Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə66/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   63   64   65   66   67   68   69   70   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
208 
 
mətn üzərində bələdçi rolunu oynayır. Məsələn, baĢlıqlar bu 
elementlərə  aid  edilir.  Bu  elementlər  adətən  ″köməkçi 
elementlər″ adlandırılır
182

BuraxılıĢ  məlumatları  –  çıxıĢ  məlumatlarının  bir  hissəsi 
olub, nəĢrin yaradıcı-texniki xarakteristikasını verir, kitabın isteh-
sal tarixini, çap olunduğu mətbəə və nəĢriyyat haqqında məlumat-
ları  özündə  əks  etdirir.  BuraxılıĢ  məlumatlarına  aiddir:  nəĢriyyat 
fəaliyyətinə  dair  lisenziya  nömrəsi,  verilmə  tarixi,  formanın  yığı-
ma  verilmə  tarixi,  çapa  imzalanma  tarixi,  format,  kağız  növü  və 
nömrəsi, qarnitur, çap üsulu, fiziki çap vərəqi, uçot-nəĢriyyat vərə-
qi, tiraj, səhifə sayı, poliqrafiya müəssisəsinin  formaya dair sifariĢ 
nömrəsi, nəĢriyyat və mətbəənin adı, ünvanı, nəĢrin ili və s. Bu sa-
dalanan elementlərə  heç  də  həmiĢə  təkrar nəĢrlərdə  rast  gəlinmir. 
Təkrar nəĢrlərin Ģərhi üzərində iĢləyərkən redaktor  əvvəlki nəĢrin 
müsbət  təcrübəsindən  geniĢ  istifadə  etməlidir.  Digər  tədqiqat-
çıların  göstərdiyi  faktı  araĢdırarkən  mütləq  onların  müəlliflərini 
göstərmək lazımdır. 
ġərhlərin  tərtibi  zamanı  iki  problem  yarana  bilər.  Onlardan 
biri budur ki, mətn quru protokol Ģərhləri ilə müĢayiət oluna bilər. 
Belə Ģərhlər bədii obrazların özunəməxsusluq və gözəlliyini anla-
mağa  mane  olur.  Digər  təhlükə  isə  ondadır  ki,  müəllif  mətni  sər-
bəst  və  subyektiv  Ģərhlərə  meyilli  ola  bilər.  NəĢri  Ģərh  edən  Ģəxs 
oxucuya əlçatmaz faktları dəqiq təqdim etməlidir. Çünki bu faktla-
rı  dəqiq  mənimsəmədən  baĢa  düĢmək  qeyri-mümkündür.  ġərhçi 
daima əsərin bu və ya digər yerində subyektiv Ģərh təhlükəsi qarĢı-
sında durur. Subyektiv qərar nə qədər qaçılmaz olsa belə, verilmiĢ 
Ģərh materialın subyektivliyi və mövcud ifadələrin akademik dol-
ğunluğu ilə seçilməlidir. 
 
                                                           
182
  Антонова  С.  и  др.  Редакторская  подготовка  изданий:  Учебник.  - 
Москва, Издательство МГУП., 2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
209 
 
ġərhçi mətndə olan bu və ya digər ad və faktları Ģərh edər-
kən mütləq bu analoji ad və fakt materiallarının dəqiq izahının ve-
rilməli olduğunu unutmamalıdır. ġərhlərdə (izahatlarda) natamam-
lıq və anlaĢılmazlıq olmamalıdır. Həm də unutmaq lazım deyil ki, 
bir naməlum faktı digəri ilə əvəzləmək olmaz. Əgər Ģərhçinin izah 
etdiyi sözlər və ifadələr məna etibarilə oxucuya tam aydın deyilsə, 
bu, normal hal deyil.  
Mətnin  açıqlanmamıĢ,  dolğun  Ģərh  olunmamıĢ  bu  ya  digər 
faktları  və  incəlikləri  adətən  redaktorun  etinasız,  qeyri-ciddi  mü-
nasibətindən  yaranır. Əgər Ģərhlərin izahının bu natamamlığı  mə-
lumatın  kifayət  qədər  olmaması  baxımındandırsa,  bu  halda,  Ģərh 
zamanı uyğun düzəliĢ və ya qeydlər göstərilməlidir. 
ġərhlərin çox ciddi və tipik çatıĢmamazlıqlarından biri onun 
struktur elementlərinin əlaqəsizliyidir. Ġstənilən Ģərhdə elmi möv-
qe olmalıdır, ifadə üslubu ciddi obyektivliyi ilə seçilməlidir və po-
lemikadan tamamilə qaçmaq lazımdır. ġərh zamanı predmeti müx-
təlif prizmadan xaraterizə edən faktlar seçilməlidir. 
Retrospektiv təkrar nəĢrlər istisna olmaqla, qeydlər səhifənin 
sonunda,  izah  və  Ģərhlər  hissəsində  yerləĢdirilir.  Bəzən  kombinə 
olunmuĢ  üsuldan  istifadə  olunur.  Məsələn,  müəllif  qeydləri  ha-
Ģiyədə  göstərilir  (HaĢiyə  -  mətndəki  hər  hansı  istinadı  göstərmək 
məqsədilə  səhifənin  sonunda  verilən  qeyddir.  O,  xırda  Ģriftlə  yı-
ğılır, özündən əvvəl müxtəlif simvollar – rəqəm, ulduz və s. qoyu-
lur.); redaksiya və nəĢriyyat qeydləri isə mətndən kənara çıxarılır. 
Bu  cür  üsul  seçilmiĢ  əsərlər  toplusunda  və  istənilən  alimin  hər 
hansısa bir əsərinin təkrar nəĢri zamanı mümkündür. 
 
Təkrar nəĢr redaktorunun vəzifəsi qeyd və izahları unifikasi-
ya  etmək,  onları  əvvəlki  nəĢrlərə  uyğunlaĢdırmaqdır  (əgər  mətn 
gələcək təkrar nəĢrin əsasını təĢkil edirsə). 
Bundan  baĢqa,  bütün  dəyiĢikliklər  barədə  məlumat  Ģərhlərə 
verilmiĢ preambulada öz əksini tapmalıdır.   
Təkrar  nəĢrdə  ön  söz  və  giriş  məqaləsi  xüsusi  diqqət  tələb 
edir. Redaktor təkrar nəĢr sifariĢi alarsa, ön sözə xüsusi bir diqqət-


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
210 
 
lə  yanaĢmalı,  ya  yeni  bir  ön  söz  yazmalı,  ya  da  ön  sözü  öncəki 
nəĢrdə olduğu kimi verməlidir. Təkrar nəĢr zamanı giriĢ məqaləsi 
isə əksər hallarda yenidən yazılır
183
.  
Ön sözdə adətən əvvəlki nəĢrin çatıĢmamazlıqları, nöqsanla-
rı,  gələcək  nəĢrin  öncəkindən  fərqli  cəhətləri  qeyd  edilir,  yeni 
nəĢrdəki dəyiĢikliklər və tamamlanmalar xarakterizə edilir, həmçi-
nin təkrar nəĢrin vacibliyi izah edilir. Bundan əlavə, ön sözdə yeni 
tədqiqatların,  yeni  texnologiyanın,  elmi  iĢin  nəticələri,  bəzi  mə-
lumatların yenilikləri və s. göstərilir. Əgər öncəki nəĢrdəki ön söz-
də prinsipial məsələlərə toxunulmuĢsa, onda gələcək nəĢrdə bu ön 
söz saxlanıla bilər.  
Redaktor əvvəlki nəĢrin nöqsanlarını, qüsurlu cəhətlərini nə-
zərə almalı, onları düzəltməyə çalıĢmalıdır, bu məqsədlə də mətni 
dəfələrlə oxumalıdır. Təkrar nəĢrdə hansı göstəriciyə ehtiyac oldu-
ğunu müəyyən etmək lazımdır: ad, predmet, xronoloji. 
 
Əgər  təkrar  nəĢrə  yeni  material  əlavə  olunmuĢsa,  nəĢrin 
struktur və kompozisiyası dəyiĢdirilir və ən əsası, köməkçi göstə-
ricilər yenidən tərtib olunur. 
Təkrar nəĢrdə göstərici bir sıra tələblərə cavab verməlidir ki, 
bu  tələblər  onun  funksiyalarının  tez  və  keyfiyyətlə  yerinə  yetiril-
məsinə imkan verir:  
Birincisi, göstərici kitabın məzmununu kifayət qədər dolğun 
əks etdirməlidir. Bu meyar elmi iĢçilər, mütəxəssislər üçün olduq-
ca əsasdır. Göstəricinin tamlığı anlayıĢların elmi, praktiki əhəmiy-
yətinə görə müəyyən edilir. 
Ġkincisi, göstərici oxucuya lazımi informasiyanı tez və dəqiq 
tapmağa kömək etməlidir. 
Üçüncüsü, göstəricidə semantik cəhətdən yaxın, lakin leksik 
cəhətdən müxtəlif anlayıĢlar bir-birinə bağlı olmalıdır. 
                                                           
183
  Антонова  С.  и  др.  Редакторская  подготовка  изданий:  Учебник.  - 
Москва, Издательство МГУП., 2002, 468 с. 
http://www.hi-edu.ru/e-books2/xbook082/01/index.html 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə