Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə61/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   57   58   59   60   61   62   63   64   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
192 
 
Ədəbi tənqidçilər. Onlar ədəbi prosesi analiz edirlər və iĢlə-
rinin nəticələrini rəy və məqalə Ģəklində dərc etdirirlər.  
Ali və orta məktəb müəllimləri, kitabxanaçılar və digər mütə-
xəssislər  praktiklər  qrupunu  təĢkil  edirlər.  Onlar  iĢlərində  yalnız 
bədii əsərin mətnindən istifadə etmirlər. Bu qrup ədəbi əsəri daha 
dərindən  baĢa  düĢməyə  imkan  verən  kontekstini,  bədii  obyekt 
«ətraf»ındakı  informasiyaları  qavrayırlar  və  onu  kütləvi  oxucuya 
çatdırırlar.  
S.A.Trubnikov  oxucu  təsnifatının  kateqoriyası  kimi  3  əsas 
mütaliə mədəniyyətini ayırır:  
1. ədəbiyyatı seçmə mədəniyyəti;  
2. əsəri anlama (qavrama) mədəniyyəti;  
3. alınmıĢ informasiyanı mənimsəmə. 
NəĢrin  yaradılması  əsər  seçimindən  baĢlayır.  Belə  ki,  bədii 
ədəbiyyat seçiminin özünəməxsus xüsusiyyətləri vardır. Redaktor 
əsər seçimi zamanı aĢağıdakı cəhətləri nəzərə almalıdır:  

 
Vətən və xarici ədəbiyyatın yayılması məsələsi; 

 
Oxucu tələbatı, onların daha əvvəl nəĢr olunan ədəbiyyata 
marağı; 

 
Cəmiyyətin estetik tələbatının inkiĢaf səviyyəsi; 

 
Müəllif tərəfindən yeni əsərlərin təklifi. 
NəĢrin növü və tipi onun oxucu ünvanına və məqsəd təyina-
tına görə müəyyən olunur. Ədəbi əsərin Ģərhi (izahı) üçün redaktor 
aĢağıdakı nəĢr növlərindən istifadə edir:  
MononəĢr – bir əsərin nəĢri; 
Toplu – iki və ya daha çox əsəri əhatə edən nəĢr; 
Əsərlər toplusu – bir müəllifin bütün və ya bəzi əsərləri. 
Beləliklə,  nəĢrin  növü  əsərə  daxil  edilmiĢ  əsərlərin  sayının 
formal  əlamətləri  ilə  müəyyən olunur.  Bu  formal  əlamətlər  bu  və 
ya digər Ģəkildə əsərin Ģərhinin xarakterinə təsir göstərir. Məsələn, 
topluda  yerləĢdirilmiĢ  nağıllar  bir-birilərindən  ayrı  deyil,  məcmu 
kimi  qəbul  edilir.  Redaktor  bu  cəhəti  nəĢrin  yaradılması  zamanı 
nəzərə almalıdır.  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
193 
 
Əsərin Ģərhinin aktivliyi daha çox hər hansı nəĢr tipi hesabı-
na təmin olunur. NəĢr tiplərini aĢağıdakı qruplara ayrırlar: kütləvi, 
elmi-kütləvi, elmi.  
Qeyd olunan nəĢr növlərinin və tiplərinin hər birinin spesifik 
daxili  və  xarici  xarakteristikası  vardır.  NəĢrin  xarici  xarakteris-
tikasını həcm və nəĢr olunan əsərlərin sayı təĢkil edir və nəĢrin nö-
vünə (mono nəĢr, toplu) bağlıdır. Daxili xarakteristika əsər seçimi, 
onun  yerləĢməsi  və  aparatı  ilə  müəyyən  olunur.  Burada  söhbət 
nəĢrin tipindən gedir.  
Mononəşr bir əsəri əhatə edir. Əgər nəĢriyyat mononəĢr bu-
raxmaq  qərarına  gəlibsə,  bu  zaman  roman,  epopeya  və  poema 
seçilə  bilər.  MononəĢr  kimi  kiçik  həcmli  əsərlər  də  (nağıl  və  s.) 
götürülə bilər. Bəzən mononəĢr formasında kino-televiziya tama-
Ģaları, pyeslər də nəĢr olunur. MononəĢrləri jurnallarda da çap et-
dirmək  ənənəsi  də  mövcuddur.  Əgər  oxucu  jurnalda  nəĢr  olunan 
əsəri bəyənirsə, bu zaman əsər mononəĢr kimi çap oluna bilər.  
Bəzən  mononəĢrlər  təkrar  nəşr  kimi  buraxılır.  Təkrar  nəĢr 
üzərində  iĢləyərkən  hər  Ģeydən  öncə  əsərin  məzmununun  ak-
tuallığına  istiqamətlənən  yeni  məlumat  aparatı  hazırlanmalıdır. 
Təkrar  nəĢrlərdə  ənənəvi  olaraq,  yenidən  hazırlanmıĢ  aparat  ele-
mentlərindən istifadə olunur. 
MononəĢrlər  müəyyən  qrup  oxuculara  istiqamətləndirilir. 
Müasir belletristika
178
  (detektivlər,  hekayələr)  əksərən  mononəĢr-
lər Ģəklində buraxılır. 
NəĢrin  növünü  müəyyən  edərkən  redaktor  məktəb  və  ya  ali 
məktəb  proqramına  əsaslana  bilər.  Məsələn,  məktəblərdə  tədris 
olunan  Azərbaycan  klassiklərinin  əsərləri  mononəĢr  kimi  seçilə 
bilər.  
GeniĢ yayılmıĢ nəĢr növlərindən biri də toplulardır. Topluda 
bir və ya müxtəlif janrlarda olan əsərlər (povest, nağıl, pyes) əhatə 
                                                           
178
  Belleristika  –  nəsr  Ģəklində  yazılan  təhkiyəedici  bədii  əsərlərə  (roman,  po-
vest, hekayə, novella) verilən ümumiləĢdirici addır. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
194 
 
olunur.  Burada  bir  və  ya  bir  neçə  müəllifin,  bir  və  ya  bir  neçə 
janrda  olan  əsərləri  yer  ala  bilər.  Topluların  hazırlanmasına  ayrı-
ayrı  yazıçıların  yaradıcılığına bələd olan ədəbiyyatçı alimlər cəlb 
olunmalıdır. Bu xarakterli ədəbiyyatda hər hansı müəllifin əsərləri 
ilə  yanaĢı,  onun  yaradıcılığına  aid  olan  gündəlik  və  məktub-
larından parçalar da nəĢr oluna bilər.   
Kollektiv topluları nəĢrə hazırlayan zaman eyni janrda və sə-
viyyədə olan əsərlərin seçilməsi vacibdir.  
Toplular  həftəlik,  aylıq,  rüblük,  illik  olub,  elmi  məqalə  və 
məruzələri iĢıqlandırır. Toplular təkrar çap olunmur, bunun yerini 
yeni toplular tutur.  
Topluların  əsas,  vacib  aspektlərindən  biri  də  onun  adının 
analizidir. Toplu üçün ad seçilərkən müxtəlif prinsiplərdən istifadə 
olunur. Məsələn, sərlövhə olaraq topludakı əsərlərdən birinin adını 
seçmək  olar.  Bu  zaman  tanınmıĢ  və  çox  sevilən  əsərlər  nəzərə 
alınmalıdır. 
Toplular arasında almanaxlar, antologiya və müntəxəbatları 
fərqləndirirlər.  Almanaxlar  bir-birinə  müəyyən  cəhətdən  bağlı 
olan ədəbi və ədəbi-tənqidi əsərlərdən ibarət olur. Məsələn, 1940-
cı ildə Bakıda Nizami əsərlərinin almanaxı çap olunmuĢdur.  
Antologiya müxtəlif müəlliflərin seçilmiĢ əsərlərindən ibarət 
Ģeir və ya nəsr məcmuəsidir. Buna misal olaraq, Azərbaycan ədə-
biyyatı antologiyasını göstərmək olar.  
Əsərlər  toplusu  Ģair  və  yazıçının  yaradıcılığı  və  əsərlərini 
əks etdirir. Burada yazıçının müxtəlif dövrlərdə, müxtəlif janrlarda 
qələmə aldığı əsərlər yer alır. Əsərlər toplusu hazırlayan zaman re-
daktor  yalnız  əsərə  olan  oxucu  marağını  deyil,  həm  də  müəllifin 
məĢhurluğunu nəzərə  almalıdır. Əsərlər toplusu  çoxcildli (müəlli-
fin  bütün  əsərlərini  əhatə  edən)  və  bircildli  (əsas  əsərlərini  əhatə 
edən) ola bilər.  
Əsərlər  toplusunda  yazıçının  yaradıcılığı  haqqında  ümumi 
məlumat  verilir.  Bundan  çıxıĢ  edilərək,  əsər  seçimi  qiymətlən-
dirilir.  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə