Microsoft Word A. Shalala Dissertasiya docx



Yüklə 494,24 Kb.
Pdf görüntüsü
səhifə20/21
tarix05.12.2017
ölçüsü494,24 Kb.
#14113
1   ...   13   14   15   16   17   18   19   20   21

61 

 

ə



mrini  verəndə  O,  birdən  yadına  salır  ki,  həmin  yeni  alınan  dəzgahın  istismarı  üçün 

mütəxəssis yoxdur və buna görə də əlavə işçi götürmək və ya hər hansı bir işçini kursa 

göndərmək lazımdır. 

Planlaşdırma  ilə  məşğul  olanları  yuxarıda  misal  olaraq  sadalanan    problemlər 

gözləyir və bu problemlərin ən asanıdır. Çətin problemlər hələ irəlidə gözləyir, məsələn: 

istehsal  get-gedə  planlar  qəfildən  dəyişir,  çünki  marketoloqlar  bazarı  yanlış 

qiymətləndirdilər  və  ya  krizis  baş  verdi  və  s.  Nəticədə  istehsal  azaldılır  və  bunun 

nəticəsində də satış aşağı düşür. Buna gərə də bütün planlaşdırmanı tamamilə dəyişmək 

lazımdır. 

Məhz  yuxarıda  qeyd  edilən  problemlərin  həlli  və  effektiv  planlaşdırmanın 

qurulmasında ERP sistemləri kömək edir. 

ndi isə ayrı-ayrı terminlərlə bir qədər yaxından tanış olaq: 

MRP: 60-cı illərin sonlarında avtomatlaşdırılmış iş yerinə malik olan bir çox böyük 

ş

irkətlər  istehsal  proseslərinin  idarə  edilməsinin  sadələşdirilməsi  üsullarını  axtarmağa 



başladılar. Bu istiqamətdə ilk addım şirkətdə mövcud olan verilənlərin vahid modelinin 

yaradılması  olmuşdur.  Bütün  verilənlər  vahid  verilənlər  bazasına  yığılaraq  istehsalatın 

bir  neçə  ayrı-ayrı  proqram  təminatları  ilə  deyil,  cəmi  bir  proqramla  idarə  edilməsi 

ideyası  irəli  sürüldü.  stehsal  prosesində  ləngimələrin  əsas  səbəbləri:  ayrı-ayrı  ehtiyat 

hissələrinin  və  xammalın  təchizatında  yaranan  gecikmələr  və  anbar  qalıqlarının 

həddindən artıq və ya az olması idi. 

 Belə  problemlərin  qarşısının  alınması  məqsədi  ilə,  MRP  ( ng.  Material 

Requirements  Planning  –  Materiallar  Ehtiyaсlarının  Planlaşdırılması)  metodologiyası 

yaradıldı.  Belə  sistemlər  istehsalatın  effektiv  idarə  edilməsi,  ehtiyat  hissələrinin  və 

xammalın  təchizatının  planlaşdırılması,  anbar  qalıqlarını  idarə  edə  bilən  proqram 

təminatından ibarətdir. 



62 

 

MRP  sistemlərin  əsas  nailiyyəti  –  anbar  ehtiyatlarıyla  bağlı  xərclərin  azaldılması 



olmuşdur. 

MRP II : Korporativ informasiya sistemlərinin inkişafının növbəti mərhələsi MRP 

II  ( ng.  Manufacturing  Resource  Planning  –  stehsalat  Resuslarının  darə  Edilməsi) 

konsepsiyasının yaradılması ilə bağlıdır. 

MRP-da  ciddi  çatışmazlıqlar  var  idi:  materiallara  olan  ehtiyacların 

planlaşdırılmasında    istehsalat  gücləri,  iş  qüvvəsi,  pul  vəsaitləri  və  s.  nəzərə  alınmır. 

Buna görə də MRP II ( ng. Manufacturing Resource Planning –  stehsalat Resuslarının 

darə  Edilməsi)  konsepsiyası  yaradıldı.  MRP  II  sistemləri  müəssisənin    bütün  istehsal 

resurslarını  (xammal,  materiallar,  avadanlıq,  personal,  pul  vəsaitləri  və  s.) 

planlaşdırmağa  imkan  verir.  Daha  sonra  MRP  II  sistemləri  inkişaf  etdirildi  və  qalan 

xərclər  də  ona  əlavə  edilərək  ERP  ( ng.  Enterprise  Resource  Planning  –  Müəssisə 

Resurslarının Planlaşdırılması) sistemləri yaradıldı. 

ERP:  ERP  anlayışını  ilk  dəfə  1990-cı  ildə  “Gartner”  şirkətinin  analitiki  Li  Uayli 

( ng. Lee Wylie) özünün MRP II inkişafının tətqiqatında təqdim etdi. ERP sistemlərində 

müəssisənin istehsalatı, təchizatı, satışı, maliyyəsi, kadrlar uçotu və s. vahid bir proqram 

təminatı vasitəsilə həyata keçirilir. 

MRP  II  və  ERP  konsepsiyalarının  arasında  fərq  ondan  ibarətdir  ki,  birincisi 

istehsala  yönəlmişdir,  ikincisi  isə  –  biznesə.  Məsələn,  sifarişçiyə  hazır  məhsulun 

təchizatı  üzrə  kreditin  verilməsi  ERP  sistemlərinə  daxildir,  MRP  II  sistemlərində  isə 

bunu etmək mümkün deyildi. 

ERP  II:  ERP  sistemlərinin  əsas  çatışmazlıqları  ondan  ibarətdir  ki,  onlar 

müəssisənin yalnız daxili fəaliyyətini avtomatlaşdırır (back-office). 

90-cı  illərin  ikinci  yarısından  kənara  (front-office)  yönəlmiş  funksiyaların 

avtomatlaşdırması vasitələri təklif edildi. 




63 

 

CRM  (Customer  Relations  Management)  və  SCM  (Supply  Chain  Management) 



müvafiq  olaraq  sifarişçilərlə  və  təchizatçılarla  münasibətlərin  idarə  edilməsi  sistemləri 

geniş yayılmağa başladı. 

1999-cu  ildə  nüfuzlu  konsaltinq  şirkəti  “Gartner  Group”  ERP  sistemlərinin 

dövrünün  bitdiyini  bildirdi  və  onun  yerinə  ERP  II  ( ng.  Enterprise  Resource  and 

Relationship  Processing  –  Müəssisənin  Resurslarının  və  Əlaqələrinin  darə  Edilməsi 

konsepsiyası  təklif  edildi.    ERP  II  sistemlərinə  ERP,  CRM  və  SCM  daxil  edildi. 

Həmçinin, CSRP ( ng. Customer Synchronized Resource Planning – müştəri ilə sinxron 

edilmiş resusların planlaşdırılması) sistemləri də vardır. Belə sistemlərə yalnız ERP və 

CRM daxildir. 

OSC şirkətində yaradılmış sistemdə ERP sisteminin xüsusiyyətlərinə uyğun olaraq 

sistem mərkəzdən idarə və iş bölgüsü üçün modullara bölünmüşdür.  lk növbədə işçilər 

qeydiyyatdan  keçirilir  və  əldə  etdikləri  istifadəçi  və  şifrə  vasitəsi  ilə  sistemə  daxil 

olurlar.  Sistem  işdəki  bölmələrə  və  işçilərin  vəzifələrinə  və  haqqlarına  uyğun  olaraq 

modullara bölünmüşdür. Misal olaraq maliyyə, anbar,satınalma prosesləri, fakturalar və 

s.  Bu  modullar  hər  istifaçi  üçün  haqqlara  uyğun  olaraq  seçilmişdir.  Qeyd  edilmiş 

modullardan  hər  hansı  birini  seçdikdən  sonra  açılan  menular  vasitəsilə  əməliyyatlar 

seçilir.Sifarişlər  sistemə  daxil  edilir,  qiymətləndirmə  həyata  keçirildikdən  sonra 

sifarişçinin  təsdiqi  gözlənilir.Təsdiq  olunduqdan  sonra  satınalma  sifarişi  yazılır.Sonra 

satınalma  sifarişinə  uyğun  anbardan  çıxma  və  çatdırılma  sənədi  yazılır.  Qeyd  olunan 

mallar  sistemdə  yoxdursa  mal  qəbulu  ekranından  mallar  sistemə  daxil  edilir.  Bunun 

vasitəsilə satış menecerləri malı sifariş edərkən malın anbarda olub olmadığını, sonuncu 

verilən  qiymətləri  və  s  asanlıqla  görə  bilər.  Bununla  yanaşı  rəhbərlik  bütün 

ə

məliyyatların işçilırin satışlarını və müqavilə bağladıqları şirkətlərdən olan gəliri, hansı 



mala təlabatın çox və yaxud da az olduğunu hesabatlar vasitəsi ilə görə bilir. 


Yüklə 494,24 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə