Microsoft Word 1 Xocali Yaqub m-son doc



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə50/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   44   45   46   47   48   49   50   51   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
177
“1948-1953-cü İLLƏRDƏ AZƏRBAYCANLILARIN ERMƏNİSTAN  
SSR ƏRAZİSİNDƏKİ TARİXİ-ETNİK TORPAQLARINDAN 
KÜTLƏVİ SURƏTDƏ DEPORTASİYASİ HAQQINDA” 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI  
(18 dekabr 1997-ci il) 
 
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkil-
də həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində 
xalqımız ağır məhrumiyyətlərə, milli faciə  və  məşəqqətlərə  məruz 
qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət 
nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan  ərazidən - 
min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didər-
gin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məx-
sus minlərlə tarixi-mədəni abidə  və yaşayış  məskəni dağıdılıb viran 
edilmişdir. 
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli 
və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına 
qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-
1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR 
ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sür-
gün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası 
zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş 
tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır kö-
çürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mə-
nəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni  şovinist 
dairələrinin və SSRİ rəhbərliyinin siyasəti ilə yanaşı, o dövrkü Azər-
baycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımı-
za qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində işti-
rakı da az rol oynamamışdır. 
Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan 
SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımın-
ca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir. 
Yuxarıda göstəriləni nəzərə alaraq  
QƏRARA ALIRAM: 
1. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazi-
sindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyanın hər-
tərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində 
keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
178
beynəlxalq ictimaiyyətə çatdırılması  məqsədi ilə  aşağıdakı  tərkibdə 
dövlət komissiyası yaradılsın: 
Dövlət komissiyasının sədri : 
Heydər Əliyev - Azərbaycan Respublikasının prezidenti 
Dövlət komissiyası sədrinin müavini: 
Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri 
Dövlət komissiyasının üzvləri: 
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti İcra Apa-
ratının rəhbəri 
Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 
İzzət Rüstəmov - Azərbaycan Respublikası Baş nazirinin müavini 
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini 
Həsən Həsənov - Azərbaycan Respublikası xarici işlər naziri 
Namiq Abbasov - Azərbaycan Respublikasının milli təhlükəsizlik 
naziri 
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri 
Eldar Həsənov - Azərbaycan Respublikasının Baş prokuroru 
Südabə  Həsənova - Azərbaycan Respublikası  ədliyyə nazirinin 
birinci müavini 
Xanlar Hacıyev - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri  
Sirus Təbrizli - Azərbaycan Respublikasının mətbuat və informa-
siya naziri 
Vəfa Quluzadə - Azərbaycan Respublikasının xarici siyasət mə-
sələləri üzrə dövlət müşaviri 
Hidayət Orucov - Azərbaycan Respublikasının milli siyasət mə-
sələləri üzrə dövlət müşaviri 
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti İcra 
Aparatının humanitar siyasət şöbəsinin müdiri 
Şahin  Əliyev - Azərbaycan Respublikası Prezidenti İcra Apara-
tının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri 
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidenti İcra Apa-
ratının dövlət-hüquq şöbəsinin müdiri 
Yusif Hümbətov - Azərbaycan Respublikası Prezidenti İcra Apa-
ratının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri 
Əli Həsənov - Azərbaycan Respublikası Prezidenti İcra Apara-
tının ictimai-siyasi şöbəsinin müdiri 
Rafael Allahverdiyev - Bakı şəhər icra hakimiyyətinin başçısı 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
179
Nizami Xudiyev - Azərbaycan Respublikası Dövlət Televiziya və 
Radio Verilişləri Şirkətinin sədri 
Fərəməz Maqsudov - Azərbaycan Elmlər Akademiyasının prezi-
denti 
Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri 
Cəmil Quliyev - Azərbaycan Elmlər Akademiyası ictimai elmlər 
bölməsinin akademik-katibi əvəzi 
İqrar  Əliyev - Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu-
nun direktoru 
Budaq Budaqov - Azərbaycan Elmlər Akademiyası Coğrafiya 
İnstitutunun direktoru 
Ataxan Paşayev - Azərbaycan Respublikasının Nazirlər Kabineti 
yanında Baş Arxiv İdarəsinin rəisi 
Yusif Yusifov - N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Uni-
versitetinin ümumi tarix kafedrasının müdiri 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın ic-
rası ilə bağlı məsələləri həll etsin. 
 
Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 18 dekabr 1997-ci il 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə