Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə63/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   59   60   61   62   63   64   65   66   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
198 
 
zımdır.  Rəssam  əsərin  məzmununu  daha  dolğun  ifadə  etmək  im-
kanlarını axtarmalıdır. Məhz bu cür yanaĢma illüstrativ sıranın re-
daktor tərəfindən nəzərdən keçirilməsinin əsasında durur. Ġllüstra-
siyanın  oxucu  tərəfindən  qavranılmasında  emosional  baĢlanğıc 
ciddi  yer  tutur.  Redaktor  təhlilinin  inandırıcı  olması  üçün  mate-
rialın nəĢrin mahiyyətindən doğan illüstrativ sıranın nəzəri cəhət-
dən əsaslandırılmıĢ xüsusiyyətlərinə istinadlanaraq qiymətləndiril-
məsi zəruridir.  
Kitabın nəĢri prosesi mürəkkəb, kompleks prosesdir. Redak-
tor illüstrativ sıranı qiymətləndirərkən ədəbi əsərin, nəĢrin, oxucu 
qavrayıĢının baĢlıca xüsusiyyətlərindən çıxıĢ edir və illüstrasiyala-
rın funksiyalarını nəzərə alır. Bu xassələri nəzərdən keçirək. 
Məlum  olduğu  kimi,  bədii  əsər  məzmunun  mənası  və  onun 
təqdimatı forması kimi göstəricilərlə səciyyələndirilir. Ġllüstrasiya-
lar əsərin mənasına və yaxud onun formasına istiqamətlənə bilər.  
Ġllüstarsiyaların hazırlanması istiqamətlərinin müəyyənləĢdi-
rilməsinin çoxlu imkanları vardır. Belə ki, nəĢrin verbal və vizual 
sıralarının  qarĢılıqlı  təsirinin  müəyyənləĢdirilməsinə  müxtəlif 
yanaĢmaları əks etdirən ən müxtəlif konsepsiyalara təsadüf etmək 
mümkündür.  
NəĢrin  baĢlıca  xüsusiyyətləri  də  redaktor  tərəfindən  illüs-
trativ sıranın qiymətləndirilməsinə təsir edir. Redaktor illüstrasiya-
nı  təhlil  edərkən nəĢri həm  hadisə, həm  də proses kimi  nəzərdən 
keçirməlidir.  Ġllüstrativ  sıra  ədəbi  əsərə  tabe  olmalı  və  bu  əsərin 
mənasının aydınlaĢdırılmasına yönəlməlidir.  
Kitabı (nəĢri) proses kimi nəzərdən keçirərkən illüstrativ sı-
ranın vizual qavrayıĢ dinamikasında oxucuya təsirinin imkanlarını 
nəzərə almaqla nəĢrin tərtibatının çıxıĢ müddəalarını müəyyənləĢ-
dirmək mümkündür. Bundann baĢqa, illüstrasiyalaĢdırma konsep-
siyasının müəyyənləĢdirilməsi zamanı nəĢr tiplərinin və növlərinin 
xüsusiyyətlərini nəzərə almaq zəruridir. 
İllüstarsiyaların funksiyaları. Ġlk növbədə redaktorun nəzərə 
alması üçün zəruri olan funksiyalar aĢağıdakılardan ibarətdir: 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
199 
 

 
Ġdraki; 

 
Tərbiyəvi; 

 
DolğunlaĢdırıcı; 

 
Təqlidi; 

 
Məzmunu izahedici və dərinləĢdirici; 

 
Estetik. 
NəĢrin  tərtibatının  dəyərləndirilməsi  zamanı  yalnız  rəssam 
tərəfindən orijinalın hazırlanması keyfiyyəti deyil, habelə illüstra-
siyaların  poliqrafik  icrasının  keyfiyyəti  də  əhəmiyyətə  malikdir. 
Bu prosesdə redaktorun və rəssamın iĢi kompleks səciyyə daĢıyır. 
Rəssam illüstrasiyaların hazırlanmasına müraciət edərkən nəzərdə 
tutulan  kitab  üçün  mövcud  olan  poliqrafik  Ģərtlər  haqqında  aydın 
təsəvvürə  malik  olmalıdır.  Redaktor,  rəssam  və  bədii  redaktor  ilə 
birlikdə ədəbi əsərin və bütövlükdə kitabın surət-assosiativ qurulu-
Ģunun,  illüstrativ  sıranın  yaradılması  metodlarının  axtarıĢında  iĢ-
tirak etməlidir.  
Məzmunun  vizual  nümayiĢi  metodunun müəyyənləĢdirilmə-
sinin əsasında, bir qayda olaraq, ədəbi əsərin məzmunun, səciyyə-
vi xüsusiyyətlərinin, oxucu maraqları və qavrayıĢ imkanlarının ke-
yfiyyətinin nəzərə alınması durur.  
Kitabı  hadisə  kimi  nəzərdən  keçirərkən  onun  tamlığını,  bü-
tövlüyünü nəzərə almaq lazımdır. Ġllüstrasiyalar mətnin və təsvirin 
ümumiliyini  təmin  etməli,  bədii  əsərin  məzmun  və  formasının 
vəhdətinin qavranılmasında oxucuya  yardım etməlidir. Buna görə 
də  redaktor  iĢinin  baĢlıca  prinsiplərindən  biri  ayrı-ayrı  vərəqlərin 
deyil, ədəbi əsərdə təhkiyənin ən mühüm dönüĢlərinin nəzərə alın-
ması Ģərtilə illüstrasiyaların hamısının qiymətləndirilməsidir.  
NəĢrin  tamlığı  əslində  illüstrativ  sıranın  tamlığı  ilə  təmin 
olunur.  Ġllüstrasiyalar öz aralarında  yerləĢmənin  müəyyən ardıcıl-
lığı, uzlaĢması, onlarda məzmunun inkiĢaf dinamikasının düĢünül-
müĢ olması ilə bir-birinə qarĢılıqlı təsir göstərməlidir. Yəni, illüs-
trasiyalar özəl  kiçik  süjetə  malik  olaraq,  hərəkətin müəyyən inki-
Ģafını  nümayiĢ  etdirərək  müstəqil  əhəmiyyət  kəsb  edir.  Bundan 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
200 
 
baĢqa, ardıcıl epizodlar sırasının vahid kompozisiyada birləĢdiril-
məsi təhkiyəni dolğunluqla təmin edir, təfsilatı qeyd etmək imkanı 
verir.  
NəĢrin  tamlığı  kitabın  bütün  təsviri  elementlərinin  tərtibat 
tərzinin vəhdəti ilə yaradılır. Seriyalı nəĢrin yaradılması gediĢatın-
da  vahid  üsluba  əməl  etmək  xüsusilə  çətindir.  Bu  zaman  hər  bir 
cildə  və  yaxud  seriyanın  buraxılıĢına  illüstrasiyaların  seriya  tərti-
batı və hazırlanması iĢi ilə müxtəlif rəssamlar məĢğul olurlar.  
Redaktor kitabda illüstrativ materialın yerləĢməsinin təĢkili-
nin  qanunauyğunluqlarına  istinad  etməlidir.  Bu  qanunauyğunluq-
lar qiraətin dinamikası ilə müəyyən olunur. Belə ki, illüstrasiya bi-
liklərin  alınması  ritmini,  mətnin  və  illüstrasiyaların  əvəzlənməsi 
hesabına  təhkiyənin  ritmini  verə  bilər.  Əgər  oxucunun  diqqətini 
yalnız ümumi planda təqdim olunmuĢ hadisəyə  yönəltmək zəruri-
dirsə,  lakin  redaktorun  fikrincə  məzmunun  baĢa  düĢülməsi  üçün 
vacib  əhəmiyyət  kəsb edirsə, onda illüstrasiyanı  üfüqi  vəziyyətdə 
yerləĢdirmək olar.   
Ədəbi-bədii nəĢrin illüstrasiyaları üzərində iĢ redaktorun yal-
nız yaradıcı münasibətini tələb etmir. Eləcə də bu iĢ ondan nəĢrin 
vizual  sırasının  xüsusiyyətlərini  yaxĢı  bilməyi,  rəssamı  və  incə-
sənət  əsərlərinin  bədii  qavranılmasının  səciyyəvi  xüsusiyyətlərini 
anlamaq bacarığını tələb edir.              
 
ƏDƏBĠYYAT 
 
Fərruxfal  R.  Ədəbi  mətnlərin  redaktəsi  /  fars  dilindən  çevirən 
M.Məhəmmədi.http://kultaz.com/2008/01/22/rza-ferruxfal-edebi-
metnlerin-redaktesi/ 
Vəliyev Ġ. Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi. – Bakı: 2002.-  
200s. 
Антонова С. и др. Редакторская подготовка изданий: Учебник. - 
Москва, Издательство МГУП., 2002, 468 с. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə