Microsoft Word \304\356\352\363\354\345\355\3622



Yüklə 212,24 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix31.08.2018
ölçüsü212,24 Kb.
#65539
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11

39.3. İnzibati şikayət təmin olunduğu hallarda, icraatla bağlı xərclər müvafiq inzibati 

orqanın hesabına ödənilir.  

Maddə 40. Sənədləri almaq üçün müvəkkil təyin etmək vəzifəsi  

40.1. İnzibati icraatda iştirak edən və Azərbaycan Respublikasında daimi yaşayış yeri 

olmayan  maraqlı  şəxs  inzibati  orqanın  bu  barədə  onu  xəbərdar  etdiyi  gündən  üç  gün 

müddətində  Azərbaycan  Respublikasında  yaşayış  yeri  üzrə  qeydiyyatda  olan  fəaliyyət 

qabiliyyətli şəxsi inzibati icraatla bağlı həmin maraqlı şəxsə ünvanlanan sənədləri almaq 

üçün müvəkkil təyin etməlidir. İnzibati orqan maraqlı şəxs üçün nəzərdə tutulan bütün 

sənədləri həmin müvəkkilə göndərməyə borcludur.  

40.2.  Şəxs  bu  Qanunun  40.1-ci  maddəsində  nəzərdə  tutulmuş  tələbə  əməl  etmədiyi 

halda,  inzibati  orqan  həmin  şəxs  tərəfindən  sənədlərin  alınmamasına  görə  məsuliyyət 

daşımır və bu, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati aktın etibarsız 

sayılması üçün əsas ola bilməz.  

Maddə 41. Ekspert və ya mütəxəssisin təyin edilməsi  

41.1.  İnzibati  icraat  zamanı  iş  üzrə  faktiki  hallarla  bağlı  sualları  izah  etmək  üçün 

inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.  

41.2. İnzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin 

qərarda  ekspert  rəyinin  tələb  olunduğu  sualların  dairəsini  (ekspert  araşdırmasının 

predmetini) müəyyənləşdirir.  

41.3.  Maraqlı  şəxslər  ekspertiza  zamanı  araşdırılmalı  olan  əlavə  sualları  və  bu 

suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar. İnzibati orqan 

maraqlı şəxslərin təklif etdikləri sualların rədd edilməsini əsaslandırmağa borcludur.  

41.4.  Ekspertiza  inzibati  orqanın  qərarına  əsasən  Azərbaycan  Respublikasının 

qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  müvafiq  qurumların  ekspertləri  və  ya 

mütəxəssisləri tərəfindən keçirilir.  

41.5.  Azərbaycan  Respublikasının  qanunvericiliyində  başqa  müddət  nəzərdə 

tutulmamışdırsa,  ekspert  inzibati  orqan  tərəfindən  təyin  olunmuş  müddət  ərzində 

tədqiqat üzrə rəy təqdim etməyə borculudur.  

41.6.  İnzibati  orqanın  və  ya  maraqlı  şəxsin  tələb  etdiyi  hallarda  ekspert  və  ya 

mütəxəssis rəylə bağlı əlavə izahat verməyə borcludur.  

41.7.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  başqa  qayda  nəzərdə 

tutulmamışdırsa,  ekspertizanın  keçirilməsi,  ekspertin  və  ya  mütəxəssisin  haqqının 

ödənilməsi ilə bağlı xərclər inzibati orqanın hesabına ödənilir.  

Maddə 42. Vəzifəli şəxsə etiraz etmək üçün əsaslar  

42.1. İnzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsi:  

42.1.1. həmin işin nəticəsində şəxsən maraqlı olduqda;  

42.1.2.  işdə  iştirak  edən  maraqlı  şəxs  və  ya  onun  nümayəndəsi  ilə  qohumluq 

əlaqəsindədirsə və ya əvvəllər qohumluq əlaqəsində olmuşdursa;  

42.1.3. işdə iştirak edən maraqlı şəxsin nümayəndəsi olduqda;  



42.1.4.  özü  və  ya  ailə  üzvləri  maraqlı  şəxsə  məxsus  müəssisənin  aksiyaları  və  ya 

nizamnamə kapitalına sahib olduqda;  

42.1.5.  onun  obyektivliyinə  və  ya  qərəzsizliyinə  şübhə  doğuran  yetərli  başa  əsaslar 

olduqda inzibati icraatda iştirak edə bilməz.  

42.2.  Bu  Qanunun  42.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslar  olduqda,  vəzifəli 

şəxs özü-özünə etiraz etməyə borcludur.  

42.3.  Maraqlı  şəxs  bu  Qanunun  42.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslar 

olduqda,  işə  baxan  vəzifəli  şəxsə,  işə  kollegial  qaydada  baxıldıqda  isə  kollegiyanın 

istənilən üzvünə etiraz edə bilər.  

Maddə 43. Ekspertə, mütəxəssisə və ya tərcüməçiyə etiraz etmək üçün əsaslar  

43.1.  Bu  Qanunun  42.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslar  olduqda  ekspertin, 

mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına yol verilmir.  

43.2. Ekspert və ya mütəxəssis habelə aşağıdakı hallarda inzibati icraatda iştirak edə 

bilməz:  

43.2.1.  işdə  iştirak edən şəxslərdən və  ya onların nümayəndələrindən xidməti və ya 

sair cəhətdən asılı olduqda;  

43.2.2.  inzibati  icraatın  başlanılması  üçün  əsas  olmuş  materiallar  üzrə  təftiş 

apardıqda və ya həmin materiallardan inzibati icraatda istifadə olunduqda.  

Maddə. 44. Etiraz haqqında ərizələrə baxılması və həll edilməsi qaydası  

44.1. Vəzifəli şəxsin özü-özünə etiraz etməsi və ya vəzifəli şəxsə etiraz etmə haqqında 

ərizə  iş  üzrə  inzibati  akt  qəbul  olunana  qədər  yazılı  formada  verilməli  və 

əsaslandırılmalıdır.  

44.2. Etiraz haqqında ərizəyə etirazın verildiyi vaxtdan ən geci bir  gün  müddətində 

baxılmalıdır.  

44.3. Etiraz haqqında ərizəyə etiraz edilən vəzifəli şəxsin birbaşa rəhbəri və ya həmin 

izibati orqanın rəhbəri tərəfindən baxılır və müvafiq qərar qəbul edilir. İnzibati orqanın 

rəhbərinə  etiraz  haqqında  ərizəyə  müvafiq  nəzarət  orqanı  tərəfindən  baxılır  və  qərar 

qəbul edilir.  

44.4.  Kollegial  orqanın  üzvünə  etiraz  haqqında  ərizəyə  etiraz  edilən  vəzifəli  şəxsin 

iştirakı olmadan kollegial orqanın üzvləri tərəfindən baxılır və bu barədə səs çoxluğu ilə 

müvafiq qərar qəbul edilir. 44.5. İnzibati orqan etirazla bağlı qərar barədə maraqlı şəxsə 

bu Qanunla nəzərdə tutulmuş qaydada məlumat verməlidir.  

44.6.  Etirazla  bağlı  qərardan  bu  Qanunla  müəyyən  olunmuş  qaydada  şikayət  verilə 

bilər.  


Maddə 45. İnzibati icraatda sübutlar  

45.1.  İnzibati  orqan  işin  faktiki  hallarının  müəyyən  olunması  üçün  yararlı  və  zəruri 

hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır.  

45.2.  İnzibati  icraat  zamanı  inzibati  orqan  tərəfindən  aşağıdakı  sübutetmə 

vasitələrindən:  



Yüklə 212,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə