Microsoft Word 10 Con eia mit Mon Final az



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51147
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/30 

Yekun variant 



Cədvəl 10.16 Təsirin dərəcəsi 

 

Hadisə 



Hadisənin 

miqyası 

Reseptorun həssaslığı 

Təsirin dərəcəsi 

Terminala aid tikinti maşın və 

mexanizmləri 

Yüksək 


Orta (insanlar) 

Çox mənfi 

Orta (Bioloji / Ekoloji) 

Quruda və sahil yaxınlığında boru 

çəkilməsi 

Orta 

Orta (insanlar) 



Orta mənfi 

Orta (Bioloji / Ekoloji) 

ŞD2 magistral və MEQ boru 

kəmərlərinin istismar sınağından 

əvvəl və qurudulması zamanı 

Orta 

Orta (insanlar) 

Orta mənfi 

Orta (Bioloji / Ekoloji) 

Terminalda istismar sınaqları: Aşağı 

Orta (insanlar) 



Cüzi mənfi 

Orta (Bioloji / Ekoloji) 



 

Aşağıdakı tikinti səs-küyü ilə  əlaqədar monitorinq və hesabat tələbləri BP ŞD2 Tikinti 

fazasının ƏMSSİES-n bir hissəsini təşkil edəcək: 

 

 



Səs-küyün monitorinqi proqramı  Səngəçal terminalının yaxınlığında tikinti işlərindən 

əvvəl və  işlər zamanı “Narahatlığın idarə edilməsi planı”nın bir hissəsi kimi 

hazırlanacaq; və 

 

Səngəçal terminalının yaxınlığında tətbiq edilmiş  səs-küyün monitorinqi proqramının 



nəticələri tikinti podratçısının idarə etdiyi yaxınlıqdakı icmalarla əlaqə prosesinin bir 

hissəsi kimi bu icmalara veriləcək. 

 

10.4.2.4 Təsirin azaldılması üzrə əlavə  tədbirlər 

 

Yuxarıdakı qiymətləndirmə  səs-küy modelləşdirilməsi vasitəsilə göstərdi ki, tikinti maşın və 

mexanizmlərindən yaranan səs-küy insan və bioloji/ekoloji reseptorlara çox mənfi təsir 

göstərə bilər. Qiymətləndirmə hazırda mövcud olan tikinti maşınlarının sayı  və növü 

ehtimallarına və fazalara bölünmə  təfərrüatlarına  əsaslanaraq hazırlanmış  ağlabatan  ən pis 

ssenari əsasında hazırlanmışdı. Təsirin azaldılması, artıq Bölmə 10.4.1-də təsvir edildiyi kimi, 

səs-küy səviyyələrini minimuma endirməyi qəbul etmişdi.  

 

Terminalda tikinti maşın və mexanizmlərindən yaranan səs-küyü daha da azaltmaq üçün 



“İcmalarla  əlaqə  və narahatlıqların idarə edilməsi və monitorinqi proqramı”na aşağıdakı 

tələblər daxil ediləcək:  

 

 

Səngəçal terminalının yaxınlığında tikinti işinə başlamazdan  əvvəl təklif edilən bütün 



maşın və mexanizmlərin təfərrüatlı qiymətləndirilməsi aparılacaq və tikinti proqramı 

xüsusi olaraq ən yüksək səs-küy yarada biləcək işləri və onların müddətini müəyyən 

edəcək; 

 Tikinti 

və quraşdırma işləri üzrə  əsas podratçılar razılaşdırılmış tezliklə 

proqnozlaşdırma fəaliyyətinin təfərrüatını verən iş planlarını hazırlayacaq. Səs-küylü 

fəaliyyətlər aşkar edildikdə podratçı (müvafiq İcmaların Cəlb Olunması  və Maneələrin 

İdarə Olunması  və Monitorinqi Planında  şərtləndirilmiş prosedurlara uyğun olaraq)  

təsirə  məruz qalan icmalarla əlaqə saxlayaraq onları artmış  səs-küy müddətlərinə  və 

gözlənilən fəaliyyətin müddətinə dair xəbərdar edəcək; və 

 

Səngəçal terminalının yaxınlığındakı tikinti fəaliyyətləri zamanı icma reseptorlarında 



səs-küyün monitorinqi aparılacaq. Qeydə alınmış səs-küy səviyyələri müvafiq səs-küy 

limitlərini (65dB Əzimkənd, Massiv 3, Ümid və 70dB Səngəçal) keçərsə, aşağıdakı 

tədbirlər görüləcək: 

o

  Mümkün olan hallarda uyğunsuzluğun səbəbi təyin ediləcək; 



o

  Tədqiqatdan dərhal sonra aparılan hər hansı tədbir qeydə alınacaq; 

o

 Növbəti tədbirlər üçün lazımi tövsiyələr verilərsə, onlara aşağıdakılar daxil ola 



bilər: 

 Sonrakı tədqiqatlar uyğunsuzluğun səbəbini müəyyən etməlidir; 



  Səs-küyə nəzarət tövsiyələrinə, məsələn, aşağıdakılar daxildir: 

- Avadanlığın texniki qulluğuna verilən tələblər; 

- Alternativ 

avadanlığın seçilməsi; və 

- Avadanlığın yoxlanması. 




Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/31 

Yekun variant 

 

Təsirin azaldılması üzrə bu əlavə  tədbirlərinin tətbiq edilməsi ilə terminala aid tikinti maşın və 



mexanizmlərindən yaranan təsir “Orta mənfi təsir”ə qədər azalacaq. 

 

10.4.3 Tikinti-quraşdırma sahəsində səs-küy 

 

10.4.3.1 Hadisənin miqyası 

 

Təsviri 

 

ŞD2 dayaq bloklarının, üst tikililərin və yanalma körpüsünün tikintisi zamanı seçilmiş tikinti 



meydançalarında səs-küy maşın və mexanizmlərdən yaranacaq. İşlərin əksəriyyəti, məsələn, 

poladkəsmə, poladyayma və profilləndirmə kimi işlər emalatxanalarda aparılacaq. 

Meydançalarda materialların daşınması üçün mobil avadanlıqdan istifadə ediləcək.  Mobil 

avadanlıqdan ehtimal edilən istifadə bu meydançalarda AÇG və  ŞD dayaq bloku və üst 

tikililərinin tikintisi zamanı istifadə edilmiş əvvəlki qeydlər əsasında hazırlanmışdır.   

 

Sahildə platformanın  əsas generatorlarının və üst tikililərin texnoloji təchizatlar istismara 



verilməsi də yuxarıdakı Bölmə 10.3.3.1-də  təsvir edildiyi kimi üst tikililərin hazırlandığı 

meydançada aparılacaq.  

 

Qiymətləndirmə 

 

Tikinti-quraşdırma sahəsində maşınlar 

 

Qurudakı tikinti işlərindən yaranan səs-küyün yaxınlıqdakı reseptorlara təsirlərinin potensial 



miqyasını müəyyən etmək üçün modelləşdirmə  əsasında səs-küyün qiymətləndirilməsi 

aparılmışdır (Əlavə 10B-ya istinad edin). 

 

Tikinti dövrü ərzində texnika və istismar müddətlərinə münasibətdə  ən pis variant üzrə 



məntiqəuyğun fərziyyələrdən istifadə etməklə, tikinti işləri nəticəsində yaranan potensial səs-

küy təsirləri mənbədən artan məsafələr üzrə proqnozlaşdırılmış  və  ətraf mühitdə  səs-küy 

səviyyələri ilə bağlı müvafiq olaraq 55dB L

Aeq


 və 45dB L

Aeq


 gündüz və gecə limiti kəmiyyətləri 

ilə müqayisə ediləcək.  

 

Tikinti-quraşdırma sahələrinin hər birinin ətrafındakı binaların və perimetr boyu hasarların 



tikintisindən yaranan səs-küyün ilkin nəzərdən keçirilməsi zamanı konservativ olaraq 5dBA 

səs zəiflətmə  təmin etdiyi fərz edilmişdir. Tikinti meydançalarında hazırda aparılan 

əməliyyatlar nəzərə alınmamışdır. 

 

Modelləşdirmə göstərmişdir ki, səs-küy mənbəyindən 150m məsafədə gündüz vaxtı üçün 55 



dB həddi, 450m məsafədə isə gecə vaxtı üçün 45 dB L

Aeq


 həddi təmin olunacaq. Sözügedən 

hədlər insanların, adətən, mövcud olduğu yaşayış binalarına  şamil olunur. Modelləşdirməyə 

əsasən, tikinti meydançalarındakı  səs-küy mənbələrindən 450m, yaxud daha çox məsafədə 

səs-küyün artıq olmayacağı proqnozlaşdırılmışdır.  

 

Platformanın əsas generatorlarının və üst tikililərin texnoloji təchizatlarının istismara 

verilməsi 

 

Meydançalardakı platforma generatorlarının yaratdığı  səs-küyün yaxınlıqdakı  hər hansı 



reseptora təsirlərinin ehtimal olunan miqyasını müəyyən etmək üçün səs-küyün 

modelləşdirilməsi aparılmışdır (Əlavə 10C-yə istinad edin). Ən pis varianta əsasən təsirlər 

dörd generatorun 8 saat ərzində eyni zamanda işləməsi nəzərdən keçirilmiş və generatorların 

gövdəsinə aid ilkin yoxlama, habelə platformadakı generatorlarla əlaqədar akustik nəzarət 

vasitələrinə görə 15dB L

Aeq


  məqbul hesab edilmişdir. Modelləşdirmə göstərmişdir ki, üç 

generatordan 1750m və ya daha artıq məsafədə ən ciddi limitə (gecə vaxtı üçün 45 dB L

Aeq



əməl ediləcək.  



 

Hadisənin miqyasının xülasəsi Cədvəl 10.17-də verilmişdir. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə