Microsoft Word \304\356\352\363\354\345\355\3622



Yüklə 212,24 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix31.08.2018
ölçüsü212,24 Kb.
#65539
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması  

67.1.  İnzibati  orqan  tərəfindən  inzibati  icraat  haqqında  hüquq  normalarının  və  ya 

maddi  hüquq  normalarının  pozulması  və  ya  düzgün  tətbiq  edilməməsi  nəticəsində 

qəbul edilmiş inzibati akt qanunsuz sayılır.  

67.2.  Qanunsuz  inzibati  akt  həmin  aktı  qəbul  etmiş  inzibati  orqan  və  ya 

subordinasiya  baxımından  yuxarı  inzibati  orqan  tərəfindən  və  yaxud  məhkəmə 

qaydasında ləğv oluna bilər.  

67.3.  Qanunsuz  əlverişsiz  inzibati  akt  hər  bir  halda  ləğv  olunmalıdır.  Azərbaycan 

Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz 

əlverişsiz  inzibati  aktın  ləğv  olunması  həmin  aktın  qüvvəyə  mindiyi  andan  yaranmış 

hüquqi nəticələri aradan qaldırır.  

67.4.  Qanunsuz  əlverişli  inzibati  akt  yalnız  bu  maddədə  nəzərdə  tutulmuş 

məhdudiyyətlər daxilində ləğv oluna bilər.  

67.5.  Maraqlı  şəxsin  məzmununa  etimad  göstərdiyi  və  həmin  etimadın  qanunla 

qorunduğu,  habelə  başqa  şəxslərin  hüquqlarına  və  ya  qanunla  qorunan  maraqlarına, 

dövlət  maraqlarına  və  ya  ictimai  maraqlara  ziyan  vurmadığı  hallarda,  maraqlı  şəxsə 

münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya 

belə  öhdəliklərin  əmələ  gəlməsinə  səbəb  olmuş  qanunsuz  əlverişli  inzibati  aktın  ləğv 

olunmasına  yol  verilmir.  Maraqlı  şəxsin  ona  verilmiş  pul  vəsaitlərini  xərclədiyi  və  ya 

əmlakdan  istifadə  etdiyi  və  buna  görə  də  onları  qaytarmaq  iqtidarında  olmadığı  və  ya 

onları  qaytardığı  təqdirdə  əhəmiyyətli  ziyana  məruz  qalacağı  hallarda,  həmin  şəxs 

etimadın qanunla qorunması hüququna malikdir.  

67.6  Maraqlı  şəxs  aşağıdakı  hallarda  etimadın  qorunması  hüququna  istinad  edə 

bilməz:  

67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail 

olduqda;  67.6.2.  səhv  və  ya  təhrif  olunmuş  məlumatları  əks  etdirən  sənədlər  təqdim 

etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;  

67.6.3.  inzibati  aktın  qanunsuz  olduğunu  bildiyi  və  ya  kobud  ehtiyatsızlıq 

nəticəsində bilmədiyi halda.  

67.7 Bu Qanunun  67.6-cı  maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati 

akt  ləğv  olunmalıdır.  Həmin  aktın  ləğv  olunması  onun  qüvvəyə  mindiyi  andan 

yaranmış  hüquqi  nəticələri  aradan  qaldırır.  Bu  zaman  maraqlı  şəxs  xərclənmiş  pul 

vəsaitlərinin  və  ya  istifadə  olunmuş  əşyanın  əvəzini  ödəməyə  borcludur.  Ödəmənin 

həcmi  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  əsassız  varlanma  ilə  bağlı 

müddəalarına uyğun olaraq müəyyən edilir.  

67.8  Başqa  şəxslərin  hüquqlarına  və  ya  qanunla  qorunan  maraqlarına,  dövlət 

maraqlarına  və  ya  ictimai  maraqlara  ziyan  vuran  qanunsuz  əlverişli  inzibati  akt  ləğv 

olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi 

nəticələri aradan qaldırmır. 

67.9  Maraqlı  şəxsin  etimadı  qanunla  qorunduğu  hallarda,  bu  Qanunun  67.8-ci 

maddəsinə  əsasən  ləğv  olunmuş  inzibati  aktın  məzmununa  etimad  göstərməsi 



səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. 

Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 

67.10  Maraqlı  şəxsə  ödəniləcək  kompensasiyanın  həcmi  qanunsuz  inzibati  aktı  ləğv 

etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə 

mütənasib olmalıdır. 

67.11  Maraqlı  şəxs  bir  il  ərzində  kompensasiyanın  ödənilməsini  tələb  edə  bilər. 

Müddətin  axımı  qanunsuz  inzibati  aktın  ləğv  olunması  haqqında  maraqlı  şəxsə  bu 

Qanunla müəyyən olunmuş qayda da məlumat verildiyi gündən başlayır. 

67.12 Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum 

olduğu  gündən  bir  il  ərzində  ləğv  edilə  bilər.  Həmin  qayda  Bu  Qanunun  67.7.1-ci 

maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 

67.13 Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu qanunun 62-

ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 

Maddə 68. Qanuni inzibati aktın ləğv olunması. 

68.1  Qanuni  əlverişsiz  inzibati  akt,  həmin  aktın  ləğv  olunmasının  qanunla  birbaşa 

qadağan  edildiyi  hallar  istisna  olmaqla,  onu  qəbul  etmiş  orqan  tərəfindən  tam  və  ya 

qismən ləğv oluna bilər.  

68.2 Qanuni əlverişsiz inzibati akt, yalnız aşağıdakı hallarda ləğv edilə bilər:  

68.2.1  inzibati  aktın  ləğvi  qanunla  birbaşa  nəzərdə  tutulduğu  halda  və  ya  inzibati 

aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 

68.2.2  maraqlı  şəxsin  inzibati  aktla  müəyyən  edilmiş  imtiyazlardan  (hüquqlardan) 

istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 

68.2.3  inzibati  aktın  qəbulundan  sonra  yaranmış  hüquqi  və  ya  faktiki  hallara  görə 

həmin  aktın  qüvvədə  qalması  dövlət  maraqlarına  və  ya  ictimai  maraqlara  ziyan  vura 

bildiyi halda: 

68.2.4  inzibati  aktın  qəbulu  üçün  əsas  olmuş  hüquq  normasının  dəyişməsi 

nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin 

inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona 

münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin 

qüvvədə  qalmasının  dövlət  maraqlarına  və  ya  ictimai  maraqlara  ziyan  vura  bildiyi 

hallarda. 

68.3  Qanuni  inzibati  aktın  ləğv  olunması  onun  qüvvəyə  mindiyi  andan  yaranmış 

hüquqi nəticələri aradan qaldırmır. 

68.4.    Qanuni  inzibati  akt,  həmin  aktın  ləğv  olunmasını  şərtləndirən  hallar  məlum 

olduğu gündən bir il ərzində ləğv edilə bilər. 

68.5.  Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 

68.2.4-cü  maddələrinə  əsasən  ləğv  olunmuş  inzibati  aktın  məzmununa  etimad 

göstərməsi  səbəbindən  həmin  şəxsə  vurulmuş  maddi  ziyana  görə  ona  kompensasiya 

ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 



Yüklə 212,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə