Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə65/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   61   62   63   64   65   66   67   68   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
205 
 
Tədris  proqramlarında  edilən  dəyiĢikliklər,  elmi-texniki 
nailiyyət,  yeni  normativ  aktlar,  texnologiyada  və  ölçü  vahidlərin-
dəki dəyiĢikliklər, həmçinin kitabların məhvi – bütün  bu xüsusiy-
yətlər bu və ya digər əsərin təkrar nəĢri haqqında qərar  çıxarılma-
sına bilavasitə təsir göstərir. 
  Plana  daxil  etmək  üçün  mövzu  seçərkən  nəzərə  almaq  la-
zımdır ki, mövcud mövzuya aid kitabın təkrar nəĢri üçün nəĢriyya-
tın  real  imkanları  varmı  və  poliqrafiya  müəssisəsi  nəĢrin  tərtiba-
tının bütün tələblərini keyfiyyətlə yerinə yetirmək  qabiliyyətində-
dirmi? 
Statistikadan aydın görünür ki, təkrar nəĢrə daha çox rast gə-
linən ədəbiyyat növü dərsliklərdir. 
Əksər  hallarda  təkrar  nəĢr  haqqında  qərar  qəbul  edilərkən 
kommersiya  gəliri  əsas  götürülür.  NaĢirlər  böyük  oxucu  tələbatı 
ilə  seçilən  dərslikləri,  sorğu  kitablarını,  istehsal  vəsaitlərini  yeni-
dən  nəĢr  edirlər.  Çox  zaman  elmi  (orta  və  ali  məktəb  dərslikləri, 
elmi-köməkçi vəsaitlər), filoloji (xarici dilləri öyrədən dərsliklər), 
ikidilli  lüğətlər  və  hüquq  ədəbiyyatı  nəĢrləri  (rəsmi  sənədlər,  qa-
nunlar, aktlar, sərəncamlar) daha çox təkrar nəĢr olunurlar. 
NaĢirlər üçün vacib  problemlərdən biri  – nəĢrlərin  tipologi-
yasıdır. Təkrar nəĢr zamanı redaktor üçün vacib məsələlərdən biri 
gələcək nəĢrin tipinin düzgün müəyyən olunmasıdır. NəĢrin kitab 
bazarındakı uğuru, alıcılıq qabiliyyəti bundan asılıdır. Bu, həm də 
təkrar və paralellizmlə bağlı olan  çoxlu  sayda nəĢriyyat  problem-
lərinin aradan götürülməsinə, nəĢrin uyğun aparatla təmin edilsinə
redaktor hazırlığının təkmilləĢdirilsinə, oxucuların bu və ya digər 
nəĢrə olan tələbatının ödənilməsinə kömək edir. 
Müxtəlif tipli nəĢrlərin təsnifləĢdirilməsinin məqsədi və oxu-
cu ünvanının  əlamətlərinə görə tipologiyanın müəyyənləĢdirilmə-
sində hələ də çox ziddiyyətli fikirlər vardır. Uzun müddət Ģikayət 
edilirdi  ki,  müəllif  əsərlərinin  əksəriyyəti  aydın  profilsiz,  dəqiq 
oxucu  auditoriyasına  ünvanlanmadan,  bütün  məsələləri  gündəmə 
gətirib heç birini sona qədər tam həll etmədən çap olunurlar. Məhz 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
206 
 
bu  ziddiyyətli  fikirlərin  qarĢısını  almaq  üçün  və  ölkədə  nəĢr  olu-
nan  təkrar  nəĢrlərin  keyfiyyət  səviyyəsini  artırmaq  üçün  nəinki 
əsər  müəllifləri,  həmçinin  nəĢri  həyata  keçirəcək  nəĢriyyat,  onun 
redaktoru,  digər  məsul  Ģəxslər  və  kitab  ticarəti  ilə  məĢğul  olan 
ayrı-ayrı müəssisə rəhbərləri də bu iĢdə maraqlı olmalıdırlar. NəĢr 
üzərində redaksiya iĢinin nə kəmiyyət, nə də keyfiyyət xarakteris-
tikası  onun  tipini  müəyyənləĢdirmək  iqtidarında  deyil.  Bu  zaman 
nəĢrin araya-ərsəyə gəlməsi üçün sərf edilən bütün əmək əhəmiy-
yətini itirər və bu yalnız mənasız vaxt itkisinə gətirib çıxarar. NəĢ-
rin tipini  yalnız onun nəyi ifadə efməsi  baxımından müəyyənləĢ-
dirmək olar
180
.  
Təkrar nəĢrin redaktə  prosesinə  yalnız təkrar nəĢr üçün  əsər 
seçildikdən, gələcək təkrar nəĢrin tipoloji xarakteri müəyyənləĢdi-
rildikdən,  bütün  lazımi  dəyiĢikliklər  və  tamamlanma  edildikdən, 
səhvlər üzərində müəyyən iĢlər aparıldıqdan sonra baĢlamaq olar. 
 
   
 
 
 
Təkrar nəşrlərin çapa hazırlanması 
   
 
Hər  hansı  bir  əsərin  təkrar  nəĢri  zamanı  redaktor  müəlliflə 
birgə  iĢlənəcək  yeni  materialın  həcm  və  məzmununu  müəyyən 
edir,  yəni  əsas  mətnə  ediləcək  dəyiĢikliklərin  xarakterini  tapır. 
Təkrar  nəĢrlərin  növündən  asılı  olaraq,  ediləcək  əlavələrin  məz-
munu  və  həcmi  müəyyən  olunur.  Redaktor  özü-özlüyündə  edilə-
cək  əlavələrin nə  qədər  vacib  olduğunu, nəĢri keyfiyyət baxımın-
dan necə yaxĢılaĢdıracağını müəyyənləĢdirməyə borcludur. Ortaya 
çıxan  qüsur  və  anlaĢılmamazlıqları  redaktor  müəlliflə  birgə  həll 
etməyə  çalıĢmalıdır  və  nəĢrin  səviyyəli  alınmasında  ilk  növbədə 
redaktor və müəllif maraqlı olmalıdırlar. Elə hallar da olur ki, ilkin 
nəĢrdə  texniki  səbəblər  üzündən  mətni  ixtisar  etmək,  yaxud  da 
                                                           
180
  Антонова  С.  и  др.  Редакторская  подготовка  изданий:  Учебник.  - 
Москва, Издательство МГУП., 2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
207 
 
əlavələr etmək lazım gəlir ki, nəĢrin həcmini mövcud çap vərəqinə 
tam Ģəkildə çatdırıb yerləĢdirmək mümkün olsun. Bəzən müəlliflə 
birlikdə  redaktor  heç  də  böyük  əhəmiyyəti  olmayan  bir  materialı 
mətnə əlavə etməyə və ya hansısa bir fəsli tamamilə ixtisar etməyə 
məcbur olur
181
. Növbəti, yəni təkrar nəĢrdə isə həm müəllif, həm 
də redaktor əvvəlki nəĢrdə ixtisar olunmuĢ materialı əlavə etmək, 
bütün  səhvləri  düzəltmək,  köhnəlmiĢ  informasiyaları  mümkün 
qədər 
azaltmaq 
imkanına 
malikdirlər. 
Təkrar 
nəĢrin 
kompazisiyasına  redaktor  xüsusi  bir  diqqətlə  yanaĢmalıdır  və 
peĢəkarcasına  davranmalıdır.  Yenidən  iĢlənmiĢ  materialın  həcmi 
çox olarsa, bu zaman redaktor təkrar nəĢrin və onun ayrı-ayrı his-
sələrinin  nə  dərəcədə  uğurlu  olduğunu  dəqiq  müəyyən  etməlidir. 
Kompozisiyadakı dəyiĢikliklər əsaslandırılmıĢ Ģəkildə olmalıdır və 
nəĢrin  planını  və  məzmununu  tam  qavramaq  üçün  redaktor  əsəri 
bütünlüklə oxumalı, onu özündən əvvəlki nəĢrlə müqayisə etməli, 
gələcək  nəĢrə  veriləcək  adın  nə  dərəcədə  dəqiq  və  dolğun 
seçildiyini müəyyənləĢdirməlidir. 
   
 
 
Təkrar nəşrin aparatının redaktəsi 
 
NəĢr aparatı−axtarıĢ, sorğu, elmi və  ya izahlı mətn element-
lərinin  kompleksidir.  NəĢrin  aparatının  tərkibi  konkret  ədəbiyyat 
növü ilə sıx bağlıdır. NəĢrin aparatına aĢağıdakılar daxildir: 

 
birbaĢa  mətnin  məzmununa  münasibət  bildirən  və  oxucuya 
müəllif  mətni  haqqında  düzgün  təsəvvür  formalaĢdırmağa 
kömək edən materiallar, müĢayiətedici məqalələr və Ģərhlər 
bu materiallara aiddir;   
 

 
tam  sorğu  xarakteri  daĢıyan  elementlər.  Bu  elementlərin 
nəĢrdənkənar  mövcudluğu  mümkünsüzdür.  Onlar  bir  növ 
                                                           
181
  Антонова  С.  и  др.  Редакторская  подготовка  изданий:  Учебник.  - 
Москва, Издательство МГУП., 2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə