Microsoft access 2010 veriLƏNLƏr bazasinin idarəetmə Sİstemi



Yüklə 125,56 Kb.
səhifə4/10
tarix02.05.2023
ölçüsü125,56 Kb.
#107958
1   2   3   4   5   6   7   8   9   10
Mühazirə 10

VB mərkəzi obyekti cədvəldir. Bu gün cədvəl əsasında yaradılmış VB daha çox yayılıb. Ən sadə VB-da azı bir cədvəl olur. Ümumiyyətlə isə VB-da adətən onlarca cədvəl olur.
Relyasiya modelində VB-nin məntiqi sxemi nisbətlər (cədvəllər, münasibətlər) sxemi şəklində təsvir olunur. Relyasiya modeli elementlərindən ən mühümü nisbətdir.Nisbət (ingiliscə-relation)- kortej adlanan elementlər çoxluğundan ibarətdir. Nisbətin təsvirinin əyani forması bizim üçün adi olan ikiölçülü cədvəldir.Bildiyimiz kimi, cədvəl də sətirlərdən və sütunlardan ibarət formadır.Cədvəlin hər bir sətri eyni struktura malik olan sahələrdən ibarətdir.Nisbət baxımından cədvəlin sətrinə kortej, sütununa isə domen deyilir.Adlandırılmış domeno isə atribut deyilir.

Nisbətin (cədvəl, münasibət) gücü kortejlərin sayı ilə, qüvvəti isə domenlərin (sütunların) sayı ilə ifadə olunur.Əksər hallarda hər bir nisbət (cədvəl faylı) ayrıca faylda saxlanılır. MS Access-də bir faylda bütöv verilənlər bazası saxlanılır.
Relyasiya modelində nisbətə müəyyən tələblər qoyulur. Odur ki, cədvəlin nisbət hesab olunması üçün o, aşağıdakı şərtlərə cavab verməlidir.
Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru) açar sahə verməyibsə, VBIS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir.
Obyektyönlü model. Obyektyönlü modella verilənlərin təsvirində VB-nin ayrı-ayrı yazılarını təyin etmək mümkün olur. Obyektyönlü proqramlaşdırma dillərindəki uyğun vasitələrə oxşar mexanizmlarin köməyilə VB-nin yazıları ilə onların emalı funksiyaları arasında qarşılıqlı əlaqələr qurulur.
Obyektyönlü VB-nin strukturunu qrafik olaraq təpələri obyektlər olan ağac şəklində təsvir etmək olar. Obyektlərin xassələri hər hansı standart tiplə (məsələn, String sətir) və ya istifadəçi tərəfindən "class" (sinit) kimi təyin edilən tiplə təsvir olunur. "String" tipli xassənin qiyməti simvollar sətri ola bilər. "Class" tipli xassənin qiyməti uyğun sinfin nüsxəsi olan obyektdir. Həmin obyekt göstərilən xassələrə malik olan obyektin törəməsi hesab olunur.
Obyekt-sinfin nüsxəsi öz sinfinə mənsub olub, bir valideynə malikdir. VB-də qohumluq münasibətləri obyektlərin iyerarxik əlaqələrini təşkil edirlər. Obyektyönlü VB-nin məntiqi strukturu xarici görünüşünə görə iyerarxik VB-nin strukturna oxşayır. Onlar arasında əsas fərq verilənlərin emalı metodlarındadır. SQL operatorlarına oxşar əməliyyatlar da müəyyən məhdudluqlarla tətbiq edilə bilər (məsələn, VB-nin yaradılması üçün). VB-nin yaradılması və modifikasiyası verilənlərin axtarışını sürətləndirmək üçün tətbiq edilən indeks cədvəllərinin avtomatik tərtib və təshih edilməsi ilə müşayiət olunur.
Obyektyönlü VB-də axtarış istifadəçinin sorğuda göstərdiyi obyektlə VB-də saxlanan obyekt arasındakı oxşarlığı müəyyənləşdirməkdən ibarət olur. İstifadəçinin göstərdiyi və "məqsəd" adlana obyekt (onun xassəsi "goal" tipi ilə təyin edilir) ümumi halda VB-də saxlanan bütün obyektla iyerarxiyasının altçoxluğu ola bilər. Obyekt-məqsəd və sorğunun nəticəsi VB-nin özündə saxlana bilər. Verilənlərin obyektyönlü modelinin relasiya modeli ilə müqayisədə üstünlüyü obyektlərin mürəkkəb əlaqələri haqqında informasiyanı əks etdirmək imkanının olmasıdır.
Obyektyönlü model VB-nin ayrı-ayrı yazılarını və onların emalı funksiyaların təyin etməyə imkan verir. Obyektyönlü modelin çatışmazlığı onun mürəkkəbliyindən, verilənlərin emalının rahat olmamasından və sorğuların yerinə yetirilmə sürətinin aşağı olmasından ibarətdir.
Verilənlər bazasında axtarışın operativliyini və keyfiyyətini təmin etmək üçün bu prosesi avtomatlaşdırmaq lazımdır. Müasir kompüter texnologiyaları müxtəlif cür informasiyaların elektron şəkildə saxlanması və emalını təşkil etməyə imkan verir. Kompüterdə verilənlər bazasını bir neçə üsulla yaratmaq olar. Birincisi, proqramlaşdırma dillərinin köməyilə. Bu üsuldan təcrübəli proqramçılar istifadə edirlər. İkincisi, verilənlər bazasının idarə olunması sistemi (VBIS) adlandırılan xüsusi proqram mühitində.
VBİS - verilənlər bazasının yaradılması, redaktəsi, idarə olunması üçün proqram vasitələrinin toplusudur. Beləliklə, VBİS

  • VB strukturunun yaradılmasını,

  • bazanın verilənlərlə doldurulmasını,

  • bazada olan verilənlərin redaktəsini,

  • İnformasiyanın virtuallaşdırılmasını

İnformasiyanın vizuallaşdırılması dedikdə, verilənlərin seçilməsi, nizamlanması, lazım olan şəkildə tərtib edilməsi və çap olunması nəzərdə tutulur.VBIS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir. Bu proqramlar böyük həcmli informasiya massivlərini-verilənlər bazasını idarə etmək üçün nəzərdə tutulur. Belə sis- temlər bazaya yazıların daxil edilməsi, nizamlanma, axtarış, dəyişiklik və düzəlişlər və s. əməliyyatları aparmağa imkan verir. Verilənlər bazasını idarəetmə sistemlərindən geniş yayılmışları bunlardır: Dbase, FoxBase, Clipper, FoxPro, Paradox, Access və s.
VBIS VB-nin dörd modelinə uyğun olaraq iyerarxik, şəbəkə relyasiya və obyektyönlü ola bilər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasiya strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasiya VB, adətən, münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur. Bu gün ən geniş yayılmış VBIS verilənlərin müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır. relyasiya modelinə əsaslanır. Bu, digərləri ilə VBIS xüsusi obyektlərə malikdir və o, bu obyektlərin köməyi ilə VB-nin yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir.

Yüklə 125,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə