Microsoft Word \304\356\352\363\354\345\355\3622



Yüklə 212,24 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix31.08.2018
ölçüsü212,24 Kb.
#65539
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

61.3.  İnzibati  akt  diskresion  səlahiyyətlər  daxilində  qəbul  edildiyi  halda,  inzibati 

orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır.  

61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və 

sübutlarla əsaslandırmağa borcludur.  

61.5. Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur:  

61.5.1.  inzibati  orqan  tərəfindən  maraqlı  şəxsin  ərizəsi  təmin  olunduqda  və  ya 

maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə;  

61.5.2. inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və 

ya  inzibati  aktlar  texniki  (avtomat)  qurğuların  köməyi  ilə  qəbul  edildikdə  və  hər  belə 

inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda;  

61.5.3.  inzibati  orqan  tərəfindən  qəbul  edilmiş  ümumi  xarakterli  sərəncam  aşkar 

surətdə  qeyri-müəyyən  sayda  şəxsə  elan  olunduqda  və  ya  kütləvi  informasiya 

vasitələrində dərc olunduqda;  

61.5.4.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər 

hallarda.  

Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi  

62.1.  İnzibati  orqan  inzibati  aktın  qəbul  edilməsi  haqqında  maraqlı  şəxslərə  və  ya 

onların  nümayəndələrinə  rəsmi  məlumat  verməyə  borcludur.  Rəsmi  məlumat  inzibati 

aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc dilməsi yolu ilə 

verilir.  

62.2.  Poçt  rabitəsi  vasitəsi  ilə  ölkə  daxilində  göndərilmiş  inzibati  akt,  onun  poçta 

təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt 

isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.  

62.3.  Bu  Qanunun  62.2-ci  maddəsində  nəzərdə  tutulmuş  qayda  maraqlı  şəxsin 

inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı 

almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və 

müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.  

62.4.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  hallarda 

yazılı  inzibati  akt  kütləvi  informasiya  vasitələrində  dərc  olunur.  İnzibati  akt  dərc 

edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır.  

62.5.  Yazılı  inzibati  aktın  kütləvi  informasiya  vasitələrində  dərc  olunması  qaydası 

müvafiq inzibati orqan tərəfindən müəyyən edilir.  

Maddə 63. İnzibati aktda olan aşkar səhvlərin düzəldilməsi  

63.1.  İnzibati  orqan  öz  təşəbbüsü  ilə  və  ya  maraqlı  şəxslərin  ərizəsinə  əsasən  qəbul 

etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər.  

63.2. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər.  

63.3.  İnzibati  aktda  düzəlişlər  inzibati  orqanın  müvafiq  vəzifəli  şəxsinin  və  ya 

kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır.  




63.4.  İnzibati  orqan  inzibati  akta  edilən  düzəlişlər  barədə  bu  Qanunun  62-ci 

maddəsində  nəzərdə  tutulmuş  qaydada  maraqlı  şəxslərə  rəsmi  məlumat  verməyə 

borcludur.  

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı  

64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə 

məlumat  verildiyi  andan  və  yaxud  bu  barədə  həmin  şəxslərə  məlum  olduğu  andan 

hüquqi  qüvvəyə  minir.  İnzibati  akt  məlumat  verildiyi  məzmunda  hüquqi  qüvvəyə 

minir və hüquqi cəhətdən etibarlı sayılır.  

64.2.  İnzibati  akt  qanunla  müəyyən  olunmuş  qaydada  geri  çağrılana,  ləğv  edilənə, 

dəyişdirilənə,  qüvvədə  olma  müddəti  qurtardığına  və  ya  başqa  səbəbə  görə  qüvvədən 

düşmüş  hesab  edilənə  qədər  hüquqi  qüvvəsini  saxlayır  və  hüquqi  cəhətdən  etibarlı 

sayılır.  

64.3.  İnzibati  orqan  inzibati  aktın  geri  çağırılması,  ləğv  olunması,  dəyişdirilməsi  və 

ya  qüvvədən  düşmüş  hesab  olunması  barədə  maraqlı  şəxslərə  məlumat  verməyə 

borcludur.  

64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.  

Maddə 65. İnzibati aktın etibarsız sayılması  

65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır:  

65.1.1  hansı  inzibati  orqan  tərəfindən  qəbul  edildiyi  məlum  olmayan  yazılı  inzibati 

akt;  


65.1.2  müvafiq  səlahiyyəti  olmayan  inzibati  orqan  tərəfindən  qəbul  edilmiş  inzibati 

akt;  


65.1.3.  qanunvericiliyə  əsasən  yalnız  müəyyən  rəsmi  sənəd  (rəsmi  sənədin  təqdim 

edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt.  

65.1.4.  maraqlı  şəxsdən  inzibati  və  ya  cinayət  məsuliyyətinə  səbəb  ola  bilən 

hərəkətlər etməyi tələb edən inzibati akt;  

65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt;  

65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.  

65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç 

bir hüquqi nəticə yaratmır.  

65.3. İnzibati akt qəbul etmiş inzibati orqan bu qanunun 65.1-ci maddəsində nəzərdə 

tutulmuş  hallarda  öz  təşəbbüsü  və  ya  maraqlı  şəxsin  müraciəti  əsasında  həmin  aktın 

etibarsız  olduğunu  təsdiq  etməyə  borcludur.  Bu  barədə  maraqlı  şəxslərə  həmin 

qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.  

Maddə  66.  İnzibati  icraat  müddətində  inzibati  aktın  qəbul  edilməməsinin 

nəticələri  

Maraqlı şəxsin ərizəsi üzrə bu qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət 

ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs 

məhkəməyə müraciət edə bilər.  



Yüklə 212,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə