Microsoft access 2010 veriLƏNLƏr bazasinin idarəetmə Sİstemi


İyerarxik (şəbəkə),relyasiya (ingiliscə "relation"),obyektyönlü



Yüklə 125,56 Kb.
səhifə3/10
tarix02.05.2023
ölçüsü125,56 Kb.
#107958
1   2   3   4   5   6   7   8   9   10
Mühazirə 10

İyerarxik (şəbəkə),relyasiya (ingiliscə "relation"),obyektyönlü
Faktiki olaraq, kompüterlərin meydana gəlməsi ilə verilənlər bazasında iyerarxik modeldən istfadə olunurdu, İyerarxik model VB-da verilənlər arasındakı tabeçilik münasibətlərindən asılı olaraq budaqlanma olur. İyerarxik model verilənlərin nizamlı ağac (qraf) şəklində təsvirinə əsaslanır. İyerarxik model səviyyələrdən aşağı səviyyə və yuxan səviyyə ibarətdir.
Aşağı səviyyə yuxarı səviyyəyə tabedir. İyerarxik modelə çox vaxt ağacvari strukturda deyilir.
İyerarxik modelli VB-da verilənlər arasındakı tabeçilik münasibətlərindən asılı olaraq budaqlanma olur. Ağacvari strukturda təpələr (düyünlər) mahiyyətlərin tipini, budaqlar isə mahiyyətlər arasındakı əlaqələri göstərir. Odur ki, bu struktura bəzən budaqlanan struktur da deyilir.
Digər verilənlər təbii olaraq ağacvari struktura malikdirsə, iyerarxik modelin tətbiqi heç bir problem yaratmır. Lakin ağacvari strukturdan fərqli strukturların təsviri üçün modelə əlavə vasitələr daxil edilir. İyerarxik modelda struktur dəyişikliklərinin aparılması, yəni altağacların ağacdan kənarlaşdırılması və ya ağaca əlavə edilməsi böyük çətinliklər yaradır.
Şəbəkə modeli iyerarxik modeldən daha çevik olması ilə fərqlənir. Bu modeldə lazım olan fayla dərhal müraciət etmǝyǝ imkan verən fayllararası çoxqat əlaqələr mümkündür.Şəbəkə modelli VB-da verilənlərə müraciət ona gələn yollar vasitəsi ilə həyata keçirilir və bir verilənə bir neçə yol ilə gəlmək olar. Bu zaman hər bir verilən faktiki olaraq bir neçə verilən ilə bağlı olur və onlar arasında əlaqələr iyerarxik olmaya da bilər.
Şəbəkə modelində müxtəlif tipli əlaqənin reallaşdırılması həm məntiqi, həm də fiziki səviyyədə mürəkkəblik yaradır. Şəbəkə modelli VBIS-in mürəkkəb olması və çox baha başa gəlməsi də bununla əlaqədardır.
Relyasiya modelində əsas anlayış cədvəldir (nisbət, münasibət). Hesab olunur ki, relyasiya verilənlər bazasının strukturu sorğulara münasibətdə daha böyük çevikliyə malikdir. Burada elementlarin iyerarxiyası yoxdur, verilənlər bazasında axtarış zamanı hər bir element açar kimi istifadə olunur.
Yazı dedikdə ayrı-ayrı elementlərin məcmusu deyil, cədvəlin sətri başa düşülür. VB təşkilinin relyasiya prinsipi sorğuların xarakteri haqqında əvvəlcədən heç nə demək mümkün olmadığı halda daha münasibdir. Sadə hallarda verilənləri təsvir etmək üçün bir cədvəl kifayətdir, daha mürəkkəb hallarda isə öz aralarında istinadla bağlı olan bir neçə cədvəl tələb oluna bilər.
Fərdi kompüterlərdə daha geniş istifadə olunan relyasiya modelli verilənlər bazası ilk dəfə IBM firmasının əməkdaşı Edqar Kodd tərəfindən 1970-ci ildə təklif edilmişdir. Riyaziyyatçı alim bu modelin prinsiplərini çoxluqlar nəzəriyyəsinə əsaslanaraq işləyib hazırlamışdır.
Bu prinsiplər ümumi şəkildə aşağıdakılardan ibarətdir:
• Verilənlər münasibətlər (cədvəl) adlanan sətirlər şəklində nizamlanmış yığındır;
• Sətirlər bir-birindən heç olmazsa bir sahənin qiymətinə görə fərqlənirlər,


Yüklə 125,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə