Microsoft Word 10 Con eia mit Mon Final az



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51147
1   ...   26   27   28   29   30   31   32   33   34

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/65 

Yekun variant 

konsentrasiyaları,  əsasən, güclü küləkli havada yaranan dalğaların təsiri altında dayaz fəal 

zonada da baş verə bilər. 

 

Ensiz körpülərin tikilməsi nəticəsində yaranan dalğa bucağından asılı olaraq bəzi yerli 



sığınacaqların yaranması və dalğaların cəmlənməsi baş verə bilər. Üstünlük təşkil edən şimal 

küləkləri ilə  əlaqədar ensiz körpülərdən qərbdə daha tez-tez sığınacaq axtarılacağı 

mümkündür. Lokallaşmış  sığınacaq yaranması morfoloji dəyişikliklərə  və ensiz körpülərin 

birbaşa qonşuluğunda sahil xətti profilində tənzimləmələrə səbəb ola bilər.  

 

Ensiz körpülərin tikintisi, adətən, zəif olan və  əsasən, sahil boyunca paralel baş verən 



cərəyanlar üçün sədd yaradacaq və onun konstruksiyası dənizdəki su cərəyanlarını körpülərin 

ucuna doğru yayındıracaq. Axınların ayrı-ayrı yerlərdə sürətlənməsi baş verə bilər və 

konstruksiyanın yaratdığı məskunlaşma yerində axınların daha zəif dəyişməsi gözlənilir. 

 

Ensiz körpülərin istifadədən çıxarılması körpü materiallarının suya dağılması  və dib 



çöküntülərinin təkrar su üzünə  çıxması ilə bağlı su üzünə  çıxmış çöküntülərin müvəqqəti 

artması ilə  nəticələnəcək. Bunun lokallaşması  və  qısa müddət  ərzində baş verməsi ehtimal 

olunur.  

 

Sahil yaxınlığında boru kəmərinin quraşdırılması işləri 

 

Xəndək qazılması nəticəsində dəniz dibində pozulma əmələ gəlməsi ilə bağlı çöküntülər üzə 



çıxacaq. Ümumiyyətlə, bu prosedura uyğun olaraq yüksək miqdarda suyun üzünə  çıxmış 

çöküntü konsentrasiyası fiziki narahatlıq və/və ya çöküntülərin çıxarılması  və tökülməsi 

nəticəsində yaranacaq. İstifadə edilən mexanizmlərdən asılı olaraq, xəndəyin qazılması 

əməliyyatlarında daşma və sıçrama da üzə çıxan çöküntülərin yüksək səviyyəsinə səbəb ola 

bilər. Buna görə də, xəndəyin qazılması əməliyyatları zamanı Körfəzdə suyun bulanıqlığının 

artması nəticəsində bentik məskunlaşma sahəsi də dolayı təsirə məruz qala bilər.  

 

AÇG Faza 1 və Faza 2 işləri zamanı  xəndək qazılması  əməliyyatlarının monitorinqi 



aparılmışdır. Tədqiqatların nəticələri xəndək qazma əməliyyatlarından suyun bulanması 

şleyfinin iki gün müşahidə edilməsi nəticəsində bu şleyfin sahəsinin təxminən 0.3km

2

 olduğu 


ehtimal edilmişdir. Müqayisə üçün, Səngəçal körfəzinin yarımadanın ucundan cənuba 

ölçülmüş və şimalda Sahil limanının cəmi sahəsi təxminən 35 km

2

 təşkil edir. Nəzərəçarpan 



dərəcədə artmış burulğanlı sahə, adətən, xəndəkqazma işləri aparılan sahədən 100 – 300 

metr məsafəyə yayılacaq. Axın istiqamətində  şleyf  ətrafa yayılacaq. Bu tədqiqat ancaq 

məhdud nümunəni təmsil etsə də, ŞD2 Layihəsi üçün planlaşdırılmış xəndəkqazma işlərinin 

oxşar təbiətini və miqyasını  nəzərə alsaq, müşahidə edilmiş  şleyflərin lokallaşmış  təsiri orta 

səviyyə kimi qəbul edilmişdir.  

 

Cədvəl 10.45 və 10.46-da “Orta vəziyyət miqyası”nı əks etdirən ensiz körpü üçün 8 qiymətinin 



və sahilyanı xəndək qazılmasına 6 qiymətinin təyin olunması əsaslandırılır. 

 

Cədvəl 10.45 Hadisənin miqyası (ensiz pirs) 

 

Parametr 

İzahat 

Dərəcə 

Miqyas/ 

Dərəcə 

Sahilyanı axın qaydasının pozulması aşağıya doğru yayılan eroziya və yuxarıya 

doğru artma 50 hektardan az olan ümumi sahədə çimərliyin vəziyyətinə təsir edəcək. 



Tezlik 

Davamlı 



Müddət 

Ensiz pirslərin qoyulduğu müddət ərzində (~2 il ehtimal olunur) 



İntensivlik 

Sahil xəttinin morfologiyasının və çimərlik profillərinin vaxt keçdikcə tənzimlənməsi ilə 

aşağı intensivlik 



Cəmi 



 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/66 

Yekun variant 



Cədvəl 10.46 Hadisənin miqyası (sahilyanı xəndək qazılması) 

 

Parametr 



İzahat 

Dərəcə 

Miqyas/ 

Dərəcə 

Sahil yaxınlığında təsir yüksək səviyyədə üzə çıxmış çöküntülər və dəniz dibinin 50 

hektardan az ərazidə birbaşa dağılması 



Tezlik 

Dörd boru kəmərinin hər biri üçün xəndək qazmaq tələb olunur 



Müddət 

Hər boru kəməri üçün bir aya qədər vaxt təxmin edilir. 



İntensivlik 

Xəndəkqazma işlərinin təsirinin bundan əvvəlki monitorinqi aşağı intensivlik təsirlərini 

nümayiş etdirmişdir. 



Cəmi 

 

 



 

10.9.2.2 Reseptorun 

həssaslığı 

 

ŞD2 magistral sualtı boru kəməri dəhlizi daxilində  və qonşuluqda mövcud olan reseptorlar 



yerli sahil suları üçün adi haldır. Səngəçal körfəzi dayaz su mühiti olub, müntəzəm olaraq 

dalğaların hərəkətinin təsirinə məruz qalır və bioloji icmalar müntəzəm əmələ gələn burulğan 

şəraitinə uyğunlaşmışdır. Dalğaların təsiri ilə qopmuş  dəniz yosunları tez-tez sahil xəttində 

müşahidə edilir və  dəniz yosunu yataqları ensiz körpünün quraşdırılmasından və ya boru 

kəməri üçün xəndəklərin qazılmasından daha çox olan təbii gərginliyin qarşısını almağa 

qabildir. Dəniz yosununun regenerasiya və  məskunlaşma imkanı bu bitkinin 20-ci əsrin 

sonlarında dəniz səviyyəsinin artmasına reaksiyasına uyğun şəkildə təsvir edilmişdir. Hazırda 

dəniz yosununun bol olduğu sahələrin əksəriyyəti 1980-ci illərdə quru sahil xətti idi və suyun 

səviyyəsi artdıqca dəniz yosunu yeni sahəni sürətlə tutmağa başlamışdı. Körfəzdə mövcud 

olan bentik icma yerli sahilyanı sular üçün tipikdir; az sayda yerli növlərdən ibarətdir, lakin 

burada bir sıra xarici və  təcavüzkar növlər də  məskunlaşmışdır. Körfəzdə müntəzəm 

tədqiqatlar dəniz yosununun və ya bentik onurğasızların boru kəmərinin quraşdırılmasından 

daimi mənfi təsirə məruz qalmadığını göstərdi. 

 

Cədvəl 10.47-də “Aşağı reseptor həssaslığı”nı  əks etdirən 2 qiymətinin təyin olunması 



əsaslandırılır. 

 

Cədvəl 10.47 Reseptorların həssaslığı 

 

Parametr 

İzahat 

Dərəcə 

Mövcudluq 

Boru kəməri daxilində mövcud olan reseptorlar Səngəçal körfəzi və qonşu sahil 

suları üçün adi haldır. Nadir və ya həssas dəniz növləri mövcud deyil. 



Xarici 



təsirlərə 

dözümlülük 

Körfəz daxilində bioloji icmalar əvvəlki boru kəmərlərinin quraşdırılmasından uzun 

müddət təsirə məruz qalmamışdır və dözümlü hesab olunur. 

 



 

 



10.9.2.3 Təsirin dərəcəsi 

 

Cədvəl 10.48-də ensiz bermaların və sahilyanı boru kəməri xəndəklərinin mövcudluğu ilə 



əlaqədar sahil mühitinə dəyən təsirlərin xülasəsi verilir.  

 

Cədvəl 10.48 Təsirin dərəcəsi 

 

Hadisə 

Hadisənin 

miqyası 

Reseptorun 

həssaslığı 

Təsirin dərəcəsi 

Ensiz bermaların tikintisi 

Orta 

Aşağı 


Az mənfi 

Sahil yaxınlığında boru kəmərinin 

çəkilməsi işləri 

Orta Aşağı 



Az mənfi 


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə