Microsoft Word 10 Con eia mit Mon Final az



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51147
1   ...   26   27   28   29   30   31   32   33   34

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/63 

Yekun variant 



Cədvəl 10.43 Reseptorların həssaslığı 

 

Parametr 



İzahat 

Dərəcə 

Xarici təsirlərə 

dözümlülük 

Suyun altında payaların torpağa yeridilməsi və boru kəmərinin çəkilməsi və sualtı 

infrastrukturun quraşdırılması zamanı növlərin müvəqqəti təsirə  məruz qalması 

mümkündür, lakin bu təsir qısa müddətli və məhdud olacaq. Ekoloji funksionallıq 

saxlanacaq. 



Mövcudluq 

ŞD Müqavilə Sahəsində  məhdud vaxt müddəti  ərzində  həm balıq, həm də 

suitilərin olması mümkündür. Bununla belə, bu növlər tərəfindən yalnız  ŞD 

Müqavilə Sahəsi  müstəsna şəkildə istifadə edilmir. 



Cəmi 





 

 

10.8.5.3 Təsirin dərəcəsi 

 

Cədvəl 10.44-də dayaq bloku və sualtı  təhlükəsizlik klapanı özülləri üçün payaların torpağa 



yeridilməsinin və gəmilərin hərəkətlərinin suiti və balıqlara təsirinin xülasəsini verilir. 

 

Cədvəl 10.44 Təsirin dərəcəsi 

 

Hadisə 

Hadisənin 

miqyası 

Reseptorun 

həssaslığı 

Təsirin dərəcəsi 

Dayaq bloku və sualtı təhlükəsizlik 

klapanının bünövrəsi üçün payaların 

yeridilməsi 

Orta 

(Bioloji / Ekoloji) 



aşağı 

Cüzi mənfi 

Sahil yaxınlığında və dənizdə boru 

kəmərinin çəkilməsi 

Yüksək 


(Bioloji / Ekoloji) 

aşağı 



Orta mənfi 

Sualtı infrastrukturun quraşdırılması Orta 

(Bioloji / Ekoloji) 

aşağı 


Cüzi mənfi 

 

Hesab olunur ki, təsirlər yuxarıdakı mövcud nəzarət tədbirlərinin həyata keçirilməsi vasitəsilə 



praktiki baxımdan mümkün və zəruri olduğu qədər minimuma endirilir (Bölmə 10.81-ə istinad 

edin) və əlavə heç bir təsirazaldıcı tədbir tələb olunmur. 

 

10.9 Sahil yaxınlığı/Sahil mühitinə təsirlər 

 

Bu bölmədə tikinti işlərindən və iki ensiz körpünün və sahil yaxınlığında boru kəmərinin 



quraşdırılması işlərindən sahil yaxınlığı/sahil mühitinə mümkün təsirlər qiymətləndirilir. 

 

10.9.1 Təsirin azaldılması 



 

Sahil yaxınlığı/sahil mühitində  təsirlərlə bağlı mövcud idarəetmə  tədbirlərinə  aşağıdakılar 

daxildir: 

 

 



ŞD2 boru kəməri dəhlizinin sahilyanı ərazidə ilkin tədqiqatı başa çatdırılmışdır; 

 

Gəmilər və avadanlıq müntəzəm şəkildə baxışdan keçiriləcək, baxış zamanı ətraf mühit 



göstəriciləri də yoxlanılacaq

13

 və 



 

Xəndək qazma avadanlığında istifadə edilən hidravlik mayelər arasında ətraf mühitə ən 

az təsir edən mayenin seçilməsini təşviq edən proses təşkil edilmişdir. 

 

                                                      



13

 Ətraf mühitin mühafizəsi ilə əlaqədar fəaliyyətin yoxlanmasının həcminə aşağıdakılar daxil ediləcəyi, lakin bunlarla 

məhdudlaşmayacağı gözlənilir: enerjinin səmərəliliyi və dizel yanacağından istifadə, istifadə olunan dizeldə kükürdün 

miqdarı, ballast suyunun idarə olunması, tullantının idarə olunması, çirkab sularının təmizləmə qurğusunun istismarı 

və göyərtə suyunun idarə olunması. 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/64 

Yekun variant 



10.9.2 Sahil 

yaxınlığında boru kəmərinin çəkilməsi 

 

10.9.2.1 Hadisənin miqyası 

 

Təsviri 

 

Ensiz pirs 

 

Fəsil 5 Bölmə 5.8.3.2-də müzakirə edildiyi kimi, 4-5 m enində iki ensiz körpünün (özül hissəsi 



10 m) tikintisi gözlənilir və körpü suyun dərinliyi təxminən 3 m olan ərazidə təxminən 145 m 

uzanır. Bermalar qatışıq materiallardan tikiləcək və onların iki ilə yaxın bu sahədə qalması 

gözlənilir, sonra isə onlar söküləcək və ərazi bərpa ediləcək.  

 

Sahil yaxınlığında boru kəmərinin quraşdırılması işləri 

 

Sahil yaxınlığında  ŞD2 magistral boru kəmərinin və boru kəmərinin çəkilməsi üçün sahil 



xəttindən suyun dərinliyi 3 metrə çatan nöqtəyə  qədər ensiz pirsin hər iki yanında 

ekskavatorlardan istifadə olunmaqla üç xəndək qazılması nəzərdə tutulur.  Hər bir xəndəyin 

dərinliyi 2,5 metr, eni isə 2 metr olacaq.  

 

Suyun 3m - 12m dərinliyində (təxminən 7450m) hər bir xəndək (təxminən 5m enində və 2.5m 



dərinliyində) frezerli torpaqsoran gəmi (CSD) ilə qazılacaq (yaxud barjda quraşdırılan 

ekskavator). Üç xəndəyin birləşdirilməsi kimi alternativ variant da nəzərdən keçirilir. Bir ədəd 

xəndək təxminən 34-40m enində və 2.5m dərinliyində olacaq 

 

Qazma barjı  təxminən 1000000m



3

 material çıxaracaq və boru kəməri vasitəsilə onu 

xəndəkdən təxminən 500m məsafəyə tökəcək. Qazılmış materialın sahədə  bərabər  şəkildə 

paylanması üçün bu boru kəmərinin ucuna paylayıcı panton birləşdiriləcək. Belə 

kənarlaşdırma üsulu dəniz dibində  təpələrin yaranmasına səbəb olacaq. Bu material 

sonradan CSD tərəfindən çıxarılaraq xəndəklərdəki boru kəmərlərinin üstünün doldurulması 

üçün, beləliklə  də  dəniz dibinin mümkün qədər  əvvəlki vəziyyətə qaytarılması üçün istifadə 

ediləcək. 

 

Qiymətləndirmə 

 

Sahil yaxınlığında sahilyanı proseslərin ilkin vəziyyəti Fəsil 6 Bölmə 6.6.1-də təsvir edilmişdir.  



 

Sahil yaxınlığındakı mühitdə boru kəmərlərinin quraşdırılması bundan əvvəlki AÇG Faza 1 və 

Faza 2, eləcə də ŞD Mərhələ 1 layihələrində qəbul edilmiş (bu layihələrə aid boru kəmərləri 

ŞD2 magistral boru kəmərindən 500m məsafədə quraşdırılmışdır) eyni yanaşma üsulundan 

istifadə edilir. Bundan əvvəlki modelləşdirmə  tədqiqatlarından və indiyə  qədər olan 

layihələrdən əvvəl və sonra aparılmış tədqiqatlardan bu bölmədə ensiz bermanın və sahilyanı 

boru kəmərinin quraşdırılmasının qiymətləndirilməsinə dair məlumatlar alınmışdır. 

 

Ensiz pirs 

 

Bundan  əvvəlki tədqiqatlar göstərmişdir ki, ŞD2 magistral boru kəməri dəhlizi ilə  əlaqədar 



sahilyanı ərazilər dinamikdir. Boru kəmərinin sahilə çıxma sahəsi cənub-şərqə yönəldiyi üçün 

küləklə  hərəkət edən dalğalar və  əsasən,  şimal-şərq istiqamətdə gizli əsən küləklərdən 

yaranan cərəyanlar nəticəsində  nəzərəçarpacaq profil dəyişmələri və irimiqyaslı littoral 

hadisələr gözlənilir. 

 

Sahil xəttinə perpendikulyar olan fəal sahilyanı  nəqliyyat zonasından keçən 145 metr 



uzunluqda ensiz körpünün və  əlaqədar kessonların olması xüsusilə küləkli  şəraitlərdə  təbii 

litoral çöküntülərin nəzərəçarpacaq dərəcədə dağılacağını göstərir. Ensiz körpülər sədd 

rolunu oynayaraq, qabarma zonasında olan və qabarma zonasından kənar zonaların bir 

qismində  şimaldan cənuba dreyfin qarşısını  səmərəli  şəkildə alacaq. Bu, çöküntülərin pirsin 

şərq tərəfində, eroziyanın isə sahil xətti boyunca bu strukturların qərb tərəfində çoxalmasına 

gətirib çıxaracaq. Yerli təmizləmə  təsirləri və yerli şəkildə  zənginləşdirilmiş asılmış çöküntü 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə