Microsoft Word \223X?rcl?rinin ucotunun \223Direkt-kostinq\224 v? \223Standart-kostinq\224. doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35189
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

 

43

haqqında  informasiyalar  lazım  gəlir.  Deməli,  indi  belə  fikirləşmək  olar  ki,  necə 

bölüşdürülməlidir.  Sadalanan  məsələlərin  həlli  hüququnu  müəssisələrə  vermək 

məqsədə uyğundur. 

Son  illərdə  Azərbaycanın  dünya  ölkələri  ilə  inteqrasiya  prosesi 

genişlənməkdədir. Buna görə də, biz idarəetmə nəzəriyyəsi və praktikaı sahəsində 

yeni metodları mənimsəməyə cəhd göstərməliyik. 

 

 



2.4. Xərclərin uçotunun “Direkt-kostinq” sisteminin respublika  

əssisələrində tətbiqi imkanları 

 

Bəzi  uçot  mütəxəssisləri  belə  hesab  edirlər  ki,  əsası  sayılan  “direkt-kostinq” 



sistemi  idarəetmə  uçotunun  və  yaxud  kontrollinq  haqqında  danışmaq  hələ  tezdir. 

Biz bu fikirlə razılaşa bilmərik. 

Hər  şeydən  əvvəl  iqtisadi  inkişafın  müasir  mərhələsində  uçot-iqtisadi 

təfəkkürün evolvasiyasının istiqamətlərini öyrənmək lazımdır. Bu uçot ideyalarının 

öyrənilməsi kimi çox mühümdür. Nəyisə dərindən öyrənmək həmkarlarını özünün 

erudisiyası ilə təccübləndirmək məqsədi daşımalıdır. Öyrənməyin başlıca məqsədi 

bizim  fikrimizcə,  qərb  idarəetmə  uçotunu  bizim  ölkənin  uçot  praktikasına 

“köçürən”  zaman  növbəti  səhvlərə  yol  verməməkdir.  Qərbdəki  idlarəetmə 

sistemilərinin  və  sktodlarının  inkişafı  meyllərini  öyrənmək,  bizim  mütəxəssislər 

respublikada  təşəkkül  tapan  uçotun  metodlarına  əsaslanmaqla  artıq  bu  gün  real 

bazar  şəraitində  sahibkarlığın  qarşısında  duran  vəzifləri  dərk  etməlidir.  Bir  daha 

təkrar edirik ki, respublikada mövcud olan uçot-analitik məktəbin təcrübəsindən və 

zəngin potensialından maksimum istifadə olunmalıdır. 

Qarşıda  duran  vəzifələrdən  birisi  müəssisələrin  bazar  şəraitində  idarə 

olunması  ilə  əlaqədar  respublikada  təşəkkül  tapan  nəzəriyyə  və  praktik  təcrübəyə 

istinad edilməlidirö belə bir nəzəriyyə və praktik təcrübə bizdə kifayət qədərdir. 

“Direkt-kostinq”  sisteminin  formalaşması  konsepsiyasının  digər  vəzifəsi 

bizim fikrimizcə məsrəflər haqqında informasiya əldə olunmasının qeyri-ənənənəvi 




 

44

metodlarının  mənimsənilməsi  hesab  olunur.  Eyni  zamanda,  maya  dəyərinin 

kalkulyasiyasına,  maliyyə  nəticələrinin  hesablanılmasına,  habelə  idarəetmə 

qərarlarının qəbulunda təhlil və nəzarətə yeni qaydada yanaşılmalıdır. 

Daha  bir  mühüm  vəzifə  bizim  üçün  qiymətli  sayılan  qərb  metodlarının 

mənimsənilməsidir. 

Məhsulların (iş və xidmətlərin) maya dəyərinin kalkulyasiyasına yeni qaydada 

yanaşma  problemlərinin  həlli  idarəetmə  uçotunun  qarşısında  duran  ən  mühüm 

vəzifələrdəndir.  Bu  məsələnin  isə  vergi  qanunvericiliyi,  xüsusən  də,  mühasibat 

uçotunun  metodolojiyası  ilə  birbaşa  əlaqəsi  var.  Qeyd  etmək  istəyiri  ki, 

respublikada  2001-ci  il  yanvar  ayının  1-dən  etibarən  yeni  vergi  qanunvericiliyi 

qüvvədədir. 

darəetmə uçotu dedikdə, məsrəflər və təsərrüfat fəaliyyətinin nəticələri haqda 

məlumatların  uçotu,  planlaşdırılması  nəzarəti  və  təhlili  sistemi  başa  düşülür.  Bu 

sistem əsasında müəssisənin fəaliyyətinin maliyyə nəticələrinin optimallaşdırılması 

məqsədilə müxtəlif idarəetmə qərarları qəbul olunur. 

darəetmə  uçotu,  o  cümlədən  “direkt-kostinq”  sisteminin  bəzi  ünsürləri  artıq 

respublika  uçotunun  nəzəriyyəsində  və  praktikasında  özünün  tətbiqini 

tapmaqdadır. Digər ünsürləri isə mənimsəmək və Rusiya şəraitinə uyğunlaşdırmaq 

üçün    çox  işlər  görmək  lazımdır.  Respublikanın  uçot  nəzəriyyəsində  və 

praktikasında  aşağıdakılar  mövcuddur:  məsrəflərin  növləri  (müxtəlif  qruplarda), 

məsuliyyət  mərkəzləri;  kalkulyasiya  obyektləri;  normativ  uçotu;  daxili  təsərrüfat 

hesabı;  təhlil,  nəzarət  və  lanlaşma  sistemi.  Buna  görə  də  biz  desək  ki,  idarəetmə 

uçotu ilə tanış deyilik, onda səhv etmiş olarıq. 

Vahid  məqsədə  çatmaq  üçün  həmin  sistemin  bütün  ünsürlərinin 

məcmusundan istifadə etmək isə tamamilə başqa məsələdir. Cəsarətlə demək olar 

ki,  bazar  münasibətləri  şəraitində  idarəetmə  uçotunun  vahid  idarəetmə  metodları 

ilə  inteqrasiya  prosesi  gedir.  Belə  bir  inteqrasiya  iqtisadiyyatın  mərkəzləşdirilmiş 

şəraitində heç də səmərəli deyildir. 



 

45

darəetmənin  bəzi  sistemləri,  məs.,  “direkt-kostinq”  (idarəetmə  uçotunun 

yarımsistemi  kimi),  habelə  onun  uçot  və  analitik  və  idarəetmə  imkanları  bizim 

üçün yenilikdir.  

Beləliklə,  Azərbaycanda  idarətetmə  uçotunun,  o  cümlədən  “direkt-kostinq” 

sisteminin  təşəkkül  tapmasının  ən  mühüm  istiqamətlərindən  birisi  respublikada 

uzun  illər  ərzində  formalaşan  uçot-analitik  məktəbin  zəngin  təcrübəsindən 

yaradıcılıqla  istifadə  etmək,  digər  tərəfdən  idarəetmə  uçotunun  qərb  metodunu 

mənimsəmək və tətbiq etmək hesab olunur. 

“Direkt-kostinq” sisteminin tətbiqi üçün digər şərt respublikada qüvvədə olan 

qanunvericilik    aktlarının  həmin  sistemin  tələblərinə  cavab  verməsidir. 

Respublikada  Maliyyə  Nazirliyi  tərəfindən  uçot  və  hesabata  dair  hazırlanılan 

normativ aktların bir qismindən həmin sistemi tətbiq etmək üçün baza kimi istifadə 

etmək olar. Lakin vergi üzrə müvafiq qanunvericilik aktının bəzi maddələri bu işə 

xeyli əngəllər törədir. 

Biz  belə  hesab  edirik  ki,  müasir  şəraitdə  mühasibat  uçotunu  qanunvericilik 

qaydasında  iki  muxtar  yarımsistemə  –  idarəetmə  və  maliyyə  uçotuna  bölünməsi 

zərurəti  meydana  çıxmışdır.  Hər  iki  yarımsistemin  həllini  bizdə  mövcud  olan 

inteqrasiya sistemi vasitəsilə müvəffəqiyyətlə həll etmək mümkündür. Zənnimizcə, 

kalkulyasiyanın mövcud metodlarını bazar iqtisadiyyatı şəraitində meydana çıxan 

yeni  metodlarla  tamamlamaq  məqsədə  uyğundur.  Bu  metodu  qanunvericilik  yolu 

ilə  möhkəmləndirmək  ön  plana  çəkilməlidir.  Beləliklə,  biz  belə  hesab  edirik  ki, 

həmin  istiqamətdə  başlıca  vəzifə  bütün  müəssiələrdə  idarəemə  uçotunu  vahid 

sistem  şəklində  (onun  başlıca  ünsürləri  əsasında)  əlaqələndirilməsinə  ləngimədən 

başlamaq  hesab  olunur.  Bazar  münasibətləri  qəti  surətdə  idarəetmə  uçotunun 

tətbiqinin zəruriliyinə önəm verir. 

Yaddan  çıxarmaq  olmaz  ki,  “idarəetmə”  sözü,  “idarəetmə  uçotu”  ilə 

müqayisədə  daha  əhəmiyyətlidir.  Ona  görə  də,  idarəetmə  uçotu  problemini 

araşdıran  zaman  təkcə  mühasibat  uçotu  ilə  məhdudlaşdırmaq  olmaz.  Problem 

olduqca  genişdir:  idarətetmə  uçotunda  iqtisadi  təhlil,  nəzarət,  planlaşma  və 

müəssisənin idarə olunması, müəssiənin iqtisadiyyatı, riyazi üsullar, statistika kimi 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə