Microsoft Word \304\356\352\363\354\345\355\3622



Yüklə 212,24 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix31.08.2018
ölçüsü212,24 Kb.
#65539
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

56.1.  Kollegial  inzibati  orqanın  iclası  haqqında  aşağıdakı  məlumatları  özündə  əks 

etdirən protokol tərtib olunur:  

56.1.1. kollegial inzibati orqanın adı barədə;  

56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə;  

56.1.3. iclasın sədri və üzvləri haqqında;  

56.1.4. müzakirənin predmeti barədə;  

56.1.5. qəbul edilmiş qərar barədə.  

56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır.  

VI fəsil 

İnzibati aktlar 

Maddə 57. İnzibati aktın forması  

57.1.  Qanunda  başqa  forma  nəzərdə  tutulmamışdırsa  və  ya  başqa  formaya  yol 

verilmirsə, inzibati akt yazılı formada qəbul edilir.  

57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın  müvafiq vəzifəli şəxsi 

və  ya  kollegial  inzibati  orqanın  vəzifəli  şəxslərindən  biri  tərəfindən  tərtib  olunur. 

İnzibati  akt  inzibati  orqanın  müvafiq  vəzifəli  şəxsi  tərəfindən  və  ya  kollegial  inzibati 

orqanın üzvləri tərəfindən imzalanır.  

57.3.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  birbaşa  nəzərdə  tutulmuş 

hallarda,  habelə  dövlət  maraqlarına  və  ya  ictimai  maraqlara  ziyan  vura  biləcək 

təhlükənin  qarşısının  alınması  və  ya  aradan  qaldırılması  ilə  əlaqədar  təxirəsalınmaz 

hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) 

qəbul edilə bilər.  

57.4.  Bu  Qanunun  57.3-cü  maddəsinə  əsasən  şifahi  və  ya  digər  anlaşılan  formada 

(başa  düşülən  digər  formada)  qəbul  edilmiş  inzibati  akt  aşağıdakı  hallarda  elan 

olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır:  

57.4.1. inzibati aktı ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla 

qorunan  maraqlarını  məhdudlaşdırdıqda  (əlverişsiz  inzibati  aktın  qəbul  edildiyi 

hallarda);  

57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə;  

57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda.  

57.5.  Qanunla  nəzərdə  tutulmuş  hallarda  inzibati  akt  işıq,  səs  siqnalları  və  işarələri, 

təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər.  

Maddə 58. İnzibati akta dair ümumi tələblər  

58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər 

əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.  

58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır.  

58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və 

ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir.  

Maddə 59. Yazılı inzibati aktın rekvizitləri  



59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır:  

59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı;  

59.1.2.  inzibati  aktın  ünvanlandığı  hüquqi  şəxsin  adı  və  hüquqi  ünvanı  və  ya  fiziki 

şəxsin adı, atasının adı, soyadı və ünvanı;  

59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi;  

59.1.4.  inzibati  aktı  qəbul  etmiş  inzibati  orqanın  məsul  vəzifəli  şəxsinin  və  ya 

kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası;  

59.1.5.  həmin  akta  qarşı  mümkün  hüquqi  müdafiə  vasitələri,  bu  hüquqi  müdafiə 

vasitələrindən  istifadə  müddəti  və  bununla  bağlı  maraqlı  şəxsin  şikayət  (iddia)  verə 

biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat;  

59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü.  

59.2.  İnzibati  akt  texniki  (avtomat)  qurğuların  köməyi  ilə  qəbul  edildikdə,  həmin 

aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür.  

59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda 

inzibati  aktın  ünvanlandığı  şəxsin  onun  məzmununu  birmənalı  şəkildə  başa  düşməsi 

üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.  

Maddə 60. İnzibati aktda əlavə müddəaların (göstərişlərin) nəzərdə tutulması  

60.1.  Qəbul  edilməsi  tələb  olunan  inzibati  aktda  Azərbaycan  Respublikasının 

qanunvericiliyi  ilə  müəyyən  olunmuş  hallarda  və  ya  inzibati  aktın  qanuni  şərtlərinin 

həyata keçirilməsini təmin etmək məqsədi ilə əlavə müddəalar nəzərdə tutula bilər.  

60.2.  İnzibati  orqan  tərəfindən  diskresion  səlahiyyətlər  əsasında  qəbul  edilmiş 

inzibati aktda:  

60.2.1. həmin aktla nəzərdə tutulmuş hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin) 

qüvvəyə minməsi və ya qüvvədən düşməsi vaxtını və ya qüvvədə olma müddətini;  

60.2.2.  hər  hansı  imtiyazın  və  ya  vəzifənin  (öhdəliyin)  qüvvəyə  minməsi  və  ya 

qüvvədən  düşməsi  vaxtının  gələcəkdə  hər  hansı  hadisənin  baş  verməsindən  asılı 

olduğunu;  

60.2.3. həmin aktın ləğv edilməsi hüququnun saxlanılması haqqında qeydləri;  

60.2.4.  maraqlı  şəxsin  müəyyən  hərəkətlər  etməsini  və  müəyyən  hərəkətlərə  yol 

verməsini və ya müəyyən hərəkətləri etməkdən çəkinməsini (öhdəliyin icrası şərtlərini) 

və  ya  öhdəliyin  icrası  ilə  bağlı  şərtlərin  dəyişdirilməsini  və  ya  yeni  şərtlərin  əlavə 

edilməsini müəyyən edən əlavə müddəalar nəzərdə tutula bilər.  

60.3.  Əlavə  müddəalar  inzibati  aktın  məqsədlərinə  uyğun  olmalıdır.  Əlavə 

müddəalardan yalnız inzibati aktla birlikdə şikayət verilə bilər.  

Maddə 61. İnzibati aktın əsaslandırılması  

61.1.  Yazılı  və  ya  yazılı  formada  təsbit  olunmuş  inzibati  akt  yazılı  şəkildə 

əsaslandırılmalıdır.  

61.2.  Əsaslandırma  zamanı  işin  faktiki  və  hüquqi  halları  və  bu  halları  təsdiq  və  ya 

rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər 

normativ-hüquqi aktlar göstərilməlidir.  




Yüklə 212,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə