Microsoft Word \223X?rcl?rinin ucotunun \223Direkt-kostinq\224 v? \223Standart-kostinq\224. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35189
1   2   3   4   5   6   7   8   9   10   ...   26

 

21 

Bir ünsürlü xərclər müəssisədə müəyən tərkib hissələrinə bölünəbilməz (məs., 

məhsul  stehsalı  üçün  əsas  və  köməkçi  materiallar,  əsas  istehsal  heyətinin  əmək 

haqqı və i.a.). 

Kompleks  məsrəflər  bir  neçə  iqtisadi  ünsürdən  ibarət  olur  (məs., 

ümumistehsalat və ümumtəsərrüfat xərcləri). 

Həyata  keçirilmə  sferasına  görə  istehsal  və  qeyri-istehsal  xərclərini  bir-

birindən fərqləndirirlər. 

Məhsul  (iş  və  xidmətlər)  istehsalı  prosesi  ilə  əlaqədar  olan  bütün  xərclər 

istehsal xərclərinə aid edilir.  

Qeyri-istehsal və yaxud kommmersiya xərcləri məhsul satışı ilə əlaqədardır. 

stifadəsinin məqsədəuyğunluğuna görə xərclər məhsuldar və qeyri-məhsuldar 

xərclərə bölünür. 

Lazımi  keyfiyyətli  məhsul  istehsalına  çəkilən  və  həmin  istehsal  üçün 

məqsədəuyğun sayılan xərclər məhsuldar xərclərə aid olunur. 

stehsalın  texnologiyasında  və  təşkilində  çatışmamazlıqlarla  əlaqədar  xərclər 

(istehsalda  zay,  boşdayanmaların  və  s.  ödənməsi)  qeyri-məhsuldar  xərclər 

deməkdir. 

Bah vermə vaxtından və istehsala silinmə müddətindən asılı olaraq məsrəflər 

cari dövrün və gələcək dövrlərin xərclərinə bölünür. 

Həmin  ddövün  məhsullarının  istehsalı  və  satışı  ilə  əlaqədar,  habelə  ehtyiat 

kimi  yaradılan  xərclərin  plan  və  hesabat  dövrünün  məhsullarının  maya  dəyərinə 

daxil  ediln  hissəsi  (məs.,  çoxillik  xidmətlərinə  görə  mükafat  və  i.a.)  xərclər  cari 

dövrün xərcləri deməkdir. 

Planlaşdırılan  və  hesabat  dövründə  baş  verən,  lakin  məhsulların  konkret 

növlərinin  maya  dəyərinə  aid  ediləsi  xərclər  (əvvəlcədən  müəyyənləşdirilən 

ölçüdə) normativ müddət ərzində (yeni istehsalın hazırlanması və mənimsənilməsi 

xərcləri) ələcək dövrlərin məsrəfləri deməkdir. 

Məsrəflərin  cari  və  birdəfəlik  məsrəflərə  blünməsi  məhsulların  maya 

dəyərinin hər ay hesablanması üçün çox böyük əhəmiyyətə malikdir. 

Daima həyata keçirilən xərclər cari xərclərdir. 



 

22 

Yalnı bir dəfə və yaxud dövri həyata keçirilən xərclər birdəfəlik xərclərdir. 

Göstərdimiz  nomenklatura  müəssisə  və  təşkilatlar  tərəfindən  istehsalın 

konkret  spesifikasından,  məsrəflərin  tərkibinin  sahə  xüsusiyətlərindən  və 

məhsulları  əsaslandırılmış  şəkildə  kalkulyasiya  etmək  üçün  prinsipial  əhəmiyyət 

kəsb edən digər amillərdən asılı olaraq dəqiqləşdirilməlidir. Eyni zamanda, belə bir 

bölgü müəssisənin uçot siyasəti ilə möhkəmləndirilməlidir. 

Məhsul  istehsalına  məsrəflərin  uçotu  bütün  təsərrüfat  əməliyyatlarının  əks 

olunmasının  tamlığına,  xərclərin  və  gəlirlərin  hesabat  dövrləri  üzrə  düzgün  əks 

etdirilməsinə, məsrəflərin istehsal və kapital qoyuluşları arasında bölüşdürülməsinə 

istinad edir. 

 

 

 

 

1.4.  stehsal xərclərinin uçotunun beynəlxalq standartlara  

uyğunlaşdırılması 

 

Maliyyə  hesabatlarının  beynəlalq  standartlarına  uyğun  olaraq  müəssisənin 



məsrəfləri dedikdə, aktivlərin (pul vəsaitlərinin və digər əmlakın) çıxması və yaxud 

həmin  müəssisənin  kapitalının  azalmasına  gətirib  çıxaran  öhdəliklərin  meydana 

çıxması  nəticəsində  iqtisadi  xeyirin  azalması  başa  düşülür  (iştirakçıların  qərarı 

əsasında qoyuluşların azalması istisna olmaqla). 

Aşağıdakı aktivlərin çıxdaş edilməsi müəssisənin xərcləri hesab olunur: 

a)

  dövriyyədən  kənar  aktivlərin  satın  alınması  (yaradılması)  ilə  əlaqədar 



xərclər (əsas vəsaitlər, bitməmiş istehsal, qeyri-maddi aktivlər və i.a.); 

b)

  digər  təşkilatların  nizamnamə  kapitalına  qoyuluşlar,  səhmdar 



cəmiyyətlərinin  səhmlərinin  və  digər  qiymətli  kağızların  satın  alınması 

xərcləri (yenidən satmamaq məqsədilə); 




 

23 

c)

  abadlaşdırmaq  fəaliyyəti  ilə  əlaqədar  vəsaitlərin  (üzvlük  haqqları, 



ödənişlər  və  i.a.)  görülməsi,  idman  tədbirlərinin,  əyləncələrin,  mədəni-

maarif xarakteri və digər tədbirlərin həyata keçirilməsi xərcləri; 

d)

  komisyon  müqavilələri,  komitetin,  prinsipialın  və  xeyrinə  agent 



müqaviləsi xərcləri; 

e)

  material-istehsal  ehtiyatlarının  və  digər  sərvətlərin,  iş  və  xidmətlərin 



qabaqcadan ödənilməsi xərcləri; 

f)

  material-istehsal ehtiyatlarının, iş və ximətlərin avans şəklində ödənilməsi 



xərcləri; 

g)

  müəssisənin aldığı kreditlərin və borcların ödənilməsi xərcləri. 



Müəssisənin xərcləri xarakterindən, həyata keçirilməsi şərtlərindən və fəaliyət 

istiqamətindən asılı olaraq aşağıdakılara bölünür: 

a)

  fəaliyyətin adi növlərinə çəkilən xərclərin; 



b)

  digər xərclər. 

Fəaliyyətin  adi  növlərinə  çəkilən  xərclərdən  fərqli  olan  xərclər  sair  xərclər 

hesab olunur. 

Sair xərclər özlüyündə aşağıdakıları birləşdirir: 

a)

  əməliyyat xərcləri 



b)

  satışdankənar xərclər; 

c)

  fövqəladə xərclər. 



Fəaliyyətin adi növləri üzrə xərclərə aiddir: 

a)

  məhsulların hazırlanması və satışı ilə əlaqədar xərclər; 



b)

  malların satın alınması və satıması ilə əlaqədar xərclər; 

c)

  işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar xərclər; 



d)

  idarə müqaviləsi əsasında öz aktivlərin müvəqqəti istifadə üçün müəyyən 

haqq müqabilində verilməsi xərcləri; 

e)

  digər  təşkilatların  nizamnamə  kapitalında  iştirakla  əlaqədar  xərlər  (əgər 



həmin xərclər təşkilatın fəaliyyəti ilə əlaqədardırsa); 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə