Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə46/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
164
Hadisələri ilk olaraq vidiolentə olan Azərbaycan jurnalistləri 
Seyidağa Mövsümlü və Çingiz Mustafayev çəkdikləri videogörü-
ntülərdən məlum oldu ki, «öldürülənlər içərisində 2 yaşından 15 yaşı-
na qədər olan uşaqlar  əksəriyyət təşkil edirdi». Faciənin  şahidi olan 
fransız jurnalisti Jan-İv Ginyet yazırdı: «Mən müharibələr haqqında, 
alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı 
uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular».
1
 
1992-ci il martın 10-da  RF-nın  Prezidenti  B.Yelçinin  ünvanına 
Daxili İşlər Naziri yerin məktub göndərir və Xocalı hadisəsi ilə bağlı 
görüşmək istədiyini bildirir və məktuba Xocalı faciəsi ilə bağlı video-
kasseti əlavə edir. General Yerin B.Yelçinə yazırdı: «Xocalıda uşaqla-
rı, qadınları və qocaları güllələmişlər. Öldürülənlərin başlarının dərisi 
soyulmuşdur».  Videolentdə  RF  MN 366 alayının  cinayət  hərəkətləri 
qeydə  alınmışdı.  Bu  sözlər  N.Qavrilovun 1998-ci  ildə  Sankt-Peter-
burqda nəşr olunan «Военные ведомости» jurnalının 96-cı səhifəsin-
dən  götürülmüşdür.
2
 B.Yelçin  videokassetə  baxdıqdan  sonra  xüsusi 
sərəncam (0219/21-OD-1992.III.12) imzaladı və bu sərəncama əsasən 
bu videogörüntülərin RF ərazisində göstərilməsi qadağan edildi.
3
 
Erməni quldurları Rusiya Federasiyasının hərbi dairələrinin kö-
məyinə arxalanaraq 1993-cü ildə  Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, 
Qubadlı və Zəngilan rayonlarını işğal edərək etnik təmizləmə aparmış 
və nəticədə Azərbaycan Respublikasının 1000 010000-dən çox vətən-
daşı öz ölkəsində qaçqına çevrildi. Hərbi təcavüz nəticəsində 100 000 
nəfər yaralanmış, 50 000 şikəst olmuş, 20 min nəfər şəhid olmuş 4853 
nəfər itkin düşmüş  və onlardan 439 nəfəri  əsirlikdə öldürülmüş, 783 
nəfər isə indiyə qədər əsirlikdədir. Bütövlükdə isə «Əsir, itkin düşmüş, 
girov götürülmüş  vətəndaşlarla  əlaqədar Dövlət Komissiyası»nın 1 
yanvar 2011-ci il tarixinə olan məlumatına  əsasən  əsir, itkin düşmüş 
və girov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlar-
dan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxsdir, 5 nəfərinin isə hərbiçi 
və ya mülki şəxs olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri itkin 
düşərkən yetkinlik yaşına çatmamış  uşaq (17 nəfər azyaşlı  qız), 247 
nəfər nəfər qadın, 347 nəfər yaşlı şəxsdir ki, onlardan 149 nəfəri qa-
                                                 
1
 Azərbaycan tarixi, VII cild, 2008, səh.359. 
2
 Ч.А.Султанов. Последний удар империи. Баку, 20 января 1990г., Баку, 2004, 
стр.479. 
3
 Yenə orada. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
165
dındır. Bu günədək  əsir və girovluqdan 1309 nəfər azad edilmişdir. 
Onlardan 343 nəfər qadın, 1056 nəfəri kişidir. Qeyd etmək lazımdır 
ki, azad olunan şəxslərdən 170 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 
nəfərin yaşlı  şəxsdən 112 nəfəri qadındır. Bundan əlavə Dövlət Ko-
missiyasına daxil olmuş materialların analizi zamanı 563 nəfərin əsir 
və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi 
müəyyən edilmişdir. Onlardan 104 nəfəri qadın, 448 nəfəri kişidir. Bu 
şəxslərin yalnız 137 nəfərinin yalnız adı məlum olduğu halda, onlar-
dan 74 nəfərin adı  məlum deyildir. 1991-1992-ci illər  ərzində Azər-
baycan Respublikasının keçmiş DQMV-nin ərazisi Ermənistan Res-
publikası silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü 
il aprelində Kəlbəcər rayonunun işğalı ilə Azərbaycan Respublikasına 
qarşı hərbi təcavüzün yeni mərhələsi başlandı. 1993-cü ilin iyulun 24-
dən – oktyabrın 28-nədən Rusiya Federasiyasının hərbi–siyasi yardımı 
ilə Ermənistan Respublikası silahlı qüvvələri Azərbaycan Respublika-
sının Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal 
etdi. Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş hərbi təca-
vüz nəticəsində Laçın rayonundan 71000, Kəlbəcər rayonundan 
74000, Ağdam rayonundan 165600, Füzuli rayonundan 146000, Cəb-
rayıl rayonundan 60000, Qubadlı rayonundan 87900, Zəngilan rayo-
nundan isə 395000 nəfər Azərbaycan Respublikası vətəndaşı mə


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
166
ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni mərhələ başlandı. Lakin, 
buna baxmayaraq 1993-cü ilin iyulundan-noyabrınadək Ermənistanın 
hərbi təcavüzünün genişlənməsi və nəticədə yeddi rayonun işğal olun-
du. Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək və Ermə-
nistanın hərbi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atdı. Yeni 
ordu quruculuğu sahəsində atılan addımlar nəticəsində düşmənə ağır və 
sarsıdıcı zərbələr vurdu, işğal olunmuş bir sıra yaşayış məntəqələri azad 
edildi və o 1994-cü il mayın 12-də atəşkəs imzalama məcbur edildi. 
Ermənistanın 1988-1994-cü illərdə  həyata keçirdiyi işğalı  nəti-
cəsində Azərbaycan Respublikası ərazisində 946 yaşayış məntəqəsi 6 
min sənaye, kənd təsərrüfatı və başqa müəssisə, ümumi sahəsi 9 mln. 
kv/m olan 150 min mənzil, 4366 sosial-mədəni təyinatlı müəssisə, 690 
orta məktəb, o cümlədən 850 məktəbəqədər müəssisə, 665 tibb məntə-
qəsi, 927 kitabxana, 22 muzey, 4 rəsm qalereyası, 6 dövlət teatrı 44 
məbəd, 9 məscidin məhvinə səbəb olmuşdur. Azərbaycan xalqına qar-
şı edilən hərbi təcavüz nəticəsində vurulan maddi zərərin həcmi 60 
milyard ABŞ dollarından (1994-cü ilin qiyməti ilə – C.B.) çoxdur. 
Hazırda 2011-ci ilin qiymətləri ilə hesabladıqda vurulan zərərin miq-
darı 300 milyard təşkil edir.
1
 
Bundan  əlavə, Ermənistan Respublikası «dövləti»lə  sərhədyanı 
rayonlarında xeyli miqdarda birbaşa maddi zərər vurulmuşdur. Bu 
rəqəmin miqdarı 1994-cü il üçün qiymətlərlə 1389233500 ABŞ dolları 
təşkil edir. Belə ki, bu bölgələrdə yerləşən rayonların icra hakimiyyət-
lərinin verdikləri məlumatlara görə işğal nəticəsində vurulmuş birbaşa 
maddi zərər rayonlar üzrə ABŞ dolları ilə  aşağıdakı kimi olmuşdur. 
Tərtər və keçmiş Ağdərə rayonları üzrə – 799295100$, Qazax rayonu 
- 327529464$, Tovuz rayonu - 189873420$, Ağcabədi rayonu -
22420050$, Ağstafa rayonu - 1998950$, Beyləqan rayonu - 
3812500$, Gədəbəy rayonu - 44303800$.
2
 
Beləliklə, Ermənistan «dövləti»nin hərbi təcavüzü və işğalı nəti-
cəsində Azərbaycan Respublikasına vurulmuş 60 milyarddan artıq 
maddi zərərin 28066 milyard ABŞ dolları keçmiş DQMV ilə qonşu 
olan və hazırda işğal altında olan 7 rayona, 1389233284 ABŞ dolları 
isə cəbhəyanı və Ermənistan Respublikası ilə həmsərhəd olan rayonla-
                                                 
1
 Elxan Süleymanov, Vurğun Süleymanov. Ermənistanın Azərbaycana qaşı silahlı 
təcavüzü və işğalın ağır nəticələri. Bakı, 2012, səh.82. 
2
 Elxan Süleymanov, Vurğun Süleymanov. Ermənistanın Azərbaycana qaşı silahlı 
təcavüzü və işğalın ağır nəticələri. Bakı, 2012, səh.85. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə