Microsoft Word \304\356\352\363\354\345\355\3622



Yüklə 212,24 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix31.08.2018
ölçüsü212,24 Kb.
#65539
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

inzibati  orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola 

bilməz.  

15.3.  İnzibati  orqanlar  fiziki  və  ya  hüquqi  şəxslər  tərəfindən  təqdim  olunmuş 

sənədlərdə  yazı  və  hesab  zamanı  yol  verilmiş  aşkar  və  düzəldilməsi  mümkün  olan 

səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.  

Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması  

16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli 

olan  inzibati  orqan,  maraqlı  şəxsin  vəsatətinə  əsasən  və  ya  xidməti  vəzifəsindən  irəli 

gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.  

16.2.  Hüquq  normasının  tətbiqi  inzibati  orqanın  diskresion  səlahiyyətlərinə  aid 

olduğu  hallarda,  maraqlı  şəxs  diskresion  səlahiyyətlərin  düzgün  həyata  keçirilməsini 

tələb etməkdə haqlıdır.  

Maddə 17. Mütənasiblik prinsipi  

Fiziki  və  ya  hüquqi  şəxslərin  hüquqi  statusuna  (prinsipial  hərəkət  azadlığına)  hər 

hansı  müdaxiləni  nəzərdə  tutan  tədbirlər  inzibati  orqanın  güddüyü  qanuni  məqsədə 

mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi 

şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.  

Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi  

18.1.  İnzibati  orqan  mənasına  görə  fiziki  və  ya  hüquqi  şəxslər  tərəfindən  əvvəllər 

edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil 

ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz .  

18.2.  İnzibati  orqanlar  tərəfindən  verilmiş  arayışlar  və  icazələr  onların  məqsədi  ilə 

uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir.  

Maddə 19. Mötəbərlik prezumpsiyası  

19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər 

tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta 

yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin 

və  dəlillərin  mötəbərliyini  təsdiq  edən  əlavə  sənədlərin  və  ya  məlumatların  tələb 

olunması qadağandır.  

19.2.  Təqdim  olunmuş  sənədlərin  və  dəlillərin  mötəbərliyinə  əsaslı  şübhələr  olduğu 

hallarda,  inzibati  orqan  müstəqil  şəkildə  və  öz  hesabına  onların  mötəbərliyinin 

müəyyən edilməsi üçün tədbirlər görür.  

III Fəsil 

Prosedur prinsiplər və təminatlar 

Maddə 20. İnzibati orqana müraciət etmək hüququ  



20.1.  Hər  bir  şəxsin  onun  hüquq  və  qanuni  maraqlarına  bilavasitə  aid  olan 

məsələlərlə  bağlı  inzibati  orqana  müraciət  etmək,  vəsatət  vermək  və  ya  inzibati 

orqandan məlumat əldə etmək hüququ vardır.  

20.2.  Qanunda  başqa  qayda  nəzərdə  tutulmamışdırsa,  inzibati  orqan  onun 

səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə 

müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.  

Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı  

21.1.  Qanunda  başqa  qayda  nəzərdə  tutulmamışdırsa,  inzibati  orqan  inzibati  icraat 

barədə  maraqlı  şəxsə  və  ya  onun  nümayəndəsinə  məlumat  verməli  və  işdə  onun 

iştirakını təmin etməlidir.  

21.2.  Qanunda  başqa  hallar  nəzərdə  tutulmamışdırsa,  inzibati  aktı  qəbul  etməzdən 

əvvəl  inzibati  orqan  onun  məzmunu,  xüsusilə  işin  müəyyən  edilmiş  faktiki  halları  və 

həmin  işlə  bağlı  nəzərdə  tutulan  tədbirlər  haqqında  maraqlı  şəxslərə  və  ya  onların 

nümayəndələrinə  məlumat  verməyə  və  bu  barədə  onların  mülahizələrini  dinləməyə 

borcludur.  

21.3.  İnzibati  orqan  aşağıdakı  hallarda  maraqlı  şəxsləri  və  ya  onların 

nümayəndələrini dinləməkdən imtina edə bilər:  

21.3.1.  maraqlı  şəxslərin  tələblərinin  tam  təmin  olunduğu  inzibati  aktın  qəbul 

edilməsi nəzərdə tutulduqda;  

21.3.2.  ictimai  və  ya  dövlət  maraqlarına  ziyan  vura  biləcək  təhlükənin  qarşısının 

alınması  və  ya  aradan  qaldırılması  ilə  əlaqədar  inzibati  aktın  dərhal  qəbul  olunması 

zərurəti yarandıqda;  

21.3.3.  dinləmənin  keçirilməsi  inzibati  aktın  qəbul  edilməsi  ilə  bağlı  müddətin 

buraxılmasına səbəb ola biləcəyi halda;  

21.3.4.  ümumi  xarakterli  sərəncamın  və  ya  çoxlu  sayda  identik  məzmunlu  inzibati 

aktların  və  ya  avtomatik  qurğular  vasitəsi  ilə  inzibati  aktların  qəbul  edilməsi  nəzərdə 

tutulduqda;  

21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul 

edilməsi nəzərdə tutulduqda;  

21.3.6.  inzibati  aktların  məcburi  qaydada  icrası  ilə  bağlı  tədbirlərin  tətbiqi  nəzərdə 

tutulduqda.  

Maddə 22. İşə baxılmasında qərəzsizlik  

22.1.  İnzibati  orqanlar  öz  səlahiyyətlərini  qərəzsiz  olaraq  həyata  keçirtməyə 

borcludurlar.  

22.2. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz.  

Maddə  23.  İnzibati  orqan  tərəfindən  məsləhətlərin  və  zəruri  məlumatların 

verilməsi  

23.1.  İnzibati  orqan  ərizə  və  ya  vəsatətlərin  verilməsində,  ərizə  və  ya  vəsatətdə 

buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə 



yardım  etməyə,  inzibati  icraatda  iştirak  edən  şəxsin  malik  olduğu  hüquq  və  vəzifələri 

ona izah etməyə borcludur.  

23.2.  Fiziki  və  ya  hüquqi  şəxslərin  müraciətinə  əsasən  müvafiq  inzibati  orqan 

ərizələrin  və  inzibati  icraatla  bağlı  digər  formulyarların  (blankların)  nümunələrini 

onlara  verməyə,  yaxud  poçt  rabitəsi  və  ya  digər  elektron  rabitə  kanalları  vasitəsilə 

göndərməyə borcludur.  

Maddə 24. İşin hallarının obyektiv araşdırılması  

24.1.  İnzibati  orqan  inzibati  icraat  zamanı  işin  düzgün  həlli  üçün  əhəmiyyət  kəsb 

edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.  

24.2.  İnzibati  orqan  maraqlı  şəxslərin  xeyrinə  olan  halların  araşdırılmasından  və 

nəzərə alınmasından imtina edə bilməz.  

24.3.  İnzibati  icraat  zamanı  işin  bütün  hallarının  araşdırılması  inzibati  orqanın 

xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən 

müəyyən  edilir.  İnzibati  orqan  maraqlı  şəxslərin  izahatları  ilə  və  təqdim  etdiyi 

sübutlarla bağlı deyildir.  

24.4.  Təqdim  olunmuş  sübutlar  yetərli  olmadıqda,  inzibati  orqan  öz  təşəbbüsü  ilə 

əlavə sübutlar toplamağa borcludur.  

24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş 

və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması 

və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.  

Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ  

25.1.  Qanunla  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  maraqlı  şəxslər  həm  icraat 

zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla 

bağlı məlumat almaq hüququna malikdirlər.  

25.2.  Qanunla  başqa  qayda  nəzərdə  tutulmamışdırsa,  inzibati  icraatla  bağlı 

məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər.  

25.3.  İnzibati  orqan  müraciət  daxil  olduğu  gündən  3  gün  müddətində  müvafiq 

məlumatları verməlidir.  

25.4.  İnzibati  orqan  məzmununda  qanunla  qorunan  hər  hansı  sirr  olan  sənədlərdən 

maraqlı şəxslərin ziyanına istifadə edə bilməz.  

25.5.  Məzmununda  qanunla  qorunan  hər  hansı  sirr  olan  sənədin  tanış  olmaq  üçün 

təqdim  edilməsindən  imtina  olunduğu  hallarda,  inzibati  orqan  qanunla  qorunan 

maraqlara ziyan vurmadan, həmin sənədin məzmunu haqqında maraqlı şəxsə mümkün 

qədər dolğun məlumat verməyə borcludur.  

25.6.  Maraqlı  şəxslər  inzibati  icraat  materialları  ilə  həmin  icraatın  həyata  keçirildiyi 

inzibati orqanda tanış ola bilərlər.  

25.7.  Müstəsna  hallarda  maraqlı  şəxslər,  yazılı  müraciət  əsasında,  inzibati  icraat 

materialları  ilə  digər  inzibati  orqanda,  habelə  Azərbaycan  Respublikasının  xaricdəki 

diplomatik nümayəndəliyində tanış ola bilərlər.  



Yüklə 212,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə