Microsoft Word 10 Con eia mit Mon Final az



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə29/34
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51147
1   ...   26   27   28   29   30   31   32   33   34

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/56 

Yekun variant 



Cədvəl 10.38 Təsirin dərəcəsi  

 

Hadisə 



Hadisənin 

miqyası 

Reseptorun 

həssaslığı 

Təsirin dərəcəsi 

Boru kəməri və axın xəttində 

istismara vermə öncəsi atqılar 

Yüksək 


(Bioloji / Ekoloji) 

aşağı 


Orta mənfi 

Sualtı infrastrukturun quraşdırılması 

zamanı MEQ atqıları 

Aşağı 


(Bioloji / Ekoloji) 

aşağı 


Cüzi mənfi 

 

10.8.3.4 

Əlavə təsirin azaldılması, monitorinq və hesabat 

 

Yuxarıdakı qiymətləndirmə  kəmiyyət üzrə modelləşdirməyə istinad olunmaqla göstərdi ki, 



boru kəmərinin hidravlik sınaqları zamanı atqılar bioloji/ekoloji reseptorlara “orta mənfi” təsir 

göstərəcək.  

 

Boru kəmərində  və axın xəttində hidravlik sınaq fəaliyyətlərinin başlanmasından  əvvəl 



hidravlik sınağı idarəetmə planı hazırlanacaq və gələcək işlərdə həyata keçiriləcək.  Bu plan 

hidravlik sınaq hadisələrinin qrafikini, o cümlədən istismar sınaqları prosedurlarının təfərrüatlı 

dəstini təşkil edəcək və müntəzəm olaraq təzələnəcək. Hidrosınaqların qrafiki ETSN-nə 

bildiriləcək və bu qrafikdə baş verə biləcək hər hansı dəyişikliklər barədə məlumat veriləcək. 

 

AÇG Faza 3 boru kəmərlərinin istismar sınağı zamanı əldə olunmuş təcrübə göstərdi ki, əksər 



hallarda hidrosınaq fəaliyyətləri ərzində sahədən nümunələrin götürülməsi və təhlilinin həyata 

keçirilməsi texniki cəhətdən mümkün olmur; bu məhdudiyyət xüsusən də flüidin bir neçə ay 

boru kəməri daxilində qalmasından sonra parçalanmış hidrosınaq maddələrinin atqısı həyata 

keçirilən hallara şamil olunur.  Uyğun olaraq, ŞD2 Layihəsində ən səmərəli və məqsədəuyğun 

monitorinq və təminat məqsədilə aşağıdakı tədbirlər həyata keçiriləcək: 

 

 



Bütün boru kəmərlərinin doldurulması, tam doldurulma və  təzyiq sınaqları  fəaliyyətləri 

zamanı istifadə edilən kimyəvi maddələrin miqdarı, o cümlədən doza intensivliyi və 

suyun axın sürətləri ciddi şəkildə qeydə alınacaq;  

 Boru 


kəmərinin hər dəfə boşaldılması halında boşaldılan hidravlik sınaq suyunun faktiki 

həcmləri ciddi şəkildə qeydə alınacaq; və 

 Laboratoriya 

nümunələri (dənizdə boru kəmərlərinin doldurulması zamanı qeyd edilmiş 

sürətlə  tərkibinə kimyəvi maddələr vurulmuş  dəniz suyu) hazırlanacaq və simulyasiya 

edilmiş boru kəməri şəraitlərində sahildə saxlanacaq. Bu nümunələr müntəzəm olaraq  

toksiklik sınağı üçün göndəriləcək. 

 

Bu hidravlik sınağın monitorinqi və  zəmanət tədbirləri nəticəsində toplanmış  məlumat 



cəmlənəcək, izah ediləcək və bütün boru kəməri və axın xəttinin istismar sınağı  işləri başa 

çatdıqdan sonra son nəticə hesabat kimi ETSN-nə təqdim ediləcək. 

 

Belə hesab olunur ki, təsirlər mümkün və zəruri olduğu qədər minimuma endirilir və əlavə heç 



bir təsirazaldıcı tədbir tələb olunmur. 

 

10.8.4 Digər atqılar 

 

Dənizə digər atqılar ŞDB platforması kompleksinin, ŞD2 magistral və MEG boru kəmərlərinin 



və sualtı infrastrukturların quraşdırılması ilə əlaqədar gəmilərin hərəkətindən yaranacaq (Fəsil 

5 Bölmə 5.7.7, 5.8.7 və 5.9.5-də istinad edin) və ballast suyundan, təmizlənmiş çirkab 

sularından, məişət çirkab sularından və drenaj axıntılarından ibarət olacaq. 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/57 

Yekun variant 



10.8.4.1 Hadisənin miqyası 

 

Təsviri və qiymətləndirilməsi 

 

Dənizə digər atqılar ŞDB platforması kompleksinin, ŞD2 magistral və MEQ boru kəmərlərinin 



və sualtı infrastrukturların quraşdırılması ilə əlaqədar gəmilərin hərəkətindən yaranacaq (Fəsil 

5 Bölmə 5.7.7, 5.8.7 və 5.9.5-ə istinad edin). Bunlara aşağıdakılar daxildir: 

 

 

Ballast suyu – Təchizat gəmiləri bəzən quraşdırmaya dəstək fəaliyyətləri zamanı 



ballast suyunu dolduracaq və boşaldacaq.  

 

Gəminin ballast çənləri neft və kimyəvi maddələrin ballast suyu ilə təmasa girməməsini 



təmin etmək nəzərə alınmaqla layihələşdirilmişdir.  İstehlak və atqıların  ətraf mühitə 

nəzərəçarpacaq təsir göstərəcəyi gözlənilmir. 

 

 

Təmizlənmiş çirkab suları - Təmizlənmiş çirkab suları atılma nöqtəsinə yaxın yerdə 



sürətlə  həll olunacaq. Cəmi asılı  bərk hissəciklərin, OBT və bağırsaq çöpü 

bakteriyalarının təmizlənməsi səviyyəsi ətraf mühit üçün heç bir risk yaratmayacaq.  

 

 

Məişət çirkab suları - Məişət çirkab suları birbaşa dənizə axıdılacaq. Məişət çirkab 



sularının tərkibində (duşlardan, camaşırxanadan və s.) ancaq həll edilmiş  təmizləyici 

agentlər (sabunlar, yuyucu tozlar) olacaq və atqının təsiri minimum olacaq. Ekoloji 

faktorlar istifadə üçün hər hansı kimyəvi maddənin, o cümlədən təmizləyici mayelərin

məsələn, yuyucu vasitələrin seçilməsindən əvvəl nəzərə alınır; və   



 

 

Drenajda (o cümlədən göyərtənin drenajında və yuma sularında) gözlə görünən parlaq 

təbəqənin olmaması  şərtilə birbaşa dənizə atılacaq. Çirklənmiş suyun axıdılması baş 

verməyəcək, beləliklə də ətraf mühitə hər hansı təsir gözlənilmir.  

 

Hadisənin miqyasının xülasəsi Cədvəl 10.39-da verilmişdir. 



 


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə