Microsoft Word \304\356\352\363\354\345\355\3622



Yüklə 212,24 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix31.08.2018
ölçüsü212,24 Kb.
#65539
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

25.8. Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini 

əldə etmək hüququ vardır.  

25.9.  Sənədlərin  və  digər  materialların  surətlərinin  çıxarılması  və  poçt  rabitəsi  ilə 

göndərilməsi  üçün  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş 

qaydada haqq müəyyən oluna bilər.  

Maddə  26.  Məzmununda  qanunla  qorunan  hər  hansı  sirr  olan  sənədlərin  və  ya 

məlumatların məxfiliyinin təmin olunması  

Ərizəçi  məzmununda  onun  ailə  və  şəxsi  həyatına  aid  sirr  olan,  habelə  peşə  və  ya 

kommersiya  sirri  olan  sənədlərin  və  ya  məlumatların  məxfiliyinin  təmin  olunmasını 

inzibati orqandan tələb etmək hüququna malikdir.  

Maddə 27. İnzibati icraatın aparıldığı dil  

27.1. İnzibati icraat Azərbaycan Respublikasının dövlət dilində və ya müəyyən ərazi 

əhalisinin əksəriyyətinin dilində aparılır.  

27.2.  İnzibati  icraatda  iştirak  edən  və  icraatın  aparıldığı  dili  bilməyən  şəxslərə 

tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilir.  

27.3. İnzibati icraatda iştirak edən şəxslərə sənədlər və məlumatlar icraatın aparıldığı 

dildə verilir.  

IV FƏSİL 

İnzibati icraat 

Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar  

28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır:  

28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;  

28.1.2.  inzibati  orqanın  təşəbbüsü  və  ya  qanunla  nəzərdə  tutulmuş  hallarda  inzibati 

orqanın inzibati aktı qəbul etmək vəzifəsi;  

28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.  

28.2.  Bu  qanunun  28.1.1-ci  və  28.1-3-cü  maddələrində  nəzərdə  tutulmuş  hallarda 

inzibati  icraat  müvafiq  olaraq  ərizənin  və  ya  şikayətin  qeydiyyata  alındığı  andan 

başlanır.  

28.3.  Bu  qanunun  28.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  inzibati  icraat 

maraqlı  şəxsə  icraat  haqqında  məlumat  verildiyi  və  ya  maraqlı  şəxsə  münasibətdə  ilk 

prosessual hərəkətin həyata keçirildiyi andan başlanır;  

28.4.  Bu  qanunun  28.1.1-ci  və  28.1.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əsaslar  üzrə 

inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.  

28.5. Bu qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat 

bu  qanunun  VII  fəslində  müəyyən  edilmiş  xüsusiyyətlər  nəzərə  alınmaqla  bu  fəsildə 

müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.  

Maddə 29. Ərizə və ya vəsatətlərin təqdim edilməsi  



29.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyində  başqa  qayda  nəzərdə 

tutulmamışdırsa,  ərizə  maraqlı  şəxs  tərəfindən  həmin  ərizədə  qaldırılmış  məsələ  ilə 

əlaqədar  inzibati  akt  qəbul  etmək  səlahiyyətinə  malik  olan  müvafiq  inzibati  orqana 

şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.  

29.2.  Maraqlı  şəxs  tərəfindən  vəsatət  müvafiq  inzibati  orqana  bu  qanunun  29.1-ci 

maddəsində nəzərdə tutulmuş qaydada yazılı formada təqdim olunur.  

Maddə 30. Ərizənin forması və məzmunu  

30.1. Ərizə yazılı formada tərtib olunmalıdır.  

30.2. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:  

30.2.1. ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;  

30.2.2.  ərizəçi  fiziki  şəxs  olduqda  onun  soyadı,  adı,  atasının  adı  və  ünvanı, 

şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;  

30.2.3. ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;  

30.2.4. tələbin qısa məzmunu;  

30.2.5. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;  

30.2.6.  hüquqi  şəxsin  rəhbərinin  və  ya  nümayəndəsinin  imzası  və  hüquqi  şəxsin 

möhürü;  

30.2.7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.  

30.3.  Təqdim  olunması  qanunla  nəzərdə  tutulmuş  bütün  sənədlər  ərizəyə  qoşma 

kimi əlavə olunur.  

30.4. Ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan 

ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir 

və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir.  

Maddə 31. Ərizə və ya vəsatətlərin qəbul edilməsi və qeydiyyata alınması  

31.1.  İnzibati  orqan  ərizəçi  tərəfindən  şəxsən  təqdim  olunmuş  və  ya  poçt  rabitəsi 

vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır.  

31.2.  İnzibati  orqan  ərizənin  qəbul  edildiyi  gündən  ən  geci  üç  gün  müddətində 

ərizənin  qeydiyyat  tarixi  və  nömrəsi  haqqında  ərizəçiyə  arayış  verməyə  və  ya 

göndərməyə borcludur.  

31.3.  İnzibati  orqan  vəsatəti  qəbul  etməyə  və  icraat  materiallarına  əlavə  etməyə 

borcludur.  

Maddə 32. Əlavə sənədlərin və ya məlumatların tələb olunması  

32.1.  İnzibati  orqan  üç  gün  müddətində  ərizənin  bu  qanunun  30-cu  maddəsində 

nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır.  

32.2. Ərizəçi  qanun  və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və  işin həlli 

üçün  zəruri  olan  sənədləri  və  ya  məlumatları  təqdim  etmədiyi  halda,  inzibati  orqan 

əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.  

32.3.  İnzibati  orqan  ərizəçidən  Azərbaycan  Respublikasının  qanunvericiliyində 

nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.  



32.4.  Qanunda  başqa  müddət  nəzərdə  tutulmamışdırsa,  əlavə  sənədlərin  və  ya 

məlumatların  təqdim  edilməsi  üçün  inzibati  orqan  tərəfindən  təyin  edilən  müddət  15 

gündən  çox  olmamalıdır.  32.5.  Qanunda  başqa  qayda  nəzərdə  tutulmamışdırsa,  bu 

qanunun  32.4-cü  maddəsində  nəzərdə  tutulmuş  müddətdə  əlavə  sənədlər  və  ya 

məlumatlar  inzibati  orqana  təqdim  olunmadıqda,  ərizəyə  baxılması  ilə  bağlı  müddətin 

axımı dayandırılır.  

32.6. Əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim oldunduğu andan 

müddətin axımı bərpa olunur.  

Maddə 33. Ərizənin səlahiyyətli inzibati orqana göndərilməsi  

33.1.Ərizəyə  baxılması  və  həmin  ərizə  üzrə  müvafiq  inzibati  aktın  qəbul  edilməsi 

başqa  inzibati  orqanın  səlahiyyətlərinə  aid  olduğu  halda,  ərizəçinin  müraciət  etdiyi 

inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona 

əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir.  

33.2. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi 

barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslaşdırılmış məlumat verilməlidir.  

33.3. 


Azərbaycan 

Respublikasının 

qanunvericiliyində 

birbaşa 


nəzərdə 

tutulmamışdırsa,  ərizəni  müvafiq  səlahiyyətli  orqana  göndərən  inzibati  orqan 

tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir.  

33.4.  Bu  qanunun  33.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  ərizə  qanunla 

müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı 

müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır.  

Maddə 34. Ərizənin baxılmamış saxlanılması  

34.1.  Ərizə  səlahiyyətli  inzibati  orqan  tərəfindən  aşağıdakı  hallarda  baxılmamış 

saxlanıla bilər:  

34.1.1 Bu qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə 

vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati 

orqan  və  ya  müvafiq  yuxarı  inzibati  orqan  tərəfindən  əvvəllər  qərar  qəbul  olunduğu 

müəyyən edildikdə;  

34.1.2. həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;  

34.1.3. bu qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda.  

34.3. Ərizənin baxılmamış saxlanılması  barədə inzibati orqan tərəfindən inzibati akt 

formasında qərar qəbul edilir.  

Maddə  35.  İnzibati  icraatın  təzələnməsi  ilə  bağlı  təkrar  ərizə  ilə  müraciət  etmək 

üçün əsaslar  

35.1.  Maraqlı  şəxs  şikayət  verilə  bilməyən  inzibati  aktın  ləğv  olunması  və  ya 

dəyişdirilməsi  ilə  bağlı  aşağıdakı  hallarda  təkrar  ərizə  ilə  inzibati  orqana  müraciət  edə 

bilər:  


35.1.1.  inzibati  aktın  qəbul  olunması  üçün  əsas  olmuş  faktiki  və  ya  hüquqi  hallar 

maraqlı şəxsin xeyrinə dəyişdikdə.  




Yüklə 212,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə