Microsoft Word 1 Xocali Yaqub m-son doc



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə49/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   44   45   46   47   48   49   50   51   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
174
Maddə 12 
Razılığa gələn Tərəflərdən hər hansı biri istənilən vaxt Birləşmiş 
Millətlər Təşkilatının Baş Katibinin adına bildiriş göndərməklə xarici 
əlaqələrin həyata keçirilməsinə cavabdehlik daşıdığı bütün ərazilərinə 
və ya onların bir qisminə bu Konvensiyanı tətbiq edə bilər. 
 
Maddə 13 
Ratifikasiya və ya qoşulma haqqında ilk 20 aktın Baş Katib ya-
nında saxlanca qoyulduğu gün Baş Katib surətləri Birləşmiş Millətlər 
Təşkilatının üzvü olan və XI maddədə  nəzərdə tutulmuş  Təşkilatın 
üzvü olmayan bütün dövlətlərə göndərilən Protokolu hazırlayır. Bu 
Konvensiya ratifikasiya və ya qoşulma haqqında 20-ci akt saxlanca 
qoyulduqdan sonra doxsanıncı gün qüvvəyə minir. 
Bu Konvensiyanın qüvvəyə minməsindən sonra alınmış ratifi-
kasiya və qoşulma haqqında aktlar Birləşmiş Millətlər Təşkilatının 
Baş Katibi yanında saxlanca qoyulduqdan sonra doxsanıncı gün qüv-
vəyə minir. 
 
Maddə 14 
Bu Konvensiya qüvvəyə mindiyi gündən etibarən on il müddətinə 
qüvvədədir. 
Bu Konvensiya növbəti beş illikdə o ölkələrə qarşı qüvvədə qalır 
ki, hansılar ki, Konvensiyanın müvafiq qüvvədə olma müddətinin bit-
məsinə ən azı altı ay qalmış onu denonsasiya etməmiş olsunlar. 
Denonsasiya Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə yazılı 
bildirişin verilməsi yolu ilə həyata keçirilir. 
 
Maddə 15 
Əgər denonsasiya nəticəsində Konvensiya üzvlərinin sayı on al-
tıdan az olarsa, Konvensiya sonuncu denonsasiyanın qüvvəyə mindiyi 
gün öz qüvvəsini itirir. 
 
Maddə 16 
Bu Konvensiyaya yenidən baxılması tələbi istənilən vaxt Razılığa 
gələn tərəflərdən hər hansı biri tərəfindən Baş Katibin adına yazılı mə-
lumat verilməsi yolu ilə qoyula bilər. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
175
Əgər bu cür tələb hər hansı tədbirlərin görülməsini labüd sayırsa, 
Baş Assambleya bu cür tələb barədə hansı  tədbirlərin görülməsinin 
vacib olduğuna dair qərar verir. 
 
Maddə 17 
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Birləşmiş Millətlər 
Təşkilatının bütün üzvlərini və XI maddədə nəzərdə tutulmuş Təşkila-
tın üzvü olmayan dövlətləri məlumatlandırır: 
a) XI maddəyə müvafiq olaraq imzalama, ratifikasiya və qoşulma 
haqqında qəbul edilmiş bütün aktlar barədə; 
b) XII maddəyə müvafiq olaraq qəbul edilmiş bütün bəyanatlar 
barədə; 
c) XIII maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə 
mindiyi gün barədə; 
d) XIV maddəyə müvafiq olaraq qəbul edilmiş denonsasiyalar 
barədə; 
e) XV maddəyə müvafiq olaraq Konvensiyanın ləğvi barədə; 
f) XVI maddəyə müvafiq olaraq qəbul edilmiş bəyanatlar barədə. 
 
Maddə 18 
Konvensiyanın  əsli Birləşmiş Millətlər Təşkilatının arxivində 
saxlancdadır. 
Konvensiyanın təsdiq edilmiş surətləri Birləşmiş Millətlər Təşki-
latının bütün üzvlərinə  və XI maddədə  nəzərdə tutulmuş  Təşkilatın 
üzvü olmayan dövlətlərə göndərilir. 
Maddə 19 
Bu Konvensiya qüvvəyə mindiyi gün Birləşmiş Millətlər Təşki-
latının Baş Katibi tərəfindən qeydiyyata alınır.  
 
Soyqırım cinayəti (Beynəlxalq aktlar, normativ sənədlər, 
müraciətlər və şərhlər toplusu).  
Bakı-2010, səh.8-13.  
 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
176
XOCALI SOYQIRIMI (GENOSİDİ) GÜNÜ HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
 
 (24 fevral 1994-cü il) 
 
Azərbaycan Respublikasının Milli Məclisi erməni təcavüzkarları 
tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında Milli Məclisin Qaç-
qınlar və xaricdə yaşayan soydaşlarla  əlaqə komissiyasının təklifini 
müzakirə edərək qərara alır: 
1. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən tö-
rədilmiş, Azərbaycan xalqının milli faciələrindən və  bəşər tarixinin 
qanlı  səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da 
«Xocalı soyqırımı günü» elan olunsun və bu barədə beynəlxalq təşki-
latlara məlumat verilsin. 
2. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdı-
rılması  və «Xocalı soyqırımı günü»nün beynəlxalq miqyasda keçi-
rilməsi üçün dünya azərbaycanlılarına müraciət edilsin. 
 
Bakı şəhəri, 24 fevral 1994-cü il 
№ 791 
 
 
XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNƏ SÜKUT 
DƏQİQƏSİ ELAN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN 
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 
 
1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələri Azər-
baycan xalqına qarşı misli görünməmiş Xocalı soyqırımı törətmişlər. 
Bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycan 
dövlət müstəqilliyini,  ərazi bütövlüyünü hədəf almış  məqsədyönlü 
irticaçı siyasətinin növbəti qanlı  səhifəsi olmaqla, təkcə Azərbaycan 
xalqına deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara 
ləkə kimi qalacaqdır. 
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə 
qərara alıram: 
Hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası 
ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti 
olaraq sükut dəqiqəsi elan edilsin. 
Heydər ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 25 fevral 1997-ci il  


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə