Microsoft Word 10 Con eia mit Mon Final az



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə20/34
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51147
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/34 

Yekun variant 

çıxarılacaq. Səngəçal terminalı yaxınlığında tətbiq edilmiş bütün landşaftın idarə 

edilməsi üzrə aparılan işlərin qeydləri saxlanacaq; 

 

Səngəçal terminalının yaxınlığında “Bərpa və landşaftın idarə edilməsi planı” 



hazırlanacaq və ona əmələ  gətirilmiş, yenidən istifadə edilmiş, kənarlaşdırılmış 

tullantıların miqdarına və torpağın çirklənmə potensialına dair məlumatlar daxil 

ediləcək. Plana, həmçinin, bərpaya dair məlumatlar da daxil olacaq. ŞD2 layihə  işləri 

zamanı müvəqqəti olaraq istifadə  məqsədilə dağıdılmış torpaq tikintidən  əvvəlki 

vəziyyətə oxşar vəziyyətə qaytarılacaq; və 

 

Səngəçal terminalının yaxınlığı üçün “Ətraf mühitin və canlılar aləminin idarə edilməsi 



planı” hazırlanacaq və  hər hansı  məməli, sürünən növlərinin və ya IUCN və ya 

Azərbaycanın Qırmızı Kitabında verilmiş növlərin  ŞD2 Layihə  işlərinin təsirinə  məruz 

qalmış ərazilərdən köçürülməsi üçün tətbiq ediləcək. 

 

10.5.2 



Quruda boru kəmərinin quraşdırılması 

 

10.5.2.1 Hadisənin miqyası 

 

Təsviri 

 

Quruda boru kəmərinin quraşdırılmasına, Fəsil 5 Bölmə 5.8.3.3-də təsvir edildiyi kimi, sahildə 



nəzərdə tutulan ŞD2 magistral boru kəməri dəhlizi daxilində açıq kəsmə ilə xəndək qazılması, 

keçidlərdə isə burma üsulu ilə qazma prosesi daxildir. Nəzərdə tutulan ŞD2 magistral boru 

kəmərinin sahildəki uzunluğu təxminən 4.4km təşkil edəcək və  təxminən 80m enində  təcrid 

sahəsinin (TS) təşkil ediləcəyi ehtimal olunur. Təmizləmə işləri zamanı bitki örtüyü və torpağın 

üst qatı  çıxarılaraq dəhlizin sonradan bərpası üçün saxlanacaq ki, sahənin ekoloji xassələri 

bərpa edilə bilsin. 



 

Qiymətləndirmə 

 

Quruda nəzərdə tutulan ŞD2 magistral boru kəməri dəhlizinin marşrutu,  əsasən, 



səhra/yarımsəhra məskunlaşma sahələrindən və terminaldan cənubda yerləşən bataqlığın 

şərq kənarı boyunca keçəcək. Boru kəmərini quraşdırma işləri təxminən 35 hektar (ha) 

ərazidən bitki örtüyünü və torpağın üst qatını  çıxarmağı  nəzərdə tutacaq. Təsir müvəqqəti 

olacaq, çünki marşrut boyu təsirə  məruz qalmış sahənin tikintidən  əvvəlki vəziyyətə 

qaytarılması planlaşdırılır. Belə yanaşma  əvvəlki AÇG və  ŞD layihələri üçün bundan əvvəl 

tamamlanmış boru kəmərlərinin çəkilməsi və torpağın bərpa olunması  işlərinə uyğun gəlir. 

Bundan  əvvəlki işlər üzrə aparılmış  tədqiqatlar torpağın bərpa olunma prosesinin 

müvəffəqiyyətli olduğunu göstərmişdir və qurudakı ekologiyaya heç bir nəzərəçarpacaq təsir 

qeydə alınmamışdır. 

 

Hadisənin miqyasının xülasəsi Cədvəl 10.21-də verilmişdir. 



 

Cədvəl 10.21 Hadisənin miqyası 

 

Parametr 



İzahat 

Dərəcə 

Dərəcə/miqyas 

Torpağın üst qatının və bitki örtüyünün cəmi təxminən 35 ha ərazidən 

təmizlənəcəyi gözlənilir. 



Tezlik 

Fəaliyyət bir dəfə baş verəcək 1 

Müddət 

Qurudakı boru kəməri tikintisi işlərinin təxminən 22 ay müddətinə 

aparılması planlaşdırılır. 



İntensivlik 

Boru kəmərinin quraşdırılması zamanı  çıxarılmış torpaq və bitki örtüyü 

işlərdən sonra tikintidən əvvəlki vəziyyətə qaytarılacaq.  



Cəmi: 

 6 

 

 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 10 

Tikinti, quraşdırma və NİS işlərinin ətraf 

mühitə təsirinin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



10/35 

Yekun variant 



10.5.2.2 Reseptorun 

həssaslığı 

 

ŞD2 magistral boru kəmərinin qurudakı  dəhlizi boyu yerləşən yerli bitki örtüyü (Bölmə 



6.6.4.5.1-ə istinad edin) terminalın  ətrafındakı sahə üçün tipik olan bitki növləri üçün 

səciyyəvidir və nə nadir, nə də təhlükə altında deyil. Bitki növləri arasında çoxillik kiçik kollar 

(o cümlədən Salsola nodulosa, Salsola dendroides, Suaeda dendroides, Salsola ericoides və 

Artemisia lerchiana) üstünlük təşkil edir. 2004, 2005 və 2008-ci illərdə aparılmış tədqiqatlarda 

Azərbaycan Qırmızı Kitabına düşmüş bir növ (Iris acutiloba) qeyd edilmişdir. Bu növlər 

terminalın  şimal  şərqindəki tədqiqat sahələrində  aşkar edilmişdir (yəni  ŞD2 layihə  işləri ilə 

əlaqədar boru kəmərinin çəkilişi ilə təsirə məruz qalmayacaq sahədə). 

 

Bataqlıqda əsas məskunlaşma sahələri qamışlıq, suqamışı sahələri, qarğıların üstünlük təşkil 



etdiyi bataqlıqlar və yulğun/dəvətikanı kollarıdır (çaxmaqdaşı-düzənliyi) Sahə  təbiətinə görə 

dinamik və yerli mənbələrdən kiçik əlavələrdən başqa  Şahqaya vadisi sistemindən axan 

mövsümi axından asılıdır (yəni su boru kəmərlərindən mövcud sızmalar – Fəsil 6 Bölmə 

6..4.4.2-yə istinad edin). 2002, 2010 və 2011-ci illərdə aparılmış  tədqiqatlar mövsümi 

dəyişikliklərdən başqa və üçüncü tərəf  şirkətinin tikinti fəaliyyətinin birbaşa nəticəsi istisna 

olmaqla, vaxt keçdikcə bataqlıq sahədə  hər hansı  nəzərəçarpacaq dəyişikliyin baş 

vermədiyini göstərdi (məs. mövcud növlər və bataqlığın yayılması baxımından). Məskunlaşma 

sahəsi nadir hesab olunmur və boru kəmərinin quraşdırılması işlərinin təsirinə məruz qalacaq 

sahə məskunlaşma sahəsinin ümumi funksiyası üçün həlledici deyil. 

 

Terminalın yaxınlığında aparılmış quşların tədqiqatları, Bölmə 10.4.2.2-də müzakirə edildiyi 



kimi, terminalın  ətrafında balalayan quşları  aşkar etdi. Bununla belə, təklif edilən  ŞD2 

magistral boru kəmərinin qurudakı  dəhlizi boyunca yerləşən məskunlaşma sahəsi balalayan 

quşlar üçün həyat  əhəmiyyətli deyil. Onlar terminalın  ətrafındakı  ərazinin hər yerində qeydə 

alınmışdır və qidalanma və ya yuva qurma üçün müstəsna olaraq heç bir sahədən istifadə 

etmirlər. 

 

Canlılar aləminin tədqiqatları terminalın yaxınlığında aşağıdakıların olduğunu təsdiq etdi: 



 

 

Ərəbdovşanı (Allactaga elater) - IUCN az narahatlıq doğuran; 



 Boz 

dağsiçanı (Cricetulus migratorius) - IUCN az narahatlıq doğuran; 

 

Kəmərli safsar (Vormela peregusna) - IUCN həssas və Azərbaycanın Qırmızı Kitabına 



daxil edilmişdir;  

 Canavar 

(Canis lupus) - Azərbaycanda xüsusi olaraq qorunmur; 

 

Kərtənkələ  (Phrynocephalus helioscopus) - Azərbaycanın Qırmızı Kitabına daxil 



edilmişdir; və 

 Aralıq dənizi tısbağası  (Testudo graeca) - IUCN Qırmızı Kitabında həssas növ kimi 

göstərilmiş və Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir.  

 

Bu növlərin hamısı az sayda aşkar edilmişdir (hər bir halda bir və ya iki fərd) və Aralıq dənizi 



tısbağası istisna olmaqla, 2002 və 2011-ci illərdə aparılmış  tədqiqatlarda davamlı olaraq 

qeydə alınmamışdır. Aralıq dənizi tısbağası sahədə davamlı olaraq qeydə alınsa da, 

tısbağanın dəqiq paylanması müəyyən edilməmişdir. Bu növlərin davamlı olaraq qeyd 

edilməsinin mümkün səbəbi bundan əvvəlki AÇG və  ŞD layihələri zamanı aparılmış 

yerdəyişmə proqramıdır ki, bu zaman Aralıq dənizi tısbağası əməliyyatların başlanmasından 

öncə toplanmış və işlər başa çatdıqdan sonra yenidən əraziyə qaytarılmışdır. Bu növlər üçün 

yararlı  məskunlaşma sahəsinin  əksəriyyəti (yəni həm sığınacaq, həm də qida təmin edən 

kolluqlar və alçaq bitkilər bitən sahə) boru kəmərinin quraşdırılmasının təsirinə məruz qalacaq 

ərazidən kənarda yerləşir. Təsirə məruz qalacaq ərazilər bu növlər üçün həlledici və ya xüsusi 

əhəmiyyətli hesab olunmur. Aralıq dənizi tısbağası xüsusilə aprel-iyul aylarına təsadüf edən 

balalama və yumurta qoyma dövrlərində həssas olur. 

 

Cədvəl 10.22-də Bioloji/Ekoloji Reseptorun həssaslığı üçün «Orta reseptor həssaslığı»nı əks 



etdirən 3 qiymətinin təyin olunması əsaslandırılır. 

 


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə