Microsoft access 2010 veriLƏNLƏr bazasinin idarəetmə Sİstemi


Microsoft Access 2010-da VB-nin təşkili üsulları (VB-nin iş rejimləri, obyektləri, layihələndirilməsi)



Yüklə 125,56 Kb.
səhifə5/10
tarix02.05.2023
ölçüsü125,56 Kb.
#107958
1   2   3   4   5   6   7   8   9   10
Mühazirə 10

Microsoft Access 2010-da VB-nin təşkili üsulları (VB-nin iş rejimləri, obyektləri, layihələndirilməsi)
VBİS Access 2010 relyasiya tipli verilənlər bazasının idarəetmə sistemi hesab edilir. Belə bazada verilənlər, sətirləri (yazıları) müəyyən tipli sahələr toplusundan ibarət olan cədvəllər şəklində saxlanılır. Hər bir sətir indekslərlə (açarlarla) rabitələnə bilər. Cədvəllərin eyni tipli sahələri (sütunları) ola bilər ki, bu da onlar arasında əlaqə yaratmağa və müxtəlif əməliyyatlar aparmağa imkan verir. Cədvəllərin müǝyyǝn edilməsi, yaradılması, silinməsi, onların modifikasiyası, cədvəllərdə verilənlərin müəyyən şərtlərə görə axtarışı (sorğuların yerinə yetirilməsi), verilənlər bazasının məzmunu haqda hesabatların yaradılması verilənlər bazası üzərində tipik əməliyyatlar hesab edilir.Nisbətlər üzərində əməliyyat aparmaqla digər nisbətləri almaq olar. Məsələn, relyasiya verilənlər bazasında verilən sorğunun nəticəsi kimi bazada saxlanan nisbətlər əsasında hesablanmış yeni nisbət almaq olar. Odur ki, emal olunan verilənləri saxlanan və hesablanan hissələrə ayırmaq olar.
Relyasiya modelli VB-lərin əksəriyyətində verilənlərin emalının əsas vahidi, ənənəvi proqramlaşdırma dillərində olduğu kimi, kortej (yazı) yox, nisbət qəbul olunmuşdur. Nisbətlər üzərində aparılan əməliyyatları 2 (iki) qrupa bölmək olar. I qrupa çoxluqlar üzərində aparılan əməliyyatlar aiddir: birləşmş, kəsişmə, fərq, dekart hasil; II qrupa nisbətlər üzərində aparılan xüsusi əməliyyatlar aiddir: proyeksiya, birləşdirmə, seçmə imkanlarından və mürəkkəb sorğulara cavab vermək qabiliyyətindən asılı olaraq, müxtəlif verilənlər bazasını idarəetmə sistemlərində bu əməliyyatların hamısı və ya müəyyən hissəsi reallaşdırılır.
Relyasiya VBIS-lərində nisbətlər üzərində əməliyyatların aparılması üçün 2 qrup dildən istifadə olunur. I qrup dillər relyasiya cəbrinə, II qrup dillər isə relyasiya hesablamalarına əsaslanır. Relyasiya cǝbrində operandlar və əməliyyatların nəticələri nisbətlər olur. Sorğunun nəticəsi olan nisbət saxlanan nisbətlər üzərində ardıcıl aparılan əməliyyatlardan alınır. Bu cür dillər əsasən prosedur dillar olur. Bu dillǝrǝ misal olaraq dBase dilini göstərmək olar. Relyasiya hesablamalarına əsaslanan dillər isə qeyri-prosedur dillərdir. Bu dillərdə VB-yə verilən sorğu yalnız tələb olunan nəticə haqqında informasiyaya malik olur. Bu qrup dillǝrǝ misal olaraq SQL dilini göstərmək olar.

Yüklə 125,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə