Microsoft Word 10 Con eia mit Mon Final az



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51147
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/24 

Yekun variant 

 

Münasib olan bütün hallarda enerji mənbəyi kimi mobil generatorlar əvəzinə elektrik 



şəbəkəsindən istifadə etmək lazımdır; 

 

Səngəçal terminalında çalışan işçilər səs-küyü azaltma tədbirləri ilə bağlı  təlim 



keçəcək; 

 

Münasib olan hallarda Səngəçal terminalının yaxınlığında sərt və ya bərk tərkibli 



materialların qazılması üçün hidravlik, kimyəvi və ya elektrik enerjisi ilə  hərəkətə 

gətirilən burğu və ya brusterlərdən istifadə ediləcək; 

 

Səngəçal terminalının yaxınlığında uzun müddət istifadə ediləcək iri maşınların 



seçilməsi zamanı mümkün olan hallarda Avropa İttifaqının 2000/14/EC və 2005/88/EC 

səs-küy direktivlərinə cavab verən mexanizmlərə üstünlük veriləcək; 

 Mümkün 

və məqsədəuyğun olan hallarda tikinti meydançalarında polad konstruksiyalar 

istehsalat emalatxanalarında yığılacaq; 

 

Məqsədəuyğun olan hallarda tikinti meydançalarında çınqıl püskürtmə ilə  təmizləmə 



işləri emalatxanalarda və ya bağlı sahələrdə aparılacaq; 

 Tikinti 

meydançalarında istismar sınaqlarını başa çatdırmaq üçün bütün platforma 

generatorları minimum vaxt müddəti ərzində istifadə ediləcək; 

 Platformanın  əsas generatorlarına müvafiq səs-küyün azaldılması  tədbirləri tətbiq 

olunur və generatorlar platformadakı  işçilərin sağlamlığını  və texniki təhlükəsizliyini 

qorumaq üçün qapalı generator bölməsində/səsazaldıcı örtülü məkanda saxlanılır

6



 Terminalın tikintisi və istismar sınaqları zamanı  və sahildə  ŞD2 magistral boru 

kəmərinin tikintisi işlərindən  əvvəl və  işlər zamanı  səs-küyə  nəzarət proqramı 

hazırlanacaq və nəticələr xarici şəkildə təqdim ediləcək

 

Səngəçal terminalının  ətrafında yerləşən yerli icmalarla (yəni Səngəçal,  Əzimkənd, 



Massiv 3 və Ümid) əlaqə  və yerli icmaların  şikayətlərinə cavab verilməsi mexanizmi 

kimi, Yerli İcmalarla  Əlaqə  və Narahatlığın  İdarə edilməsi və Monitorinqi Planı  tətbiq 

olunacaq və dəstəklənəcək; və 

 

Mümkün olan bütün hallarda Səngəçal terminalının yaxınlığında planlaşdırılmış ciddi 



səs hasil edən fəaliyyətlər barədə icma üzvlərinə qabaqcadan xəbər veriləcək; 

qaçılmaz səs-küylü əməliyyatlar adi iş saatlarında həyata keçiriləcək. 

 

10.4.2 Tikinti 

və istismar sınağı  işlərindən emissiyalar (Terminal, quruda 

çəkilən borular və boru kəmərinin istismar sınağından əvvəlki işlər) 

 

10.4.2.1 Hadisənin miqyası 



 

Təsviri 

 

Yuxarıdakı 10.3.2 Bəndində  təsvir edildiyi kimi tikinti maşın və mexanizmləri Səngəçal 

Terminalının yaxınlığında terminalın tikintisi işləri, sahildəki və sahilyanı boru kəmərinin 

quraşdırılması,  ŞD2 və MEQ boru kəmərlərinin istismar sınaqları (o cümlədən suyun 

boşaldılması və qurudulması) zamanı istifadə ediləcəklər. Bu fəaliyyətlərin hər birində istifadə 

edilməsi gözlənilən sahədə  və sahədən kənarda istifadə ediləcək tikinti maşın və 

mexanizmlərinin ehtimal edilən sayı  və növü haqqında  ətraflı  məlumat  Əlavə 5F-də  təqdim 

edilmişdir. Bundan əlavə, “Terminalın tikintisi proqramı”nın 2-ci Fazası (Tikinti işləri) zamanı 

ŞD2 Genişləndirmə sahəsində torpağa 7000-ə  qədər paya yeridiləcək (390 gün ərzində 

gündə təxminən 18 paya yeridiləcək. 

 

ŞD2 qurudakı qurğularının istismar sınaqlarına ŞD2 elektrik enerjisi generatorunun, qaz ixracı 



kompressorlarının və dizel yanacağı ilə  işləyən qurğuların (yəni yanğınsöndürmə suyu 

nasoslarının və ehtiyat hava kompressorlarının) sınağı daxil olacaq. 



 

                                                      

6

 Tədbirlərə alışma havasının giriş novlarında və hava sorucu novlarda akustik ləngimə və müvafiq səsboğucunun 



qaz turbinin hava qəbulu ventilinə quraşdırılması daxildir. 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/25 

Yekun variant 



Qiymətləndirmə 

 

Terminalın tikintisinə aid maşın və mexanizmlər 



 

Modelləşdirmə terminalın yaxınlığındakı həssas reseptorlarda (yəni yaşayış məntəqələrində) 

sahədə  işləyən maşın və mexanizmlərlə bağlı  səs-küyün artmasını hesablamaq üçün 

hazırlanmışdı (modelləşdirmənin tam qiymətləndirilməsi üçün Əlavə 10B-ə istinad edin). 

Qiymətləndirmə BS5228:2009 standartında verilmiş göstərişlərə əsasən yerinə yetirilmişdir

7



Təklif edilən sahə maşın və mexanizmləri üçün də  mənbə  səs-küyünün səviyyələri 

BS5228:2009 standartından götürülmüşdür. 

 

Sahədəki mexanizmlərin (o cümlədən torpağa paya yeritmə qurğularının) ehtimal edilən növü 



və sayı, Fəsil 5 Şəkil 5.9-da göstərildiyi kimi, ehtimal edilmiş fazalar və hər faza üçün ayrılmış 

saylar  əsasında hesablanmışdı. Realistik ssenari əldə etmək üçün mexanizmlərin 50 %-nin 

fəaliyyətinin sərhədində yerləşdiyi (yəni qiymətləndirilən reseptora ən yaxın) və gündə 6 saat 

işlədiyi (iş gününün 50%) ehtimal edilir. 

 

Səs-küy səviyyələri tikinti müddəti  ərzində proqnozlaşdırılmış  və  nəticələr BS5228:2009 



standartının ABC üsulundan istifadə edilməklə reseptorlarda normal səs-küy səviyyəsindən 

yüksək səviyyəyə yol verilən artımlar  əsasında  əldə edilmiş  səs-küy limitləri ilə müqayisə 

edilmişdir (Fəsil 6 Bölmə 6.4.6-ya istinad edin). 

 

Modelləşdirmənin nəticələri göstərdi ki: 



 

 Tikinti 

proqramının həyata keçirildiyi müddət  ərzində  səs-küy səviyyələrinin Ümid, 

Əzimkənd və Massiv 3 qəsəbəsində müvafiq 65dBL

Aeq

  həddindən aşağı olması 



gözlənilir; və 

 Tikinti 

proqramının böyük hissəsi üçün  səs-küy səviyyələrinin Səngəçalda müvafiq 

70dBL


Aeq

 həddindən aşağı olması gözlənilir. Ən qızğın fəaliyyət  ərzində (2016-cı ilin 2-

ci rübü) həddin 1dB(A) cüzi aşılacağı proqnozlaşdırılsa da, bu, hiss olunmayacaq və 

vacib hesab edilməyəcək.  

 

Şəkil 10.6-da tikinti müddəti  ərzində terminalın yaxınlığında dörd reseptorda 



proqnozlaşdırılmış səs-küy səviyyələri göstərilmişdir. 

 

                                                      



7

 Britaniya Standartları İnstitutu (BSi), (2009): 'BS5228 - Tikinti və açıq sahələrdə səs-küy və vibrasiyaya nəzarət', 

BSi, London 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə