Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə45/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
161
aşkar  şəkildə  təbliğ olunurdu. Qeyd etmək lazımdır ki, bu proses 
M.S.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas 
aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK birinci katibi K.Də-
mirçiyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma «erməni soyqı-
rımı»nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü 
kimi qeyd olunması  təklifi ilə müraciət edir. Siyasi Büronun iclasını 
aparan M.S.Qorbaçov buna razılıq versə də H.Ə.Əliyevin, N.A.Tixo-
novun və A.A.Qromıkonun sərt etirazları ilə qarşılaşır. K.Dəmirçiya-
nın təklifini bəyənən M.S.Qorbaçov H.Ə.Əliyevin kəskin etirazını 
gördükdən sonra onunla qarşıdurmaya getməyə  cəsarət etmir, lakin 
onun bu mövqeyinə də unutmur.
1
 
Buna görə də M.S.Qorbaçovun 1987-ci ilin oktyabr ayının 20-də 
Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaq-
laşdırılmasına nail olduqdan sonra ermənilərin öz çirkin və cinayətkar 
niyyətlərini reallaşdırmaq ümidlərini daha da artırdı. Rəsmi Moskva 
1987-ci ilin noyabrında Parisdə M.S.Qorbaçovun iqtisadi məsələlər 
üzrə müşaviri olan akademik Abel Aqenbekyanın dili ilə Qarabağ hə-
rəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bil-
dirməkdən çəkinmədi. A.Aqanbekyan «Humanite» qəzetinin 18 no-
yabr 1987-ci il tarixli sayında dərc olunmuş müsahibəsində Azərbay-
can SSR ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan 
SSR-ə verilməsinin məqsədəuyğun olmasını və bu barədə dövlət baş-
çısına təklif verdiyini bildirdi.
2
 
«Qarabağ» Komitəsinin Azərbaycan SSR-də, xüsusən DQMV-
də uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı «Krunk» adı al-
tında açıq fəal fəaliyyətə başlamışdı. 1988-ci il martın 2-də «DQMV-
nin Ermənistanla yenidən birləşdirilməsi uğrunda mübarizə Komitəsi» 
- iri müəssisə rəhbərlərini birləşdirən «55-lər Komitə»si yaradılmışdı. 
1988-ci ilin fevralın 26-27-də SSRİ dövlət xüsusi xidmət orqan-
larının razılığı ilə ermənilər Azərbaycan SSR-in Sumqayıt  şəhərində 
antiazərbaycan təxribatı törətdikdən sonra, bunu bəhanə edərək Ermə-
nistan SSR ərazisindən, öz tarixi etnik torpaqlarından – İrəvan şəhəri 
də daxil olmaqla 185 kənddən və başqa yaşayış məntəqələrindən 250 
min azərbaycanlı deportasiya olundu, onlara məxsus 31.000 ev, şəxsi 
təsərrüfat, 165 kollektiv təsərrüfatların əmlakı talandı, 214 nəfər öldü-
rüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi və qız-gə-
                                                 
1
 Ч.А.Султанов. Противостояние... Баку, 2011, стр. 97. 
2
 Azərbaycan tarixi VII cild, 2008, səh.257. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
162
linlərin namusu təhqir olundu. 15 mindən çox kürd və bir neçə min rus 
millətinə məxsus əhali Ermənistan SSR-dən çıxarıldı.
1
  
1988-1989-cu illərdə Ermənistanın hərbi-ideoloji təcavüzünün 
güclənməsi nəticəsində deportasiya, etnik təmizləmə  və soyqırımına 
məruz qalan azərbaycanlı əhali Azərbaycan SSR-ə pənah gətirdi və bu 
da öz növbəsində respublikada ictimai-siyasi sabitliyin gərginləşməsinə 
səbəb oldu. Mərkəzi hökumətin Azərbaycan xalqına qarşı yeritdiyi düş-
mən siyasəti nəticəsində genişlənən Ermənistanın hərbi təcavüzü onu 
milli azadlıq mübarizəsinə qaldırdı. 1990-cı il yanvarın 20-də SSRİ 
Prezidenti M.S.Qorbaçov ermənilərin ərazi iddialarına qarşı etiraz edən 
Azərbaycan xalqını  cəzalandırmaq üçün Bakı  şəhərinə SSRİ  və Azər-
baycan SSR-in Konstitusiyaları və respublikanın suveren hüquqları po-
zularaq qoşun yeridilməsi haqqında fərman verdi və Azərbaycan xalqı-
na qarşı qanlı soyqırımı cinayəti törədildi. SSRİ dövlətinin bu cinayə-
tinə qarşı öz ilk etiraz səsini qaldıran görkəmli dövlət xadimi Heydər 
Əliyev oldu. O, 1990-cı il yanvarın 21-də Azərbaycan SSR-in Moskva 
şəhərindəki Daimi Nümayəndəliyinə gələrək SSRİ dövlətinin M.S.Qor-
baçovu Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətində 
ittiham etdi və onun bu etirazı bütün dünyada böyük əks-sədaya səbəb 
oldu. SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətə etiraz 
olaraq Heydər Əliyev 1990-cı ilin iyulunda Sov.İKP sıralarını tərk etdi-
yini bəyan edərək Vətəni Azərbaycana qayıtdı. Respublika rəhbərliyi 
Heydər  Əliyevin ölkənin siyasi mərkəzi olan Bakıda qalmaması üçün 
hər cür təxribatlara əl atıldı və o terror aktı ilə hədələndi. Həyat üçün 
real təhlükənin mövcud olduğunu hiss edən Heydər  Əliyev Naxçıvan 
MR-na getməyə  məcbur oldu. O, 1990-1993-cü illərdə  ağır blokada 
şəraitində olan Azərbaycan Respublikası Naxçıvan MR-nın yaşaması, 
onun sərhədlərinin qorunması üçün mümkün olmayanı mümkün etdi. 
Heydər Əliyev 1991-ci ilin fevralında Azərbaycan Ali Sovetinin sessi-
yasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 
çox sərt məzmunda məruzə ilə çıxış etdi və o zaman Azərbaycan döv-
lətinin problemin həlli ilə bağlı konkret tədbirlər proqramı olmadığını 
söylədi. Lakin, onun irəli sürdüyü tədbirlər respublika rəhbərliyi tərə-
findən qəbul edilmədiyi üçün çox qısa bir zaman ərzində Azərbaycan 
xalqına düşmən tərəfindən çox ağır zərbələr vuruldu. 1992-ci il fevralın 
ortalarında Ermənistanın hərbi quldur dəstələri növbəti dəfə Xocavənd 
                                                 
1
 Azərbaycan tarixi VII cild, 2008, səh.258. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
163
rayonunun Qaradağlı kəndinə güclü hücuma keçdilər.. Dörd gün davam 
edən qeyri-bərabər döyüşdən sonra erməni quldurları Qaradağlı kəndini 
ələ keçirərək onun 92 müdafiəçisini və 54 sakinini vəhşicəsinə  qətlə 
yetirərək onları silos quyularına atdılar. Qalan əhali isə əsir alındı. Təca-
vüzkar Ermənistan «dövləti» Azərbaycan Respublikasına qarşı qanlı 
terror aksiyalarını daha da genişləndirdi. 1992-ci il yanvarın 8-də 
«Krasnovodsk-Bakı» dəniz sərnişin bərəsində belə bir terror aktı nəticə-
sində 25 nəfər həlak oldu. 88 nəfər ağır yaralandı. Həmin il fevralın 28-
də Qudermes stansiyası yaxınlığında «Kislovodsk-Bakı» sərnişin qa-
tarının partladılması zamanı 11 nəfər həlak oldu, 18 nəfər yaralandı. 
Təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ermənilər tərəfindən Azər-
baycan Respublikasına məxsus dəmir yolu nəqliyyatı sistemində 1989-
cu il iyulun 14-dən 1994-cü il mayın 7-nədək 206 terror aktı  həyata 
keçirilmişdi.
1
 
Erməni quldurları Rusiya Federasiyası MN-nə məxsus Xankən-
dindəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX əsrin 
Xatın, Sonqımı faciələrini geridə qoyan Xocalı soyqırımını törətdilər. 
1992-ci il fevralın 25-də axşam saat 21-də erməni hərbi birləşmələri, 
366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), habelə 
xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar Xocalıya hücum etdilər. 
Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azsaylı 
uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin o cümlədən 
76 uşaq müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər 
əsir alındı, 8 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideyni-
nin itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 56 nəfər xüsusi 
qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyul-
muş, gözləri çıxarılmış, başları kəsilmiş, hamilə qadınların qarnı sün-
gü ilə deşilmişdir. Bütün  bu  dəhşətləri  görən 366 alayın 02270 saylı 
xüsusi şöbəsinin rəisi polkovnik V.R.Savelyev RFMN Baş Qərargahı 
yanında Baş Kəşfiyyat İdarəsinə, BMT və Avropa Şurasına ünvanlan-
dığı  müraciət  məktubunda  (hesabatında  –C.B.)  Azərbaycan  xalqına 
qarşı soyqırımı cinayətinin törədildiyini etiraf edir: «Mən məndən on 
addımlıqda güllə yarası almış səkkiz-doqquz yaşında qızcığaza yardım 
edə bilmədim. Mən Allahın məni cəzalandıracağı o gündən qorxuram. 
Lənətlənmiş günlər bir-birini əvəz edirdi».
2
 
                                                 
1
 Azərbaycan tarixi, VII cild, 2008, səh.359. 
2
 Ч.А.Султанов. Последний удар империи. Баку, 20 января 1990г., Баку, 2004, стр.478. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə