Microsoft access 2010 veriLƏNLƏr bazasinin idarəetmə Sİstemi



Yüklə 125,56 Kb.
səhifə7/10
tarix02.05.2023
ölçüsü125,56 Kb.
#107958
1   2   3   4   5   6   7   8   9   10
Mühazirə 10

Predmet sahəsi avtomatlaşdırıla bilən real dünyanın bir hissəsidir.

  • İnformasiya obyekti real obyektin, prosesin, hadisənin və ya əhvalatın informasiya təsviridir. Hər bir informasiya obyektinə unikal ad mənimsədilir. İnformasiya obyektlərinə misal olaraq - ƏMƏKDAŞLAR, VƏZİFƏLƏR və s. göstərmək olar.

  • Rekvizitlər real obyektin kəmiyyət və keyfiyyət xarakteristikasıdır. Məsələn, ƏMƏKDAŞLAR informasiya obyektinin rekvizitləri - əməkdaşın kodu, soyadı, adı, atasının adı, doğulduğu tarix va s. ola bilər.Açar rekvizit obyektin ayrıca konkret nümunəsini birmənalı təyin edən rekvizitdir. Məsələn, ƏMƏKDAŞLAR informasiya obyekti üçün açar rekvizit - konkret əməkdaşı birmənalı müəyyən edən əməkdaşın kodudur.

  • İnformasiya – məntiq (infoloji) modeli - informasiya obyektlərinin və onlar arasındakı əlaqələrin - məcmusudur.

  • Record (зanиcь/Yazı) informasiya obyektinin konkret nümunəsi haqda informasiyadır. Məsələn, bir əməkdaş haqda informasiya.

  • Field (Пoля/Sahǝ) informasiyanın ən kiçik elementidir. Hər növ məlumat ayrıca sahədə saxlanılır, yəni sahə - verilənlər bazasında obyektin və ya prosesin bir parametrinin qiymətinin saxlanılması üçün ən sadə elementidir. Sahələrə misal olaraq soyadı, adı göstərmək olar.

  • Key (Kлoч/Açar) cədvəldə konkret yazını birmənalı müəyyən edən bir və ya bir neçə sahədən ibarətdir, yəni açar dedikdə, Access obyektinin xüsusiyyətlərini xarakterizə edən məntiqi alaqələndirilmiş sahələr toplusu başa düşülür. Cədvəlin sətirlərinə, başqa sözlə, faylın yazılarına birbaşa müraciət etmək üçün açardan istifadə olunur. Cədvəlin açarı 2 formada olur: Primary key (Первичный кл0ч/Ilkin açar) va Foreign key (Внешний клоч/Xarici açar). İlkin (Əsas) açar rolunda cədvəlin mətn tipli sahələri çıxış edə bilər. Xarici açarlar isə başqa cədvəllərin sahələridir. Xarici açar cədvəlin bir və ya bir neçə sahəsi olub, özündə başqa cədvəlin sahə və ya sahələrindən teşkil olunmuş ilkin açara istinadı saxlayır.


  • Yüklə 125,56 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə