Microsoft Word A. Shalala Dissertasiya docx


FƏSIL 2. S NERGET K  QT SAD YYATIN  NK



Yüklə 494,24 Kb.
Pdf görüntüsü
səhifə13/21
tarix05.12.2017
ölçüsü494,24 Kb.
#14113
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

39 

 

FƏSIL 2. S NERGET K  QT SAD YYATIN  NK ŞAFINA TƏS R EDƏ



AM LLƏ

2.1 Sinergetik iqtisadiyyatın inkişafına təsir edən amillər.

 

Sinergetik 



effektlərin sistemləşdirilməsi. 

qtisadiyyat elmi, 16-cu əsrdən etibarən Merkantilizm, Fizyokrat fəlsəfəsinin təsiri 

və 18-ci əsrə damğasını vuran Klassik Məktəbin xidmətlərinə baxmayaraq, əsas olaraq 

Neo-Klassik  Cərəyan  və  ya  Məktəb  ilə  bugünkü  elmi  çərçivəsini  qazanmışdır. 

Merkantilizm,  eqoist  bir  fəlsəfə  məktəbi  olduğu  halda,  Fizyokrat  Məktəbi  və  Klassik 

Məktəbin  daha  liberal  görüşləri  müdafiə  etdikləri  ifadə  edilə  bilər.  Belə  ki,  haqqında 

danışılan  məktəblərin  və  ya  cərəyanların  yaratdığı  fəlsəfi  alt  quruluşu,  Neoklassik 

Məktəb  riyaziyyat  elmi  ilə  qovuşdurmuş  və  mülahizələr  cəbri  və  geometrik  bir 

xüsusiyyət qazanmışdır. Bugünkü müasir iqtisadiyyatın əsaslarının 16-ci əsrdən etibarən 

ifadə  etsək  də,  bəşəriyyətin  sivilizasiya  həyatı  içərisində  iqtisadi  məsələlərlə 

məlumatlılığı  XVII-XV  əsrlərə  aiddir.  nsan,  təsərrüfata  əsaslanan  oturaq  cəmiyyət 

rejiminə  keçdiyindən  etibarən,  primitiv  qövm  həyatı  içərisində  belə,  əsas  ehtiyaclarını 

ödəməyə  yönəlik  olaraq  müxtəlif  malları  təmin  etmə  mübarizəsinə  girişmiş  və  bir 

mübadilə sistemi yaratmışdır. Primitiv qövm həyatı içərisində ehtiyacların ödənilməsinə 

yönəlik  olaraq,  mübadilə  iqtisadiyyatı  dediyimiz  malın  malla  mübadilə  edildiyi  bir 

mübadilə  şəklinə  bağlı  olaraq,  insan  ehtiyacı  olan  müxtəlif  malları  təmin  etməyə 

çalışmışdır. 

XVII-XV  əsrlərə  aid    illərə  gəldikdə  isə,  sivilizasiya  həyatındakı  və  insanın 

zəkasında  inkişafa  bağlı  olaraq,  bəzi  anlayışların  sorğu-sual  olunduğunu  və  mübadilə 

iqtisadiyyatı  deyilən  mübadiləyə  əsaslanan  mübadilə  sisteminin  yetərli  gəlmədiyi 

görülür.  Bu  səbəblə,  insan  oğlunun  iqtisadiyyat  ilə  əlaqəli  olaraq  XVII-XV  əsrlərə  aid 

illərdə  ilk  tanış  olduğu  anlayışlar,  ehtiyac,  fayda,  dəyər  və  qiymət  məfhumları  olaraq 

tərif  edilə  bilər.  Yəni,  insan  artıq  qiymətə  əsaslanan  mübadilə  sistemini  yaratmağın 



40 

 

ə



rəfəsindədir.  O  halda,  insanın  beş  min  ilə  yaxın  bir  müddətdir  qiymətə  əsaslanan 

mübadilə  sistemi  istifadə  etdiyi  ifadə  edilə  bilər.  Bu  səbəblə,  qiymətə  əsaslanan 

mübadilə sisteminin əsas yığmasının, dövriyyəsinin ehtiyac, ehtiyacı ödəyən mal və ya 

xidmət,  ehtiyacın  qarşılanması  ölçüsündə  əldə  edilən  fayda,  faydaya  əsaslanan  mal  və 

xidmət  dəyəri  və  dəyərə  bağlı  bir  tərif  olduğu  vurğulanır.  Bu  səbəbdən  də,  dünya 

iqtisadiyyatının  inkişafına  işıq  tutan  kilometr  daşlarını  xırdalamaq  və  sonra  həmin 

anlayışların  mənasını  bir-bir  müzakirə  etmək  yerində  olacaq.  Dünyasın  tarixi  inkişaf 

etməsi  baxımından,  “Qlobal  Rəqabət”  olaraq  ifadə  edilən  anlayışın  inkişaf  prosesinə 

nəzər  saldıqda,  15-ci  əsrin  ikinci  yarısından,  16-ci  əsrin  ilk  yarısına  qədər  uzanan  bir 

dövrü  başlanğıc  nöqtəsi  kimi  müzakirə  etmək  yanlış  olmayacaq.  Avropa  Dövlətləri 

arasında liderlik mübarizəsi və bu mübarizənin təkan verdiyi ticarət müharibələri, eyni 

malı daha ucuz istehsal edən təsərrüfatın rəqabətdə önə çıxmasına əsaslanır. Bu rəqabət, 

xammal  və  əmək  xərclərini  azaltmaq  üçün,  müstəmləkəçiliyi  və  köləliyi  qurum 

formasına  gətirən  bir  prosesi  də  bərabərində  gətirmişdir.  Bu  dövrə  damğasını  vuran 

Merkantilizm  fəlsəfəsi,  hər  bir  dövlətə,  əldə  etdiyi  kommersiya  üstünlükləri  və  həyata 

keçirdiyi ixrac nəticəsində əldə etdiyi qızıllarla zənginləşən xəzinəsini qorumaq naminə 

daha güclü bir ordu və donanma da təklif edir. 

 Sözü gedən rəqabət prosesində, bir dövlətin regional lider olmasında əsas qayda, “ 

qtisadi Güc”, “Hərbi Güc” və “Siyasi Güc” eyni zamanlı və yax;n dərəcədə bir araya 

gətirir. Bu üç əsas güc faktorunu bir araya gətirməyə çalışan Britaniya, Fransa,  spaniya 

və  Portuqaliya  arasında  ciddi  bir  rəqabət  mübarizəsi  müşahidə  edildi.  Osmanlı 

mperiyası,  bu  rəqabət  prosesində,  dənizə  sahili  olmayan  dövlət  olma  çatışmazlığı  ilə, 

yarışdan  çəkilmək  məcburiyyətində  qaldı.  Zaman  içərisində,  imperiyalarının  coğrafi 

bölgünü  diversifikasiyaya  spaniya  və  Portuqaliya  da  bu  mübarizədən  çəkilmək 

məcburiyyətində  qaldılar  və  19-ci  Əsrin  əvvəlindən  etibarən  “Regional  Rəqabət” 

mübarizəsi, “Qlobal Rəqabət” mübarizəsinə çevrilərkən, masanın ətrafında qalan ölkələr 

Britaniya, Fransa, Almaniya, ABŞ və Yaponiya idi. 



41 

 

Tam  bir  əsr  sonra,  ABŞ-ın  masanın  başına  keçəcəyi  və  digər  ölkələrin  onun 



himayəsində  “kapitalizmin  bölgü”sündə  masanın  ətrafında  yer  alacağı  təxmin  edilirdi. 

Bu  nöqtədə,  “Qlobal  Rəqabət”in  ilk  önəmli  aktyoru  olan  Britaniya  mperiyası, 

“Üzərində Günəş Batmayan  mperatorluq” adını ancaq 80 il saxlamışdır.  kinci Dünya 

Müharibəsinin  Avropa  ayağı  tamamlanarkən,  Britaniya  Kapitalist  Sistemin  liderliyini 

ABŞ-a  vermi.di.  Nəticə  olaraq,  16-ci  Əsrdən  20-ci  Əsrin  sonuna  qədər  xammal 

miqyasında  müşahidə  olunan  rəqabət,  21-ci  Əsrdə  əmək  və  texniki  bacarıq  rəqabətinə 

çevrilir.  Günümüzdə  isə  bu  anlayışlar  çoxdan  yerini  innovasiya  və  sahibkarlığa 

buraxmış  vəziyyətdədir.  Yəni,  yüksək  səviyyəli  və  ucuz  əməyini  təmin  edə  bilən  və 

texnologiya  istehsal  edən  iqtisadiyyatlar,  qlobal  rəqabətdə  həlledici  ölkə  olma 

xüsusiyyətini  qovuşa  bilmək  üçün  yenilik  istiqamətli  və  ünsiyyətcil  olmaq 

məcburiyyətindədir.  

qtisadi  sistem:  Cəmiyyəti  təşkil  edən  fərdlərin  qabiliyyətləri  və  aldıqları  təhsil 

ölçüsündə  mal  və  xidmət  istehsalında  vəzifə  qazanması  nəticəsində  yaranan  sosial 

təşkilatçılığa  qtisadi  Sistem  deyilir.  Bu  günə  qədər  tətbiq  olunan  və  ya  tətbiqi  davam 

edən 2 iqtisadi sistem, Kapitalist və Kollektivist  qtisadi Sistemlərdir.  lkində maşın və 

avadanlığın mülkiyyəti kapital sinfində, ikincisində mülkiyyət işçi dairəsindədir.  qtisadi 

sistem, milli iqtisadiyyatda ehtiyaclar ilə istehsal arasında tarazlığı ən fəal şəkildə təmin 

etdiyi  müdafiə  edilən  bir  mexanizmin  toplusudur.  qtisadi  sistemləri  qapalı  iqtisadi 

sistemləri və mübadilə iqtisadiyyatı sistemləri kimi də iki qrupda toplamaq mümkündür. 

Qapalı iqtisadiyyat sistemində istehsalçılar yalnız öz ehtiyacları üçün istehsalda olurlar. 

Ehtiyaclar  sadə  olduğundan  istehsal  texnikası  də  primitivdir.  Mübadilə  iqtisadiyyatı 

sistemlərində  isə  hər  fərd  öz  ehtiyacından  çoxunu  hasil  edib  ki,  bu  əlavə,  digər 

ehtiyaclarını ödəmək üçün ehtiyac duyduğu, amma istehsal etmədiyi mallarla mübadilə 

edir. 


qtisadiyyat  bir  elm  sahəsi  kimi,  resursların  məhdud,  buna  qarşılıq  insanın 

tələbatlarının sonsuz olması səbəbindən, müxtəlif suallara cavab axtaran bir elm sahəsi 




Yüklə 494,24 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə