Microsoft Word \223X?rcl?rinin ucotunun \223Direkt-kostinq\224 v? \223Standart-kostinq\224. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35189
1   2   3   4   5   6   7   8   9   ...   26

 

O,  məhsulların  və  xidmətlərin  keyfiyyətinin  yüksəldilməsinə  çəkilən  əlavə 

xərcləri  təcəssüm  etdirir.  Bəzi  sahələrdə  maya  dəyərinin  səviyyəsi  məhsuldarlıq-

dan,  kompleks  faydalı  əşyaların  götürülməsinin  toplanmasından,  əsas  texnoloji 

aqreqatlrın  istifadəsinin  texniki  əmsallarından  asılıdır.  Beləliklə,  istehsalın  idarə 

olunması  və  təşkilinin  keyfiyyətini  müəyyənləşdirən  əsas  səbəbləri  və  amilləri 

hərtərəfli xarakterizə edən əvəzolunmaz ümumiləşdirici göstəricidir. 

Kalkulyasiya hesablamalarında tətbiq olunan maya dəyərinin növləri (Direkt-

kostinq və standart-kostinq) kalkulyasiya uçotunun təşkilinə və metodikasına təsir 

göstərir.  Xərclərin  həcmindən  asılı  olaraq  maya  dəyəri  aşağıdakılara  bölünür: 

texnoloji  maya  dəyəri  və  tam  maya  dəyəri.  Texnoloji  maya  dəyəri  istehsalın  ilk 

sahələrindəki müstəqil istehsalat xərclərindən ibarətdir. 

darəetmə kalkulyasiya uçotunda ixtisar olunmuş istehsal maya dəyəri haqda 

informasiyalar  ümumiləşdirilir,  istehsal  maya  dəyəri  və  tam  maya  dəyəri 

hesablama yolu ilə formalaşdırılır. 

darəetmə  uçotunda  orta  normalar  üzrə  təklif  olunan  məhsul  həcminə  düşəsi 

istehsal  xərcləri  hesablanır;  normativ  maya  dəyəri  məhsulların,  iş  və  xidmətlərin 

vahidinə  düşən  cari  normalar  üzrə  xərclər,  faktiki  maya  dəyəri-müəyyən  hesabat 

dövrünə görə istehsal xərcləri haqqında kalkulyasiya uçotunun məlumatları üzrə. 

Lahiyə maya dəyərini ayrıca əks etdirmək lazımdır. Belə maya dəyəri məhsul 

istehsalı lahiələşdirilən zaman biznes-planlarda, güman olunan məhsul istehsalı və 

ya  proseslərin  səmərəliliyinə  qiymət  vermək  üçün  smeta-maliyyə  hesablamalarda 

müəyyənləşdirilir.  Layihə  maya  dəyərinin  idarəetmə  uçotunda  tətbiqi  imkanları 

məhduddur. 

Bu  baxımdan  və  yuxarıda  qeyd  olunanlardan  aydın  olur  ki,  magistr 

dissertasiya işinin mövzusu kifayət qədər aktualdır. 



Mövzunun  öyrənilmə  səviyyəsi.  stehsal  xərclərinin  uçotu  respublikada  və 

onun  hüdudlarından  kənarda  dərc  oluan  ədəbiyyatlarda  kifayət  qədər  geniş  şərh 

edilən və keçmiş sosialist təsərrüfat sistemi baxımından öyrənilmiş problemdir. Bu 

da  təbiidir,  çünki,  maya  dəyəri  məhsula  qiymət  qoyulmasında,  maliyyə 

nəticələrinin müəyyən edilməsində həlledici rola malikdir. 



 

Maya  dəyəri  elə  bir  sintetik  göstəricidir  ki,  onda  ayrı-ayrı  fiziki  və  hüquqi 

şəxslərin,  habelə  dövlətin  maraqları  kəsişir.  Ba  da  təsadüfi  deyildir  ki,  maya 

dəyərinə  daxil  edilən  xərclərin  tərkibi  hökümət  tərəfindən  müəyyənləşdirilmiş 

qaydada uçot və hesabatda əks etdirir. 

Bazar  iqtisadiyyatına  keçid,  müştərə  müəssisələrin  yaradılması,  xarici 

investisiyaların respublikaya cəlb olunması istehsal xərclərinin uçotu məsələsində 

kifayət qədər yeni məzmun və yeni mahiyyət gətirir. Tədqiq edilən problemin bəzi 

məsələləri  Azərbaycanda  bir  sıra  iqtisadı  alimlərin  (məs.,  A.Səlimov,  F.Quliyev, 

S.Səbzəliyev,  V.Quliyev,  Q.Abbasov,  S.Yaqubov,  Ə.Daşdəmirov,  H.Hacıyev  və 

s.) əsərlərində araşdırılmışdır. Aici ölkə alimlərindən həmin məsələ ilə V.Bezrukix, 

.Basmanov,  N.Kondrakov,  .Lamıkin,  A.Şeremet,  S.Polyakova  və  b.  məşğul 

olmuşlar.  

Deyilənlərə  baxmayaraq,  istehsal  xərclərinin  uçotunda  və  məhsulların  maya 

dəyərinin  kalkulyasiya  edilməsində,  onların  metodlarında  əsaslı  bir  dəyişiklik, 

yenilik hələ ki çox azdır. Mövcud qaydalar real bazar münasibətlərinin tələblərinə 

cavab  vermir  və  beynəlxalq  standartlara  uyğun  deyildir.  Ona  görə  də,  bu  sahədə 

elmi-tədqiqat işlərinin aparılması vacib və zəruridir. 



Tədqiqatın  məqsəd  və  vəzifələri.  Magistr  dissertasiya  işinin  başlıca  məqsədi 

stehsal  xərclərinin  uçotunun  aparılmasının  mövcud  qaydalarını  öyrənmək  və 

tənqidi  araşdırmalar  əsasında  onların  daha  da  təkmilləşdirilməsi,  beynəlxalq 

standartlara  uyğunlaşdırılması  istiqamətlərini  şərh  etməkdir.  Bu  məqsədə  uyğun 

olaraq dissertasiya işində aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur: 

-

 



müvafiq  maddələr  üzrə  faktik  istehsal  xərclərinin  öz  vaxtında  və  düzgün 

əks etdirilməsi yollarını göstərmək; 

-

 

istehsalat resurslarından istifadəyə operativ nəzarəti həyata keçirmək üçün 



zəruri sayılan informasiyaları sadalamaq; 

-

 



məhsulun  maya  dəyərinin  səviyyəsinə təsir  edən  amilləri  aşkara  çıxarmaq 

və konkretləşdirmək; 

-

 

müəssisənin  struktur  bölmələri  üzrə  istehsaldaxili  təsərrüfat  hesabının 



nəticələrini müəyyənləşdirməyin konkret yollarını aşkara çıxarmaq; 


 

-

 



istehal xərclərinin və məhsulun maya dəyərinin iqtisadi məzmununu açıq-

lamaq,  xərclərin  tərkibini  dəqiqləşdirmək,  onların  təsnifatının  mövcud 

vəziyyətini öyrənmək, təkmilləşdirilməsi barədə təkliflər vermək; 

-

 



istehsala  sərf  edilən  müstəqim  və  qeyri-müstəqim,  sabit  və  dəyişən  xərc-

lərin  uçotun,  həmçinin  məhsulun  maya  dəyərinə  daxil  edilməsi  üsulunu 

öyrənmək və onların təkmilləşdirilməsi barədə tövsiyyələr vermək; 

-

 



xərclərin uçotunun “direkt-kostinq” və “standart-kost” sistemlərinə keçiril-

məsinin  və  həmin  sistemlərin  Azərbaycanda  tətbiq  edilməsi  imkanlarını 

nəzərdən keçirmək; 

-

 

xərclərin  beynəlxalq  praktikada  qəbul  edilmiş  qaydada  təsnifatını 

araşdırmaq və təsnifata münasibət bildirmək və i.a. 

Tədqiqatın  metodu.  Dissertasiya  işinin  nəzəri  və  metodoloi  əsaslarını 

“Azərbaycan  Respublikasının  müəssisələri  haqqında  Qanun”  (1994-cü  il), 

“Mühasibat  uçotu  haqqında  Qanun”  (2004-cü  il),  Milli  Mühasibat  Ucotu 

Standartları və digər normativ-hüquqi sənədlərin müddəaları təşkil edir. 

Magistr disertasiyası yazılan zaman iqtisadi nəzəriyyə, mühasibat uçotu, audit, 

statistika,  iqtisadi  təhlil  üzrə  mövcud  ədəbiyyatdan,  monoqrafiyalardan,  bir  sıra 

tanınmış  xarici  ölkə  alimlərinin,  Azərbaycanın  bir  sıra  iqtisadçı-mühasiblərinin 

əsərlərindən istifadə edilmişdir. 



Tədqiqat  işinin  elmi  yeniliyi.  Tədqiqat  işinin  gedişində  istehsal  xərclərinin 

uçotu metodologiyasında bazar iqtisadiyyatının tələblərinə uyğun olmayan bir sıra 

cəhətlər  aşkar  edilmiş  və  onların  aradan    qaldırılmasına  dair  elmi-mmetodoloji 

xarakterli  bir  sıra  təkliflər  irəli  sürülmüşdür.  Belə  ki,  işdə  bazar  iqtisadiyytı 

şəraitində  mühasibat  uçotunun  beynəlxalq  standartlarının  tələblərinə  uyğun  gələn 

xərc ünsürləri üzrə yeni nomenklatura tövsiyyə olunmuş, məhsulun maya dəyərinə 

daxil edilən  xərclərin ayrıca hesabda, uçota alınması və xərclərin uçotunun həmin 

hesabda aparılması qaydaları üzrə təkliflər verilmişdir. 



Tədqiqat  işnin  praktik  əhəmiyyəti.  Magistr  dissertasiyasında  irəli  sürülən 

təkliflərin və tövsiyyələrin praktik əhəmiyyəti onunla izah olunur ki, həmin təklif 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə