum  olan  istiqamətlər  və  altda  qalan  istiqamətlər.  Bu  iki  ölçü  bir  araya  gələndə 

qrupdakı ümumi heterogenlik ortaya çıxa bilər (Mitchell, 1986: 15). 

Qrupdakı  heterogenliyin  ölçülərindən  biri  olan  asanca  nəzərə  çarpan  istiqamətlər, 

sürətlicə  qərar  verilə  və  adamı  səthi  bir  şəkildə  araşdırmaqla  ortaya  qoyula  bilən 

istiqamətlərdir.  Bunlar,  təşkilatda  ya  da  komandada  iş  müddətini  və  təhsil  səviyyəsini 

ə

hatə  edir.  Yaş,  cinsiyyət,  irq,  etnik  mənşə  və  milli  mənşə  də  asanca  məlum  olan 



istiqamətlər  arasında  yer  almaqdadır.  Altda  qalan  istiqamətlər;  daha  az  diqqətə 

çarpandır,  sübut  olunması  daha  çətindir  və  şərhə  açıqdır.  Tapşırıq  əlaqəli  altda  qalan 

istiqamətlər;  fiziki  bacarıq və  qabiliyyətlər,  idrak  məlumat, bacarıq,  qabiliyyətlər və iş 

təcrübəsi  kimi  istiqamətləri  ehtiva  edərkən,  əlaqəli  mərkəzli  altda  qalan  istiqamətlər; 

ictimai  status,  tutumlar,  dəyərlər  və  şəxsiyyət  kimi  istiqamətlər  daxildir  (JACKSON, 

1996: 531).  

Heterogenliye nələrin səbəb olduğuna ya da bunun performansa necə təsir etdiyinə 

aid  fikir birliyinə çatmaq bir xeyli çətindir. Bəzi vəziyyətlərdə və zamanlarda heterogen 

komandalar daha faydalı ola bilər. Ancaq bunun yanında müxtəlifliyin iş məhsuldarlığı 

üçün zərərli nəticələr doğurduğu da görülə bilər. Demoqrafik dəyişənlərin sıra içindəki 

müxtəlifliyi  ilə  əlaqədar  edilən  işlərdə,  komandanın  funksiyalarının  və  hədəflərinin 

ə

həmiyyəti  gözardı  edilməməlidir.  Bəzi  komandaların  heterogen  olması  daha  çox 



məhsuldarlıq təmin edərkən, bəzi komandalarında homogen xüsusiyyətlər daşıması eyni 

nəticəsində doğurmur. Bir komandada yer alan üzvlərin bir-birinə bənzər xüsusiyyətlərə 

sahib  olması  çalışanlar  arasında  bir  uyğunlaşma  təmin  edəcəyi  üçün  komandanın 

performansı  arta  bilər.  Komanda  içərisində  bir  müxtəlifliyin  olması,  üzvlər  arasında 

fərqli  xüsusiyyətlərin  bir  araya  gəlməsiylə  bir  sinergiya  yaradılması  da  bəzi  hallarda 

komandanın  performansına  müsbət  təsir  edə  bilməkdədir.  Komanda  içindəki 




38 

 

heterogenlik,  yaradıcılığı  və  innovasiyanı  artırmaqdadır.  1983-ci  ildə  təşkilatdakı 



yenilikçi tutumu önə çıxaran bir işdə; müəssisələrin, fərqli fikirləri və baxış bucaqlarını 

bir arada görmək üçün, xüsusilə heterogen komandalar meydana gətirdiyi görülmüşdür. 

Fərqliliyin  yaradıcılıq  üzərindəki  təsirini  ölçmək  üçün  edilən  bir  sıra  təcrübədə  isə, 

fərdlərin  tutumları  eyni  olan  homogen  bir  komanda  heterogen  bir  qrupla  bir-birləriylə 

qarşılaşmışlar.  Çıxan  nəticədə;  eyni  komandadakı  kəslərin  bacarıqları  eyni 

səviyyədədirsə,  heterogen  komandaların  homogen  komandalardan  daha  yaradıcı 

olduqları  görülmüşdür  (Laçını,  1997:  154).  Performansın  təsir  ünsiyyət  faktoru 

komandaların homogen ya da heterogen olmasına görə də bəzi fərqliliklər göstərə bilər. 

Heterogen  komandalar  homogen  komandalara  görə  daha  çox  ünsiyyət  çətinliyi 

çəkməkdə  və  daha  məmnuniyyətsiz  bir  mühitdə  çalışırlar.  Komanda  içərisindəki 

fərqliliklərdən ötəri yalnış anlaşılmalar, fikir ayrılıqları yarana bilər və insanlar komanda 

yoldaşlarından  narahat  ola  bilərlər.  Bunun  nəticəsi  olaraq  qərar  alma  mexanizmi  daha 

çətin və zaman alıcı bir şəkildə gedir. Bununla birlikdə heterogen komandalarda fərqli 

xüsusiyyət və fikirlərin olması hadisələrə müxtəlif istiqamətlərdən baxılmasını və beləcə 

üzvlərin  inkişafını  təmin  edir.  Bütün  bunlar  da  komanda  üzvlərinin  performansını 

yüksəltməkdədir.

 

 

 



 

 

 



 

 



Yüklə 494,24 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə