Microsoft access 2010 veriLƏNLƏr bazasinin idarəetmə Sİstemi


Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri



Yüklə 125,56 Kb.
səhifə6/10
tarix02.05.2023
ölçüsü125,56 Kb.
#107958
1   2   3   4   5   6   7   8   9   10
Mühazirə 10

Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri. Relyasiya verilənlər bazasının struktur elementlari fayl, sahə və yazılardır. Bütün verilənlər cədvəl şəklində fayllarda saxlanılır. Relyasiya strukturlu verilənlər bazasında sahələr verilənlər bazasının strukturunu yaradır, yazılar isə VB-də olan informasiyanı ifadə edir.
Sahələrin xüsusiyyətləri. Hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur. Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir verilənlər bazası iki eyniadlı sahəyə malik ola bilməz.
Hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də həmin sütunun başlığında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma imza verilmədikdə həmin sahənin başlığında onun adı yazılır. Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu, Kompüterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır.
Unikal və açarlı sahələr. Cədvəllərarası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır.Unikal sahədə yanılar təkrarlandıqda Kompüterin xəbərdarlıq bildirməsi üçün açarlı sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açarlı sahələr ilə Kompüter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir.
MS Access relyasiya tipli verilənlər bazasının idarəetmə sistemi ilə işləyərkən istifadə olunan asas istifadə olunan anlayışlar və obyektlər aşağıda göstərilənlərdən ibarətdir

  • Verilənlər bazası (VB) EHM vasitəsi ilə saxlanılan, emal edilən və yeniləşən verilənlər toplusunun xüsusi şəkildə təşkil olunmuş məcmusudur. Məsələn, "Kadrlar" verilənlər bazası müəssisənin əməkdaşları haqda məlumatlardan ibarətdir.

  • VBIS verilənlər bazasını yaratmaq və ona xidmət etmək üçün nəzərdə tutulmuş mürəkkəb proqramlardır. Relyasiya verilənlər bazası qarşılıqlı əlaqədə olan cədvəllər çoxluğundan ibarətdir.


  • Yüklə 125,56 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə