Microsoft Word \223X?rcl?rinin ucotunun \223Direkt-kostinq\224 v? \223Standart-kostinq\224. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35189
1   2   3   4   5   6   7   8   9   ...   26

 

14 

Hər  bir  konkret  müəssisədə  idarəetmənin  ehtiyaclarından  asılı  olaraq 

normativlər istehsal bölmələri, şöbələri və konkret əməliyyatlar üzrə detallaşdırılır. 

stehsal  normativləri  haqda  informasiyaların  ilkin  mənbəyi  marşrut-texnoloji 

xəritələrdir. 

Praktiki  olaraq  müəssisənin  bütün  idarə  xidmətlərində  normativ  (standart) 

xərclər  (“standart-kost”)  sisteminə  ehtiyac  duyulur.  Həmin  sistemlər  bunlardır: 

məs.,  ümumi  idarəetmə  xidməti  –  smeta  proqnozlaşdırılan  xərclər  və  zəruri 

resursları  müəyənləşdirmək  üçün;  marketinq  xidməti  –  məhsulların  qiymətini 

müəyyənləşdirmək üçün; istehsalat menecmenti – xərclər vastəsilə kənarlaşmaların 

səviyyəsinə nəzarət etmək üçün; mühasbat – satılmış məhsulların maya dəyərinin 

kalkulyasiyası, mal-material ehtiyatlarının qiymətləndirilməsi üçün. 

Təəssüflə qeyd etmək lazımdır ki, normativlərin nə cür olması barədə hələ də 

vahid  fikrə  rast  gəlinmir.  Odur  ki,  müxtəlif  şirkətlərdə  normativlərin 

müəyyənləşdirilməsində müxtəlif tiplər mövcuddur: 

1.

  “Baza” standartları. Belə standartlar “tarixi üsulla” müəyyənləşdirilir. Başqa 



sözlə, müəyyən dövr ərzində istehsal xərcləri haqda cəmləşən informasiyalar 

əsasında  məhsul  vahidinə  düşən  orta  hesabı  göstərici  tapılır.  Bu  metod 

özlüyündə keçmiş işin səmərəsizliyini gələcəyə ötürür. Baza standartları bir 

müddət  keçdikdən  sonra  köhnəlir  və  istehsalın  fəaliyyətdə  olan  səmərəli 

metodlarını  əks  etdirir.  Müvafiq  sürətdə  onlar  məhsulların  maya  dəyəri 

haqda  dəqiq  informasiyaları  tətmin  etmir.  Bu  üsul  yalnız  qiymət  indeksini 

hesablamaq üçün səmərə verə bilər; 

2.

  “Cari  standartlar”  müəyyən  vaxt  ddövrü  üçün  sərf  olunan  vəsaitlərin 



kəmiyyətini əks etdirir. Cari standartlar texniki şərtlərin dəyişməsindən asılı 

olaraq  onlara  daim  düzəliş  aparılmasını  tələb  edir.  Belə  standartları  baza 

standartlarına düzəliş etməklə əldə etmək lazımdır. 

3.

  “ deal” standartlar özündə istehsal xərclərinin elə ünsürlərini birləşdirir ki, 



belə  xərclər  istehsalın  optimal  şəraitdə  baş  qaldırır.  Belə  normativlər  işdə 

fasilələrə  və  dəzgahların  boş  dayanmasına  vaxt  saxlamır.  Onun  tətbiqinin 

başlıca  problemi  bundadır  ki,  ideal  standartlraa  qayıtmaq  sadəcə  olaraq 



 

15 

mümkün  deyildir.  Başqa  sözlə,  bu  standartlar  bölmələrin  menecerlərinin 

motivlərinə psixoloji cəhətdən təsir göstərir; 

4.

  “Real”  standartlar  dedikdə,  istehsalın  fəaliyyətinin  güman  olunan  şəraitdə 



gözlənilən normativ xərclər başa düşülür; 

5.

  “Əsaslandırılan” standartlar dedikdə, normal istehsal şəraitində ağılla hərə-



kət  etməklə  nail  olunan  normativ  xərclər  başa  düşülür.  Bu  standartlar 

xərclərin  bütün  gözlənilən  ünsürlərini  (itkilər,  zay  və  tullantılar  da  daxil 

edilməklə) nəzərdə tutur. Real standartlar nəzəri cəhətdən baş verəsi istehsal 

fəaliyyətinə  istinad  etmir.  Bu  vahid  normativdir  ki,  xərclərə  nəzarət  etmək 

üçün  çox  yüksək  məzmunlu  informasiya  verir.  stehsal  uçotu  sistemi  real 

normativləri  müəyyənləşdirməyə  və  tətbiq  etməyə  cəhd  göstərir.  Minlərlə 

Qərb  şirkətlərinin  təcrübəsi  göstərir  ki,  standartların  bu  növü  daha 

əlverişlidir. 

stehsalat 

bölmələrinin 

idarəetmə 

xidmətinin 

müxtəlif 

vasitələrlə 

qruplaşdırılan ən müxtəlif informasyalara ehtiyacı vardır. 

Normativ xərclərdən istifadə edən operativ idarəetmə uçotu sistemində uçotun 

və  gəlirlərin  müəyyənləşdirilməsinin  ənənənəvi  məqsədlərinə  nail  olunur.  Eyni 

zamanda,  müəssisənin  müxtəlif  menecerlərinin  müxtəlif  tələbatları  ödənilir.  Bu 

məqsəddlə  məlumat  fayllarının  təşkili  yolu  il  əvə  onları  sistkmli  şəkildə 

təsnifləşdirməkl  çatmaq  mümkündür.  Məlumatların  keçid  təsnifatı  idarəetmə 

qərarlarını çıxarmaq üçün praktik surətdə bütün ehtiyacları ödəməyə qabildir.  

Məlumtaların təsnifatı sisteminin istifadəsi və informasiyaların ötürülməsinin 

modul  metodu  məhsul  və  məhsul  qrupları  üzrə  satış  və  xalis  gəlir,  müştərilər  və 

satıcılar üzrə, bölgü və digər kateqoriyalı kanallar və menecerlərə zəruri olan digər 

məlumatlar əldə edilir. 

 

1.3.  stehsal xərclərinin müasir modellərinin mövcud vəziyyəti 

 

Müəssisələrin  fəaliyyətinin  maliyyə  nəticələri  və  məhsulların  maya  dəyəri 



haqda  etibarlı  göstəricilər  əld  etmək  üçün  ən  mühüm  amillərdən  birisi  istehsal 


 

16 

məsrəflərinin  tərkibinin  müəyyənləşdirilməsi  hesab  olunur.  Məsrəflərin  dəqiq 

təsnifatı isə uçotun təşkili və məhsulların maya dəyərinin düzgün hesablanmasının 

vacib şərtidir. 

stehsala  və  xidmətlərin  göstərilməsinə  çəkilən  xərclər  uçot  obyektləri  (baş 

verdiyi  yerlər)  və  maya  dəyərinin  kalkulyasiya  obyektləri  (daşıyıcıları)  üzrə 

formalaşdırılır.  

Baş verdikləri əsas yerlərə görə məsrəflərə aiddir: 

a)

  maddi sfera (xammal anbarları, köməkçi materialların anbarları); 



b)

  istehsal sferası (istehsal sexləri, layihələşdimə şöbəsi, təmir emalatxanası); 

c)

  idarəetmə sferası (müdriyyət, kadrlar şöbəsi, hüquq şöbəsi, maliyyə şöbəsi, 



mühasibat); 

d)

  məhsulların təchizatı (təchizat şöbəsi, reklam şöbəsi, bazarın tədqiqi şöbəsi, 



məhsulların göndərilməsi şöbəsi). 

Məsrəflərin baş vermə yerlərinə görə ayrılması istehsal xərclərinin təhlili üçün 

son  dərəcə  vacibdir.  Belə  ki,  məsrəflərin  artımı  ilə  müəssisənin  istehsal  gücünün 

yüklənmə dərəcəsinin dəyişilməsi arasındakı əlaqə məsrəflərin baş verdikləri yerdə 

daha dəqiq təzahür edir. 

Xərclərin  baş  verdiyi  yerlər  üzrə  bölgüsündə  bilavasitə  bazarda  satış  üçün 

nəzərdə  tutulan  məmulatlar  xüsusi  əhəmiyyətə  malikdir.  Onlar  xərclərin  baş 

verdiyi əsas yerlər (müxtəlif sexlər, istehsalatçılar, bölmələr və i.a.) adlanır. 

Xərclərin  baş  verdiyi  yerlər  əsas  yerlər  üçün  məhsullar  hazırlaryır  və  yaxud 

xidmətlər  göstərir  (məs.,  təmir  emalatxanası,  nəqliyyat  və  instrukmental  sahələr, 

müəssisənin enerji təchizatı və i.a.). 

Xərclərin  bölgüsü  prinsipi  müxtəlif  istehsaldaxili  və  təsərrüfat  fəaliyyətinin 

nəticələrini müəyyənləşdirməyə imkan verir.  

Kalkulyasiya  obyekti  və  yaxud  məsrəflərin  daşıyıcısı  dedikdə,  məhsulların 

növləri, yerinə yetirilən iş və xidmətlərin növləri başa düşülür. 

Təsərrüfatdaxili hesablamaları və nəzarəti təşkil etmək məqsədilə məsrəflərin 

uçotunu aşağıdakı əlamətlər üzrə qruplaşdırmaq olar: 

1.

  Məsrəflərin xarakterinə görə: 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə