Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə47/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   44   45   46   47   48   49   50   51   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
167
ra vurulmuşdur. Qeyd etmək lazımdır ki, Naxçıvan MK-na vurulması 
maddi zərər buraya daxil edilməmişdir.
1
 
Bütün mövcud təkzibolunmaz faktlar təsdiq edir ki, təkcə XX 
əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən tətbiq edilən 
deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində Şimali 
Azərbaycan 1918-1929-cu illərdə 29,8 min km
2
  ərazisini itirmiş, 
1991-1993-cü illərdə 20% ərazisi işğal edilmişdir.
2
  
2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti 
seçilən  İlham  Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ mü-
naqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycan Respubli-
kasının ərazi bütövlüyün danışıqlar predmeti olmadığını dəfələrlə söy-
ləmiş  və onun mütləq bərpa ediləcəyinin  əsas vəzifə olduğunu qeyd 
etmişdir.  
Bütün  bunları  nəzərə  alan  Azərbaycan  Respublikasının  Milli 
Məclisi 1992-ci il fevralın 25-26-na keçən gecə erməni təcavüzkarları 
tərəfindən  törədilmiş  Xocalı  soyqırımı  haqqında  qərar  qəbul  etdi  və 
fevralın 26-sı «Xocalı soyqırımı günü» elan edildi. AR MM bu qərarı 
əsasında  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin 25 
fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17
00
-
da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının 
xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi. 1998-ci il 
martın 26-da  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevi 
«Azərbaycanlıların soyqırımı haqqında» fərman imzaladı və bu fərma-
na  uyğun  olaraq  Azərbaycan  Respublikasının  Milli  məclisi 31 mart 
1998-ci il tarixdə  Azərbaycanlıların soyqırımı  günü  elan  edilməsi  ilə 
əlaqədar bəyanat qəbul etdi. 
Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti İlham Əli-
yevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə XX əsrdə erməni-daş-
nak  quldur  dəstələrinin  Azərbaycan  torpaqlarında  həyata  keçirdikləri 
kütləvi  etnik  təmizləmə  və  təcavüz  siyasəti  nəticəsində  soyqırımı  ci-
nayətinin  xatirəsinin  əbədiləşdirilməsi  məqsədi  ilə  Quba  şəhərində 
«Soyqırımı memorial kompleksi»nin yaradılması qərara alındı.  
Elə həmin ildə Heydər Əliyevi Fondunun vitse-prezidenti, Fon-
dun  rusiya  Federasiyası  Nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyevanın 
təşəbbüsü ilə «Xocalıya ədalət» Beynəlxalq Təbliğat və Məlumatlan-
dırma Kompaniyası təşkil olundu. Leyla xanım Əliyeva təşkil edilmiş 
                                                 
1
 Yenə orada. 
2
 Azərbaycan tarixi VII cild. Bakı, 2003, səh.357 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
168
bu  beynəlxalq  tədbirin  əsas  məqsədi  ilə  bağlı  yazır: «Xocalıda  azər-
baycanlılara qarşı törədilmiş soyqırım Azərbaycan tarixinə ən dəhşətli 
və qara səhifələrindən biri kimi həmişəlik yazılmış faciədir… bu qəs-
dən  törədilmiş  aksiya  Azərbaycan  xalqına  qarşı  əsl soyqırım,  kütləvi 
vahiləndirmə aksiyası idi… Biz, sağ qalanlar, bu faciə haqqında həqi-
qəti bütün dünyaya çatdırmalı, baş vermiş hadisəyə beynəlxalq siyasi və 
hüquqi  qiymət verilməsinə  nail  olmalıyıq.
1
 Leyla  xanım  Əliyevanın 
təşəbbüsü ilə yaradılan «Xocalıya Ədalət» kampaniyasının keçirilməsi 
ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü 
il fevralın 13-də «Xocalıya Ədalət» kampaniyasının keçirilməsi il bağlı 
tədbirlər  haqqında  sərəncam  imzaladı.  Son  altı  ərzində  beynəlxalq 
arenada  aparılan  uğurlu  təbliğat  işləri  nəticəsində  bir  çox  dünya  ölkə-
lərinin  parlamentləri  Xocalıda  dinc  əhaliyə  qarşı  törədilmiş  ci-nayəti 
Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayəti kimi tanıdı. 
Bütün tarixi, hüquqi və faktiki sənədlərə əsaslanaraq gəlinən nə-
ticə aşağıdakılardan ibarətdir: Ermənistanın Azərbaycan xalqına qarşı 
yetirdiyi  deportasiya,  etnik  təmizləmə,  soyqırımı  və  işğalçı  siyasət 
nəticəsində  insan  hüquqları  sahəsində  qəbul  edilmiş  çoxsaylı  bey-
nəlxalq  müqavilələrdə  əksini  tapmış  normalar  o  cümlədən  BMT-nin 
Baş Assambleyasının 260 (III)A Qətnaməsi (179-cu plenar iclas, 9 de-
kabr 1948-ci  il)  ilə  qəbul  olunmuş  və 1991-ci  ildə  qüvvəyə  minmiş 
«Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqın-
da»  konvensiyasının  «İnsan  hüquqlarına  dair  Ümumdünya  Bəyanna-
məsi»nin, «Mülki  və  siyasi  hüquqlar  üzrə  Beynəlxalq  Pakt»ın, «İrqi 
ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  edilməsi  haqqında»  Beynəl-
xalq  konvensiyanın, «İşgəncələr  və  digər  qəddar,  qeyri-insani  və  ya 
insan ləyaqətini alçaldan münasibətlərə qarşı və ona görə cəzalandırma 
haqqında»  konvensiyanın, «Uşaq  hüquqları  haqqında»  konvensiyanın, 
o
 
cümlədən «Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorun-
ması haqqında» Haaqa konvensiyasının (1954-cü il), «Mədəni sərvət-
lərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris konvensiyasının (1970-
ci il) YUNESCO-nun Ümumdünya mədəni və  təbii irsin mühafizəsi 
haqqında konvensiyasının (1972-ci il) və «Arxeoloji irsin mühafizəsi 
haqqında» Avropa Konvensiyasının (1992-ci il) bütün müddəaları po-
zulmuşdur. 
 
                                                 
1
 Васиф  Сямядов,  Рювшян  Вялизадя.  Лейла  Ялийева: «Хоъалыйа  Ядалят» (Бейнял-
халг ермяни терроруна гаршы йени стратежи модел). Бакы, 2014, ЫЫЫ ъилд, сящ.5 


ƏLAVƏLƏR


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə