Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə64/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   60   61   62   63   64   65   66   67   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
201 
 
Барыкин  В.  Справочный  аппарат  изданий  художественной 
литературы. - М.: 1978. 
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
202 
 
X FƏSĠL 
TƏKRAR NƏġRLƏR 
 
Təkrar nəşrlərin tipoloji xarakteristikası 
 
Kitabların  təkrar  nəĢri  ilə  bağlı  terminlərin  və  ″təkrar  nəĢr″ 
anlayıĢının  vahid  izahı,  demək  olar  ki‚  indiyədək  mövcud  deyil. 
Təkrar nəĢrlərin əsas növləri aĢağıdakılardır: həqiqi təkrar nəşr və 
təkrar çap olunma.  
Bu  anlayıĢlar  mahiyyətcə  eynilik  təĢkil  etsələr  də‚  onların 
bir-birindən  fərqli  cəhətləri  də  mövcuddur.  Belə  ki‚  ″təkrar  çap 
olunma″ hər hansı əsərin əvvəllər nəĢr olunmuĢ və baĢqa bir nəĢ-
riyyat tərəfindən buraxılmıĢ mətni əsasında çapıdır. ″Təkrar nəĢr″ 
isə  mövcud  nəĢriyyat  tərəfindən  iĢıq  üzü  görmüĢ  hər  hansısa  bir 
nəĢrin yenidən çap olunmasıdır.  
Mətnində zəruri dəyişiklik edilən və ya edilməyən, ayrıca ti-
rajla buraxılan nəşrlər təkrar nəşr adlanır.  
Təkrar  nəĢr  hansısa  bir  dəyiĢiklik‚  əlavələr‚  səhvlərin  dü-
zəliĢi‚ yenidən iĢlənmə‚ həmçinin sadalanmıĢ növlərin birgə kom-
binasiyası və  ya əvvəlki nəĢrin tamamilə təkrar edilməsi əsasında 
hazırlana bilər. Onu da qeyd edək ki‚ əgər nəzərdə tutulan nəĢrdə 
bundan  öncəki  nəĢrin  mətninin  25%-dən  çoxu  dəyiĢikliyə  uğra-
mıĢsa‚ bu təkrar nəĢr deyil‚ əksinə‚ tamamilə yeni nəşr hesab olu-
nur. Bütün bu xüsusiyyətləri nəzərə alaraq‚ təkrar nəĢrlərin aĢağı-
dakı növləri müəyyən olunmuĢdur
179

 
 

 
TamamlanmıĢ   
 
 

 
Səhvləri düzəldilmiĢ 
 
 
 
 

 
Yenidən iĢlənmiĢ 
 
 
 
 
 

 
Yenidən baxılmıĢ 
 
 
 
 
                                                           
179
  Антонова  С.  и  др.  Редакторская  подготовка  изданий:  Учебник.  - 
Москва, 2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
203 
 

 
GeniĢləndirilmiĢ 
 
 
 
 
 

 
Stereotip. 
 
 
 
 
 
 
Təkmilləşdirilmiş  nəşr  əvvəlki nəĢrdən əlavə mətni  və  əlavə 
qeydləri ilə fərqlənən nəĢrdir. 
Yenidən  işlənmiş  nəşr  əvvəlki  nəĢrdən  müəyyən  dəyiĢikliyi 
ilə fərqlənən nəĢrlərə deyilir. 
Stereotip  nəşr  dəyiĢiklik  edilmədən  əsərin  stereotipdən  tək-
rar çapıdır.  
Bundan əlavə‚ təkrar nəĢrlərin əsas qrupunu reprint və faksi-
mile nəşrlər təĢkil edir. Onları eyniləĢdirmək olmaz. Reprint nəĢr 
– müvafiq nəĢrin ayrıca ottiskinə deyilir. Belə hesab edilir ki‚ rep-
rint nəĢrlərdən çox mürəkkəb topluların təkrar nəĢri zamanı və ya 
ilkin  nəĢrin  simasını  saxlamaq  ehtiyacı  olarkən  istifadə  etmək 
daha məqsədəuyğundur. Reprint nəĢrlər 2 növə bölünür: 
1.
 
Əvvəllər müxtəlif nəĢrlərdə iĢıq üzü görmüĢ əsərlərin bir 
nəĢrdə yenidən çap edilməsi
2.
 
NəĢrin  əsas  tirajı  hazırlanana  qədər  çap  olunan  cüzi 
nəĢrlər. 
 
 
Preprint nəĢrlər əksər hallarda reklam məqsədilə hazırlanır.  
Faksimile - qrafik orijinalın fotoqrafiya‚ yaxud çap üsulu ilə 
çıxarılan  dəqiq  surətidir.  Faksimile  nəĢr  zamanı  qrafik  orijinalın 
ölçüləri‚ kağızın və ya cildin xarici görünüĢü‚ mətnin və ya illüs-
trasiyaların bütün xüsusiyyətləri və s. qorunub saxlanılmalıdır. 
 
Təkrar nəĢr müqavilədə qeyd olunmuĢ müddət və ya əvvəlki 
nəĢr üçün qanuni müddəti bitdikdən sonra iĢıq üzü görə bilər. Bu-
nun  üçün  kitabın  müəllifi  ilə  müqavilə  bağlanır  və  ona  müəyyən 
məbləğdə  qanorar  ödənilir.  Əgər  müqavilədə  göstərilmiĢ  müddət 
ərzində əsər dəyiĢiklik edilmədən tamamlanmıĢ‚ yəni əlavə tirajla 
çap  olunmuĢsa  və  müəllif  qanorarı  ödənilmiĢsə‚  bu  tiraj  yenidən 
çap  adlanır.  Bu  zaman  nəĢriyyat  orijinalı  kimi  baĢqa  nəĢriyyatda 
çap olunmuĢ hər hansı bir mətndən istifadə olunur. NəĢriyyatın öz 
nəĢrini yenidən çap etməsi ya dəyiĢiklik olunmadan təkrar nəĢrdir‚ 
ya da  çapın  tamamlanmasıdır. NəĢriyyat  redaktoru  əsərləri təkrar 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
204 
 
nəĢrə  hazırlayarkən  bəzi  kriteriyalara  xüsusi  diqqət  yetirməlidir. 
Əsərin seçilməsi isə müntəzəm‚ sistematik‚ ildən-ilə aparılmalıdır. 
Seçim subyektiv və ya təsadüfi olmamalıdır. Subyektiv elementlə-
rin mümkün qədər az olması üçün ölkənin görkəmli elm adamla-
rından ibarət  komissiya  bu iĢə cəlb  olunmalıdır. NəĢrlərin seçimi 
onların  bədii  keyfiyyətlərinə  görə  aparılmalıdır.  Lakin  diqqət  ye-
tirmək lazımdır ki‚ eyni bir əsər dəfələrlə təkrar nəĢr olunmasın.   
Hal-hazırda nəĢriyyatların çoxu bədii prinsiplər əsasında de-
yil,  kommersiya  prinsipləri əsasında fəaliyyət  göstərirlər. PeĢəkar 
redaktor nəĢrin səmərəli (rasional) tirajını müəyyən edir, oxucu tə-
ləbatını,  mövcüd  kitabda  oxucunu  cəlb  edən  xüsusiyyətləri,  onun 
məzmun və tərtibatını öyrənir. 
Əvvəllər  nəĢriyyatla  kitab  ticarəti  müəssisələri  arasında 
funksiya  bölgüsünü  və  bununla  bağlı  mövcud  ənənələri  nəzərə 
alaraq belə hesab edirdilər ki, oxucu marağının və oxucu tələbatı-
nın öyrənilməsi kitab ticarəti ilə məĢğul olan müəssisələrin və ki-
tabxanaların vəzifələridir. 
Praktikada isə aktuallıq kriteriyasından istifadə olunur. Tək-
rar nəĢrlərin bu və  ya digər hadisələrlə bağlı olaraq nəĢr edilməsi 
aktuallığın formal əlamətidir. Nisbətən az aktuallığı ilə seçilən və 
qeyri-aktual nəĢrlərin iĢıq üzü görməsinin qarĢısını almaq üçün te-
matik  plan  tərtib  olunarkən  gələcək  nəĢrlərin  mövzusunu  düzgün 
qiymətləndirmək,  onlardan  ən  aktualını,  yəni  böyük  elmi  və  mə-
dəni əhəmiyyəti ilə fərqlənən mövzuları seçmək lazımdır. 
Seçim üçün ən vacib kriteriya - kitabın təkrar nəĢri üçün ve-
rilmiĢ  mövzunun  məqsədəuyğun  olmasıdır.  Professional  naĢirlər 
hazırkı dövrdə təkrar nəĢri planlaĢdırarkən onun oxucu auditoriya-
sını və bazardakı tələbatı nəzərə alırlar. 
Çox zaman təkrar nəĢrin məqsədəuyğunluğu ticarət  Ģəbəkə-
sinin sifariĢi  əsasında iki yolla müəyyən edilir: 

 
əlavə edilmiĢ tiraj formasında 

 
yeni nəĢrin buraxılıĢ sifariĢi yolu ilə 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə