Microsoft Word \304\356\352\363\354\345\355\3622



Yüklə 212,24 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix31.08.2018
ölçüsü212,24 Kb.
#65539
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

45.2.1. sənədlərdən;  

45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından;  

45.2.3. şahid ifadələrindən;  

45.2.4. müvafiq müayinələrin aparılmasından;  

45.2.5. ekspert rəylərindən;  

45.2.6. hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş 

arayışlardan;  

45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna 

bilər.  

45.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.  

Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması  

46.1.  İnzibati  icraatda  iştirak  edən  şəxslər  işin  bütün  faktiki  hallarının  müəyyən 

edilməsinə  kömək  etməyə,  iş  üçün  əhəmiyyət  kəsb  edən  və  onlara  məlum  olan  faktlar 

barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar.  

46.2. İşdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, 

o, həmin sübutları tələb etmək barədə vəsatətlə inzibati orqana müraciət edir. Vəsatətdə 

sübutların iş üçün əhəmiyyətli, əlamətləri və olduğu yer göstərilməlidir. İnzibati orqan 

həmin sübutları tələb etməyə və onların təqdim olunmasını təmin etməyə borcludur.  

46.3. Maraqlı şəxsdən işdə olan sənədin  məzmununun həqiqiliyi barədə sübut tələb 

olunması qadağandır.  

Maddə 47. Sübutların qiymətləndirilməsi  

47.1. İnzibati  orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi 

hallara müvafiq olaraq qiymət verir.  

47.2.  Maraqlı  şəxslərin  arzusu  ilə  inzibati  orqan  qəbul  edəcəyi  inzibati  aktı 

əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın 

qəbulu  üçün  təklif  etdiyi  hüquqi  əsas  barədə  onlara  izahat  və  ya  şərh  verməyə 

borcludur.  

Maddə 48. İnzibati icraatda müddətlərin hesablanması  

48.1.  İnzibati  icraatla  bağlı  hərəkətlər  bu  Qanunla  və  Azərbaycan  Respublikasının 

başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir.  

48.2.  Qanunla  müəyyən  olunmuş  müddətin  axını  müddətin  başlanğıcının  təyin 

edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.  

48.3.  Müddətlər  qanunla  müəyyən  edilmədiyi  hallarda,  onlar  inzibati  orqan 

tərəfindən  təyin  edilir.  48.4.  İnzibati  orqan  tərəfindən  təyin  edilmiş  müddətin  axını 

həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan 

Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  hallarda  müvafiq  məlumatın 

rəsmi elan olunduğu andan başlanır.  

48.5. Müddətlər təqvim günləri ilə hesablanır.  




48.6.  Müddətin  son  günü  qeyri-iş  gününə  düşərsə,  növbəti  iş  günü  müddətin 

qurtardığı gün hesab olunur.  

Maddə 49. Müddətlərin uzadılması  

49.1.  İnzibati  orqan  tərəfindən  təyin  edilmiş  müddətlər  maraqlı  şəxsin  ərizəsi  üzrə 

həmin orqan tərəfindən uzadıla bilər.  

49.2.  İnzibati  orqan  təyin  edilmiş  müddətə  əməl  olunmamasının  nəticələri  barədə 

maraqlı şəxsləri xəbərdar etməyə borcludur.  

Maddə 50. Müddətlərin bərpası  

50.1.  İnzibati  orqan  qanunla  müəyyən  edilmiş  müddətin  buraxılmasının  səbəbini 

üzürlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.  

50.2.  Maraqlı  şəxs  bu  Qanunun  50.1-ci  maddəsində  göstərilmiş  səbəblər  aradan 

qalxdığı  vaxtdan  ən  geci  10  gün  müddətində  buraxılmış  müddətin  bərpa  olunmasına 

dair  yazılı  ərizə  ilə  inzibati  orqana  müraciət  etməlidir.  Ərizəyə  müddətin  buraxılması 

səbəbinin üzürlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır.  

50.3.  İnzibati  orqan  buraxılmış  müddətin  bərpa  olunmasına  dair  ərizəyə  5  gün 

müddətində baxır.  

50.4.  Müddətin  bərpası  haqqında  ərizənin  verilməsi  ilə  eyni  vaxtda  müddəti 

buraxılmış  hərəkət də edilməlidir (ərizə,  şikayət  verilməli, sənədlər təqdim edilməli və 

s.).  

50.5. Qanunla birbaşa qadağan olunmuş hallarda buraxılmış müddətin bərpasına yol 



verilmir.  

50.6.  Buraxılmış  müddətin  bərpa  olunmasından  imtina  edilməsi  haqqında  inzibati 

orqanın qərarından maraqlı şəxslər bu Qanunla nəzərdə tutulmuş qaydada şikayət verə 

bilərlər.  

Maddə 51. İnzibati icraat haqqında xəbərdar etmək  

51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, 

ekspertləri,  tərcüməçiləri  və  digər  orqanların  nümayəndələrini  inzibati  icraatla  bağlı 

iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur.  

51.2.  Bu  Qanunun  51.1-ci  maddəsində  göstərilən  şəxslərə  müvafiq  məlumatın 

çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər.  

51.3.  Bildiriş  inzibati  icraatda  iştirak  edən  şəxs  tərəfindən  göstərilən  ünvana 

göndərilir.  

51.4.  Bildiriş  işdə  iştirak  edən  şəxsə  və  ya  onun  nümayəndəsinə,  habelə  vətəndaşın 

onunla birgə yaşayan yaxın qohumlarına verilir.  

51.5.  İnzibati  icraatla  bağlı  iclasa  vaxtında  gəlmək  və  iş  üzrə  hazırlaşmaq  üçün  işdə 

iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır.  

Maddə 52. İnzibati icraatın müddəti  



52.1.  Səlahiyyətli  inzibati  orqanda  ərizənin  və  ya  müraciətin  qeydiyyata  alındığı 

vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi 

və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.  

52.2.  Azərbaycan  Respublikasının  müvafiq  qanunları  ilə  bu  Qanunun  52.1-ci 

maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.  

52.3.  İnzibati  icraat  üzrə  əhəmiyyət  kəsb  edən  halların  müəyyən  olunması  üçün  bu 

Qanunun  52.1-ci  maddəsində  nəzərdə  tutulmuş  müddətdən  daha  artıq  müddət  tələb 

olunduğu  hallarda,  inzibati  icraatın  müddəti  inzibati  orqan  tərəfindən  hər  dəfə  30  gün 

olmaqla  iki  dəfə  uzaldıla  bilər.  İnzibati  orqan  tərəfindən  müddətin  uzadılması  barədə 

maraqlı şəxsə məlumat verilir.  

52.4.  Bu  Qanunun  52.3-cü  maddəsində  nəzərdə  tutulmuş  hallarda  müddətin 

uzadılmasına 

səbəb 

olan 


hallar 

inzibati 

orqan 

tərəfindən 



izibati 

aktda 


əsaslandırılmalıdır.  

52.5.  İnzibati  aktın  qəbul  edilməsi  də  daxil  olmaqla  hər  bir  halda  inzibati  icraatın 

ümumi müddəti 90 gündən çox ola bilməz.  

V fəsil 


Kollegial inzibati orqanda inzibati icraat 

Maddə 53. Kollegial inzibati orqanda inzibati icraat qaydası  

53.1.  Qanunda  başqa  qayda  nəzərdə  tutulmamışdırsa,  kollegial  inzibati  orqanda 

icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir.  

53.2.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  başqa  qayda  nəzərdə 

tutulmamışdırsa,  kollegial  orqana  təqdim  olunmuş  ərizəyə  dair  qərar  yalnız  kollegial 

orqan tərəfindən qəbul edilir.  

53.3.  Bu  Qanunun  53.2-ci  maddəsində  nəzərdə  tutulmuş  qayda,  ərizənin  həmin 

kollegial orqanın rəhbər vəzifəli şəxsi tərəfindən aidiyyəti üzrə müvafiq inzibati orqana 

göndərilməsi və ya ərizənin baxılmamış saxlanılması hallarına şamil olunmur.  

Maddə 54. Kollegial orqanın iclasının keçirilmə qaydası  

54.1.  Kollegial  orqanın  iclasını  bu  orqanın  rəhbər  vəzifəli  şəxsi,  o,  olmadıqda  isə 

qanunvericiliyə müvafiq şəkildə iclasın sədri seçilmiş şəxs açır və bağlı elan edir.  

54.2. İclasın sədri iclası cari gündəliyə müvafiq olaraq aparır.  

Maddə 55. Kvorum  

55.1. Kollegial inzibati orqanın iclasına onun bütün üzvləri dəvət olunur.  

55.2. Kollegial inzibati orqan onun üzvlərinin ən azı yarısı (üç nəfərdən az olmamaq 

şərtilə) iclasda iştirak etdiyi hallarda qərar qəbul etmək səlahiyyətinə malikdir.  

55.3.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  başqa  qayda  nəzərdə 

tutulmamışdırsa,  kollegial  inzibati  orqanın  qərarı,  iclasda  iştirak  edən  üzvlərin 

yarısından çoxu həmin qərarın lehinə səs verdikdə qəbul edilmiş sayılır.  

Maddə 56. Kollegial inzibati orqanın iclasının protokolu  




Yüklə 212,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə