Microsoft Word \304\356\352\363\354\345\355\3622



Yüklə 212,24 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix31.08.2018
ölçüsü212,24 Kb.
#65539
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   10   11


İnzibati icraat haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl 



olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.  

 

I Fəsil 



Ümumi müddəalar 

 

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar  



1.1. Bu  qanun  inzibati aktların qəbul edilməsi,  icra olunması  və ya ləğv edilməsi  ilə 

bağlı  inzibati  orqanlar  tərəfindən  həyata  keçirilən  fəaliyyətin  hüquqi  əsaslarını, 

prinsiplərini və prosedur qaydalarını müəyyən edir.  

1.2.  Bu  qanunun  müddəaları  inzibati  orqanların  fiziki  və  ya  hüquqi  şəxslərə 

münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.  

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar  

2.0. Bu qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:  

2.0.1.  inzibati  orqan  -  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanları,  onların  yerli  (struktur)  və  digər  qurumları,  bələdiyyələr,  habelə  qanuna 

əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;  

2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan 

müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş 

və  ünvanlandığı  hüquqi  və  ya  fiziki  şəxs  (şəxslər)  üçün  müəyyən  hüquqi  nəticələr 

yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;  

2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə 

bağlı  inzibati  orqana  müraciət  etmiş  və  ya  barəsində  inzibati  akt  qəbul  edilmiş  və  ya 

müvafiq  hərəkət  (hərəkətsizlik)  edilmiş  şəxs  və  yaxud  inzibati  orqan  tərəfindən  qəbul 

edilməsi  nəzərdə  tutulan  və  ya  qəbul  edilmiş  inzibati  aktın  və  ya  inzibati  orqanın 

hərəkətinin  hüquqlarına  və  ya  qanunla  qorunan  maraqlarına  birbaşa  təsir  etdiyi  və  ya 

təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda 

inzibati  orqanın  təşəbbüsü  ilə  inzibati  icraata  cəlb  edilən  hər  hansı  fiziki  və  ya  hüquqi 

şəxs;  


2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər 

hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti;  

2.0.5.  inzibati  şikayət  -  hüquqlarını  və  qanunla  qorunan  maraqlarını  müdafiə  etmək 

məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan 

və  yaxud  inzibati  orqanın  hərəkət  və  ya  hərəkətsizliyindən  subordinasiya  baxımından 

yuxarı inzibati orqana yazılı müraciəti;  




2.0.6.  inzibati  icraat  -  fiziki  və  ya  hüquqi  şəxslərin  müraciəti  əsasında  və  ya  inzibati 

orqanların  öz  təşəbbüsü  ilə  inzibati  aktın  qəbul  edilməsi,  icra  olunması,  dəyişdirilməsi 

və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar 

tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən 

fəaliyyət;  

2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün 

qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;  

2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı 

münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;  

2.0.9.  aralıq  inzibati  akt  -  konkret  icraatın  təşkili  və  həyata  keçirilməsi  ilə  bağlı 

inzibati orqan tərəfindən qəbul edilən akt;  

2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq 

edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt;  

2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüququndan məhrum edən və 

ya  onun  hüququnu  məhdudlaşdıran,  yaxud  onun  üzərinə  müəyyən  vəzifə  (vəzifələr) 

qoyan akt.  

Maddə 3. Qanunun tətbiq dairəsi  

3.1. Bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati 

orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.  

3.2. Bu qanun inzibati orqanların:  

3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə;  

3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.  

3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş 

müddəaları  tamamlayan  müddəalar  və  ya  inzibati  icraatla  bağlı  xüsusi  qaydalar 

müəyyən oluna bilər.  

Maddə 4. Aidiyyət  

4.1.  İnzibati  orqanlar  qanunla  onların  səlahiyyətinə  aid  edilmiş  işlər  üzrə  inzibati 

icraatı həyata keçirirlər.  

4.2.  İnzibati  orqan  müraciətə  baxılması  ilə  əlaqədar  səlahiyyətli  olub-olmamasını 

müstəqil şəkildə müəyyən etməyə borcludur.  

4.3.  İnzibati  orqanlar  arasında  aidiyyət  və  ya  səlahiyyətlərlə  bağlı  mübahisələr 

müəyyən  olunmuş  qaydada  subordinasiya  baxımından  yuxarı  inzibati  orqan  və  ya 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir.  

Maddə 5. İnzibati orqanlar arasında qarşılıqlı hüquqi yardım  

5.1.  İnzibati  orqan  öz  səlahiyyətləri  və  imkanları  daxilində  digər  inzibati  orqana 

həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur.  

5.2.  Subordinasiya  baxımından  tabeçilik  münasibətlərində  olan  inzibati  orqanların 

bir-birinə yardım etməsi qarşılıqlı hüquqi yardım sayılmır.  

Maddə 6. Hüquqi yardımın şərtləri  



Yüklə 212,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə