Microsoft Word \304\356\352\363\354\345\355\3622



Yüklə 212,24 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix31.08.2018
ölçüsü212,24 Kb.
#65539
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

6.0. İnzibati orqan hüquqi yardım üçün aşağıdakı hallarda müraciət edə bilər:  

6.0.1.  hüquqi  və  faktiki  xarakterli  səbəblər  üzündən  hər  hansı  hərəkəti  müstəqil 

həyata keçirmək iqtidarında olmadığı hallarda;  

6.0.2. müəyyən məsələnin həlli üçün ona məlum olmayan və özünün müstəqil olaraq 

müəyyən edə bilmədiyi faktlar tələb olunduğu hallarda;  

6.0.3.  müəyyən  məsələnin  həlli  üçün  tələb  olunan  zəruri  sənədlər  və  ya  digər 

sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında 

olduğu hallarda;  

6.0.4.  müəyyən  məsələni  müstəqil  şəkildə  həll  etmək  üçün  tələb  olunan  zəruri 

xərclər, həmin məsələnin hüquqi yardım qaydasında digər inzibati orqan tərəfindən həll 

olunması üçün tələb olunan xərclərdən çox olduğu hallarda.  

 

Maddə 7. Hüquqi yardım göstərməkdən imtinanın əsasları  



7.1. İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməkdən imtina edə bilər:  

7.1.1.  hüquqi  yardım  qaydasında  tələb  olunan  tədbirlərin  həyata  keçirilməsi  onun 

qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda;  

7.1.2. hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər hüquqazidd 

olduqda;  

7.1.3.  hüquqi  yardımın  göstərilməsi  onun  öz  funksional  vəzifələrinin  yerinə 

yetirilməsinə əhəmiyyətli dərəcədə mane olduqda;  

7.1.4.  hüquqi  yardım  qaydasında  tələb  olunan  sənədlər  və  (və  ya)  məlumatlar 

qanunla qorunan bu və ya digər sirri təşkil etdikdə.  

7.2. İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməyə borclu deyildir:  

7.2.1.  başqa  inzibati  orqan  daha  sadə  üsulla  və  ya  daha  az  məsrəflə  hüquqi  yardım 

göstərə bilərsə;  

7.2.2.  həmin  inzibati  orqan  xahiş  olunan  yardıma  mütənasib  olmayan  yalnız  böyük 

məsrəf hesabına hüquqi yardım göstərə bilərsə.  

7.3.  İnzibati  orqan  hüquqi  yardım  göstərməkdən  imtina  etdiyi  halda,  ona  həmin 

məqsədlə müraciət etmiş digər inzibati orqana müraciətin daxil olduğu gündən üç gün 

müddətində bu barədə yazılı məlumat verməlidir.  

7.4.  Müraciət  edən  inzibati  orqan  hüquqi  yardımdan  imtina  ilə  bağlı  məsələyə 

baxılması  barədə  hüquqi  yardım  üçün  müraciət  olunmuş  orqana  münasibətdə  nəzarət 

funksiyasını  həyata  keçirən  yuxarı  inzibati  orqana  müraciət  edə  bilər.  Yuxarı  inzibati 

orqan tərəfindən həmin məsələyə qısa müddət ərzində baxılır və qəti qərar qəbul edilir. 

Hüquqi yardımdan imtina əsassız hesab edildikdə, yuxarı inzibati orqan belə yardımın 

dərhal  göstərilməsi  barədə  hüquqi  yardım  üçün  müraciət  olunmuş  inzibati  orqana 

müvafiq tapşırıq verir.  




Maddə 8. Hüquqi yardımla bağlı xərclərin ödənilməsi  

Hüquqi yardımla bağlı müraciət etmiş orqan, belə yardımın göstərilməsi ilə əlaqədar 

çəkilmiş  xərclər  şərti  maliyyə  vahidinin  20  mislindən  yuxarı  olduqda,  həmin  xərcləri 

ödəməlidir.  

Maddə 9. Sənədlərin surətini rəsmi təsdiq etmək hüququ  

9.1.  İnzibati  orqan,  özü  və  ya  ona  tabe  olan  orqan  tərəfindən  qəbul  edilmiş  inzibati 

aktların və ya digər sənədlərin surətini təsdiq edə bilər.  

9.2. İnzibati orqan tərəfindən müvafiq qaydada qəbul edilmiş inzibati aktların və ya 

digər sənədlərin təsdiqlənmiş surətləri rəsmi qüvvəyə malikdir.  

9.3.  Məzmunu  dəyişdirilmiş  və  ya  bütövlüyü  pozulmuş  sənədin  təsdiq  olunmasına 

yol verilmir.  

9.4.  Sənəd  təsdiq  edilərkən  aşağıdakı  məlumatları  əks  etdirən  vərəq  tərtib 

olunmalıdır:  

9.4.1. sənədin dəqiq adı;  

9.4.2. sənədin surətinin onun əsli ilə düz olması barədə qeyd;  

9.4.3. sənədin təsdiq olunduğu tarix və yer;  

9.4.4. məsul vəzifəli şəxsin imzası və inzibati orqanın möhürü.  

9.5.  Sənədin  təsdiq  olunmuş  surətinin  hər  səhifəsi  vəzifəli  şəxs  tərəfindən  imza 

edilməli və möhür vurulmalıdır.  

9.6. İnzibati aktın və ya digər sənədin surətinin təsdiq edilməsi faktı müvafiq inzibati 

orqanda müəyyən edilmiş qaydada qeydə alınmalıdır.  

 

II Fəsil 



Ümumi prinsiplər 

Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri  

10.1.  Azərbaycan  Respublikasında  inzibati  icraat  Azərbaycan  Respublikasının 

Konstitusiyasında  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrdə  nəzərdə  tutulmuş  prosessual  təminatlar,  habelə  hüququn  və  hüquqi 

dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir.  

10.2.  Hüququn  və  hüquqi  dövlətin  hamılıqla  qəbul  olunmuş  prinsipləri  inzibati 

orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur.  

10.3.  Bu  qanunda  nəzərdə  tutulmuş  prinsiplər  digər  prinsiplərin  əhəmiyyətinin 

azaldılması kimi şərh oluna bilməz.  

Maddə 11. Qanunçuluq prinsipi  

11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar.  

11.2.  İnzibati  orqanlar  yalnız  qanunla  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  şəxsin 

hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.  




Maddə 12. Bərabərlik prinsipi  

12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.  

12.2.  İnzibati  orqan  tərəfindən  eyni  mühüm  faktiki  hallara  malik  olan  müxtəlif  işlər 

üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.  

12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər 

üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.  

12.4.  İnzibati  orqan  diskresion  səlahiyyətləri  eyni  üsulla  və  eyni  qaydada  həyata 

keçirməyə  borcludur.  Bu  müddəa  diskresion  səlahiyyətlərin  icrası  ilə  bağlı  mövcud 

inzibati praktikanın dəyişdirilməsini istisna etmir.  

Maddə 13. Etimad hüququnun qorunması prinsipi  

13.1.  İnzibati  orqanların  inzibati  praktikasına  fiziki  və  ya  hüquqi  şəxslərin  etimadı 

qanunla qorunur.  

13.2.  İnzibati  orqan  mövcud  inzibati  praktikaya  uyğun  hərəkət  etməyə  borcludur. 

Yalnız  ictimai  maraqların  tələb  etdiyi  hallarda  mövcud  inzibati  praktika  yeni  praktika 

ilə  dəyişdirilə  bilər.  Yeni  inzibati  praktika  davamlı  olmalı  və  ümumi  xarakter 

daşımalıdır.  

13.3.  Müəyyən  inzibati  aktın  sonradan  qəbul  edilməsi  və  ya  qəbul  edilməməsi  ilə 

bağlı  səlahiyyətli  inzibati  orqanların  vədlərinə,  bəyanatlarına  fiziki  və  ya  hüquqi 

şəxslərin etimadı qanunla qorunur.  

13.4.  İnzibati  orqanların  bu  qanunun  13.3-cü  maddəsində  nəzərdə  tutulmuş  vədləri 

və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad 

hüququnun əsasını təşkil edir. Bu qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara 

şamil olunur.  

13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.  

Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası  

14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar 

daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.  

14.2.  Diskresion  səlahiyyətlər  əsasında  qəbul  edilən  qərarlar  həmin  səlahiyyətlərin 

məqsədinə uyğun olmalıdır.  

14.3.  Diskresion  səlahiyyətlərin  həyata  keçirilməsi  zamanı  fiziki  və  ya  hüquqi 

şəxslərin  hüquq  və  azadlıqlarının  əsassız  məhdudlaşdırılmasına  yönəldilmiş  qərarlar 

qəbul oluna bilməz.  

Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması  

15.1.  Qanunla  məcburi  şərt  kimi  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  yalnız 

formal  tələblərə  əməl  olunmasını  təmin  etmək  məqsədi  ilə  inzibati  orqanlar  tərəfindən 

fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır 

15.2.  Qanunda  birbaşa  nəzərdə  tutulmadığı  hallarda  fiziki  və  ya  hüquqi  şəxslər 

tərəfindən  formal  tələblərə  əməl  olunmaması  və  ya  lazımi  qaydada  əməl  olunmaması 




Yüklə 212,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə